BDU-da yoxlamalar başlayıb - Abel Məhərrəmovla bağlı müəmma

BDU-da yoxlamalar başlayıb - Abel Məhərrəmovla bağlı müəmmaPrezident Administrasiyasına dəvət edilən QMİ sədrini məlum qalmaqalla bağlı dinləyiblər; sabiq rektorun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı hələ də bilinmir.

Noyabrın 15-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun fəaliyyəti yoxlanılır. "Yeni Müsavat"a daxil olan məlumata görə, iki gün əvvəl eyni vaxtda hüquq-mühafizə orqanları da daxil olmaqla, bir neçə qurum BDU-da yoxlamalara başlayıb. Mənbə bildirib ki, A.Məhərrəmovdan dərhal sonra prorektorların da işdən uzaqalaşdırılmasına səbəb bu yoxlamalardır.

"Yeni Müsavat"a o da məlum olub ki, A.Məhərrəmovun "İspaniyadakı macəraları" haqda 15 noyabrda günün birinci yarısında Prezident Administrasiyasına dəvət edilən Qafqaz Müsəlmanları İdarəsinin sədrini dinləyiblər. Bu görüşdən dərhal sonra da A.Məhərrəmovla bağlı məlum sərəncam elan olunub. A.Məhərrəmovun içkinin təsiri altında həddini aşması, "universiteti ayağa qaldırmaq" təhdidi və gec saatlarına baxmayaraq, hörmətli Şeyxi narahat etməsi rektorun sonunu gətirib. Mənbə deyib ki, A.Məhərrəmovla məclis qurduğu deyilən adını çəkmək istəmədiyimiz bir deputat da PA-da rəhbərlik səviyyəsində ciddi danlanıb.

Adı çaxır biznesində hallanan A.Məhərrəmovun İspaniyadakı səfir oğlunun taleyinə gəlincə, Azərbaycan Xarici İşlər Nazirliyi məlum qalmaqalla bağlı hələ mövqe bildirməyib. Amma səfir Anar Məhərrəmovdan da baş verənlərlə bağlı yazılı izahat alınıb. Gözlənilir ki, yaxın günlərdə onun da diplomatik fəaliyyətinə son veriləcək. A.Məhərrəmova bundan sonra XİN-də "xırda iş" veriləcəyi barədə də iddialar var. Yeri gəlmişkən, sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Digər qardaşı Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir.

Bu arada Abel Məhərrəmovun ünvanına YAP-ın Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun çox sərt ifadələr işlətməsinə hakim partiyanın Siyasi Şura üzvü olan keçmiş deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayevdən gözlənilməz reaksiya gəlib. YAP-ın təşkilat sədri sabiq rektoru əxlaqsızlıqda suçlayıb: "Birinci ona sual olunur ki, axı sən bu qədər çaxırı hara aparırsan? Əgər biz deyilənlərə inansaq və Abel Məhərrəmov həmin çaxırları İspaniyada qablaşdırıb Azərbaycan insanlarına "ispan çaxırı" adı ilə sırıyıbsa, bunun bircə adı var, o da əxlaqsızlıqdır! Axı sən kimsən ki... bizim dini rəhbərimiz olan və milli adət-ənənələrimizi özündə ehtiva edən hörmətli Şeyximiz Allahşükür Paşazadəyə qarşı sərxoş vəziyyətdə söz atmaq, onun əsəbləri ilə oynamaq və onu dolamaq ən böyük əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur", deyə o saytlardan birinə deyib.

YAP Siyasi Şurasının üzvü isə gununsesi.org-a açıqlamasında bu barədə danışıb: "Abel Məhərrəmovun rektor vəzifəsindən azad edilməsindən sonra ona qarşı aparılan bu "qara piar" məndə təəssüf doğurdu. Axı bizim insanlar niyə vəzifədə olana yaltaqlanır, gedənə isə "balta çalır? Biz bu adətimizi tərgitməliyik", deyə o bildirib.

M.Musayev bunları əlavə edib: "Birincisi, Abel müəllim 19 il rektor olub. Bu, o deməkdir ki, 19 il bu işdə etimad qazanıb. Digər tərəfdən, O, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvüdür. Partiyanın Xətai şöbəsinin sədri Hüseynbala Mirələmov onun haqqında etikadankənar sözlər danışıb. Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram. Bu gün ölkəmizdə pis ənənə yaranıb. Vəzifədə olana yaltaqlanmaq, tərif demək, gedənin isə dalınca danışmaq ənənəsi var. Hətta görün iş nə yerə çatıb ki, hansısa şou əhlinin manısı belə akademik haqqında danışır".

Qeyd edək ki, A.Məhərrəmovun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı da hələ bilinmir.(Yeni Müsavat)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1031   Tarix: 19 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18.05.2024 269
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:. "Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır

18.05.2024 581
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341