Bakıda məktəb direktorunu ölümcül döyən azərbaycanlı aktyor kimdir?

Bakıda məktəb direktorunu ölümcül döyən azərbaycanlı aktyor kimdir?Xəbər verdiyimiz kimi, 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalıb. Tural Mirzəliyevə xəsarət yetirən şəxs "Dolu" filminin məşhur aktyoru, "Drakon" obrazını canlandıran Rza Rzayevdir.

BiG.AZ tanınmış aktyorun bioqrafiyasını təqdim edir:

Rza Rzayev 17 may 1973-cü ildə Şahbuzda anadan olub. İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili almağa başlayıb. 2015-ci ildə tarixdə ilk dəfə New York Film Akademiyası Türkiyəyə kurs keçməyə gəlir və Rza Rzayev akademiyada 80-ci illərin əfsanə rejissoru Shelton Gilbert'dən rejissorluq sənətinin incəliklərini öyrənir. 2014-cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı "Bəsdir, ağlama!" filmində çəkilib. Ondan sonra "Ünvansız qız" teleserialında Rəşad obrazını canlandırıb. "Ünvansız qız" serialından sonra kino aləmindən uzaqlaşır, bütün dəvətlərdən imtina edir. Uzun fasilədən sonra "Cavad xan" filmində əsas rola - Cavad xanın oğlu roluna dəvət olunur. Ancaq bəzi səbəblərə görə bu filmdə oynamaq istəmir. Rejissor Aqil M. Quliyev "Sarı gəlin" klipini çəkəndə türk komandiri rolunu oynamağa dəvət olunur və bu klipdə çəkilir. Ondan sonra "Niyyət" filminə dəvət alan Rza Rzayev bu filmdə qumarbaz obrazını canlandırır.

Rejissor Elxan Cəfərovun dəvətilə 2012-ci ildə "Dolu" filminə dəvət alan aktyor yaratdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanır. 2015-ci ildə rejissorun digər filmi "Yarımçıq xatirələr"də Cavanşir rolunda çəkilib.

2016-cı ildən rejissorluq fəaliyyətinə başlayan Rza Rzayev ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin - "Geyilməmiş ayaqqabılar" filminin çəkilişlərinə başlayır. Film 2016-cı ilin Aprel döyüşlərində canını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuşdur.
Filmdə əsas rolları - ana obrazını tanınmış aktrisa Gülzar Qurbanova, Həsrət rolunun uşaqlığını məktəbli Dəniz Həsənov, yetkinlik dövrünü isə aktyor Bəhruz Vaqifoğlu canlandırıb.

Filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Gənc ərini və körpə qızını itirən ana oğlu Həsrətlə təmirsiz bir otaqda yaşayır. Dinib-danışmır. Şəhid ərinin xəyalı və öz ata-baba yurdlarına dönəcəyi vaxtın intizarı ilə günləri sayır. Dərin sükutla oğluna baxır. Həsrət də sakitcə deyir: "Qarabağ alınanda atam və bacımı da götürüb kəndimizə gedərik". Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndində "Geyilməmiş ayaqqabılar" muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.

Filmin musiqisini tanınmış rus bəstəkarı Vyaçeslav Şulin yazıb.
2017-ci il mart ayının 15-də filmə sənət və media nümayəndələri tərəfindən ilkin baxış keçirilmiş və o, yüksək qiymətləndirilib.

2018-ci il yanvar ayının 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Geyilməmiş ayaqqabılar" filminin Nizami Kino Mərkəzində geniş ictimaiyyət üçün təqdimatı baş tutub.

Qeyd edək ki, aktyorun 1 saat öncə paylaşdığı şəkilə böyük dəstək gəlib. Bir çox onun yanında olduğunu və bu hərəkətini dəstəklədiyini bildirib.

Aysel Yusifqızı
Bakıda məktəb direktorunu ölümcül döyən azərbaycanlı aktyor kimdir?Bakıda məktəb direktorunu ölümcül döyən azərbaycanlı aktyor kimdir?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1187   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

TOP MP3