Abel Məhərrəmovun içib dava saldığı konfransdan İspaniya telekanalının reportajı -VİDEO

Abel Məhərrəmovun içib dava saldığı konfransdan İspaniya telekanalının reportajı -VİDEOİspaniyanın RTVE telekanalı Madriddə türk əsilli azərbaycanlı iş adamı Əli Evsenin "Evsen Foundation" fondu tərəfindən təşkil edilən və BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun karyerasını bitirən beynəlxalq konfransdan reportaj hazırlayıb. Virtualaz.org xəbər verir ki, reportajın videoyazısı ötən gün "Evsen Foundation"un YouTube kanalında yerləşdirilib.

Bir neçə il əvvəl Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin milyardlarının "yuyulmasında" ittiham edilərək barəsində beynəlxalq axtarış elan olunan və İspaniyada həbs edilən, amma sonradan sərbəst buraxılan Əli Evsen "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" adlı beynəlxalq konfransı artıq üçüncü ildir təşkil edirdi.
Və noyabrın əvvəllərində keçirilən bu konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri arasında Milli Məclisin üzvü və rektor Abel Məhərrəmovun iştirakı ilə baş verən, hətta ispan polisinin müdaxiləsinə gətirib çıxaran qalmaqal barədə məlumatlar ötən həftə mətbuata sızdırılıb. Bunun ardınca Abel Məhərrəmov işdən çıxarılıb. Məlumatlara görə Abel Məhərrəmov bərk sərxoş halda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə sataşıb. Habelə onun Madridə gedərkən özü ilə çəlləklərlə dolu şərab apardığı da bildirilir.

İspaniya telekanalının reportajının "Evsen Foundation"un reklam şərtləri əsasında hazırlandığı təxmin edilə bilər. Çünki reportajda Azərbaycan nümayəndə heyətinin üzvləri demək olar ki, gözə dəymir. Əksinə, Əli Evsen və qudası Allahşükür Paşazadənin yanaşı oturduqları görünür. Reportajda iştirakçıların bəzilərinin açıqlamalarına yer verilir, amma konfrans barədə danışanlar arasında da Azərbaycan nümayəndə heyətinin üzvləri yoxdur. Bununla belə reportajın sonunda ötəri də olsa Abel Məhərrəmov gözə dəyir.
Əli Evsen təxminən 16 dəqiqəlik reportaj boyu tərcüməçisi vasitəsilə konfrans və onun dinlərarası dialoqun qurulmasında əhəmiyyəti barədə danışır.

Xatırladaq ki, mətbuata sızdırılan məlumatlara görə Abel Məhərrəmov həm də Əli Evsenlə dava edib, onu İspaniyada səfir işləyən oğluna qarşı "saymamazlıqda" günahlandırıb.

BAKU.WS


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6964   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997