"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir

"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir"Səfir təyin olunan şəxs ən azı ağıllı, psixoloji durumu yerində olmalıdır, işləmək bacarğı hansısa sahədə özünü göstərmiş şəxs olmalıdır. Hansısa xarici dil bilməsi mütləq tələb deyil. Çünki dünyada çoxsaylı dillər var və səfirin təyin olunduğu ölkənin yerli dilini bilməsi mütləq deyil".

BiG.AZ xəbər verir ki, bunu "Yeni Müsavat"a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, dünyada beynəlxalq səviyyədə işlədilən bir neçə xarici dil var ki, səfirin həmin dilləri bilməsi müsbətdir. Amma bu da mütləq tələb deyil.
"Səfir öz ölkəsinin tarixi, mədəniyyəti, müasir vəziyyəti - bir sözlə, ölkəsi haqda çox ətraflı biliyə, informasiyalara malik şəxs olmalıdır. Çünki səfirin işi dövlətini təmsil etmək, tanıtmaq, dövlətinin mövqeyini təbliğ etməkdir. Səfir işlədiyi ölkədə gedib çayxana söhbətlərini apara bilməz. Səfir, eyni zamanda, təşkilatçılıq bacarğına malik kadr olmalıdır. Çünki müxtəlif tədbirlər, ölkəsinin milli bayramlarından tutmuş, siyasi tədbirlərə, konfranslara, tanıtım tədbirlərinə qədər bir çox işləri təşkil etməli olur".

T.Zülfüqarov bildirib ki, Cenevrə konvensiyasında səfirin hansı imtiyazlara, hüquqlara malik olduğu, ölkə qanunvericiliyində, "Diplomatik xidmət haqqında" qanunda isə hansı hüquqlara malik olduğu və hansı işlərin səfir üçün yasaq olduğu barədə aydın yazılıb: "İstər səfir, istər diplomatik heyətə aid imtiyazlar, hansı qaydalara əməl etmələri barədə qanunlarda müddəalar əksini tapır. Necə ki, qanuna görə, deputatlar və rəsmi dövlət məmurları üçün işlədiyi müddətdə bizneslə məşğul olmaq qadağandır, eyni ilə də səfir və ya diplomatik heyət üçün qadağandır".

Tofiq Zülüfqarov İspaniyaya Azərbaycandan diplomatik yük olaraq 2 ton çaxırın aparılması barədə yayılanlar barədə də danışıb: "Əvvəla, mən başa düşmürəm 2 ton çaxırı diplomatk yük adı altında aparmaq nəyə lazım idi? Mən səfir işləyəndə biz də tədbirləri hazırlayarkən bəzi məhsulları Azərbaycandan gətirirdik. Məsələn, ət, balıq gətirirdik ki, ölkəmizin məhsulları kimi təqdim olunsun. O məhsulları Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi diplomatik yük olaraq göndərirdi. Diplomatik yüklə hansısa biznesmenin ixrac etdiyi yük fərqlidir. Məsələn, mən xatırlayıram, Latviyada yaşayan bir azərbaycanlı biznesmen Azərbaycandan butulkalarda çaxır ixrac edirdi və Latviyada satırdı. Çaxırlar diplomatik yük olaraq gətirilmirdi. O adam qanuni yolla bu məhsulun ixracını-biznesini həyata keçirirdi. Biz ona kömək etdik ki, Azərbaycan məhsulunun tanınması və populyarlıq qazanması üçün çaxırlar diplomatik dükanda da satılsın.

Latviyada erməni konyakı və digər məhsulları diplomatik dükanlarda geniş təmsil olunurdu. Biz də səfirlik olaraq, qeyd etdiyim həmin azərbaycanlı biznesmenə gətirdiyi Azərbaycan çaxırını diplomatik dükanlarda satması üçün kömək etdik. Həmin məhsullar diplomatik dükanda yaxşı satılırdı və tanınırdı. Xüsusi qeyd edim ki, çaxır biznesi səfirin və ya səfirlikdə işləyən başqalarının biznesi, yox, bir azərbaycanlı iş adamının biznesi idi. Biz sadəcə olaraq, Azərbaycan məhsulunun təbliğinə köməklik edirdik.

Səfirlərin bir işi də ölkəsinin məhsullarını təbliğ etmək, bu işə dəstək verməkdir. Bu günlərdə ki, İspaniyaya iki ton çaxırın diplomatik yük olaraq aparılmasıbarədə məlumatların yayılması, açığı, məndə təəccüb yaratdı. İspaniyaya aparılan 2 ton çaxırın, həqiqətən də, diplomatik yük kimi aparılması, məhsulun təbliğat üçün aparılıb-aparılmadığlı barədə dəqiq bir fikir söyləməkdə çətinlik çəkirəm. Bu hadisə çox qəribə hadisədir. Diplomatik yükün daşınması tamamilə ayrı bir xidmətdir. Bu xidmət fergyegerlər vasitəsilə aparılır. Yükün siyahısı göstərilir, yük xüsusi möhürlə bağlanır və səfir orada olan mallara nəzarət edir və imza atır. Ona görə də mən inanmıram ki, 2 ton çaxır İspaniyaya diplomatik yük kimi gətirilib. Diplomatik yükü Azərbaycanın fergyeger xidməti və Xarici İşlər Nazirliyi göndərməlidir. İki ton çaxır, məncə, diplomatik yük ola bilməz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 19 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585