Arnold Şvartseneggerdən həyatınızı dəyişəcək QİYMƏTLİ SÖZLƏR

Arnold Şvartseneggerdən həyatınızı dəyişəcək QİYMƏTLİ SÖZLƏR"Məni necə istəyirsiniz çağıra bilərsiniz, amma mən özü özünü yaradan insan deyiləm. Bu, böyük bir yalan olardı. Əvvəlcə valideynlər mənə sevgi verdi, müəllimlər dərs öyrətdi, sonra idman məşqçiləri, qida üzrə mütəxəssisləri öz məsləhətlərini verdilər. Film çəkilişlərində yüzlərlə insan köməyini məndən əsirgəmirdi. Və milyonlarla qubernator seçilmək üçün mənə səs verib. Mən necə deyə bilərəm ki, özüm özümü yaratmışam?"

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu sözlərin müəllifi dünya şöhrətli aktyor, Kaliforniyanın keçmiş qubernatoru Şvartseneggerdir. Bu yazıda oxucuları məşhurun müsahibələrində dediyi hikmətli fikirləri ilə tanış edib.

"İrəliyə doğru hərəkət etmək üçün həmişə gücüm olub. Adi şeylər məni qane etmir. Öz uğurumu çox aydın görürdüm: hər gün 5 saat məşq + dərin inam yaxşı bodibilder olmaq üçün kifayət idi".

"Başqa hər şey idmanda əldə olunan nailiyyətlərimin prinsiplərinə əsaslanırdı. İlk növbədə kim olmaq və hara doğru getmək istədiyinizə qərar verməlisiniz. İkincisi, səndə alınmaz deyənləri dinləməyin. Üçüncüsü, sona qədər çalışın, çalışın və yenə də çalışın, qısa yollar yoxdur. 6 saat yatın. Azdırsa, gecələr tez yatın!"

"Hər gün məşq edirəm! Gün ərzində özünüzü inkişaf etdirmək üçün vaxt ayırın".

"Həyatda özümü heç vaxt kifayət qədər yaxşı hiss etməmişəm, bu amil məni həmişə irəliyə stimullaşdırıb. Həmişə məndən daha yaxşı olanlara baxıb həsəd aparırdım".

"Niyə çoxları tez təslim olur? İlham almaq çox vacibdir! Hamımızın dəstəyə ehtiyacı var!"

"Özü özünü yaradan insan deyiləm. Çox adamdan dərs almışam, onlar mənə çox kömək edirdilər. Milyonlarla insan mənə görə səs veriblər və mən onların sayəsində qubernatoru oldum".

"İdmanda cavab atəşini artıq ağrını hiss etməyə başlayanda vermək lazımdır, birinci saniyədən deyil".

"Eyni şeyi min dəfə təkrarlamalı, çox-çox çalışmalısınız ki, sonda mükəmməlliyə qovuşa biləsiniz".

"Məğlubiyyətlərim çoxdur. Uğur və uğursuzluq hamıda var. Məsələ ondadır ki, siz uğursuzluqla nə edirsiniz! Siz onu tanımır və inkar edirsiniz, yoxsa ondan bir nəticə çıxarırsınız? Uğursuz öz məğlubiyyətindən sonra ayağa qalxa biləndir. Mən də öz uğursuzluqlarımdan çox dərs aldım. Uduzduğum zaman hakimin yanına getdim və mənə niyə az bal verdiyini soruşdum. Birinci yeri qazandıqda isə bu barədə heç kimə suala vermirik, amma nahaq yerə".

"Atamın həyat dərsi əsas priniplərimə çevrildi: Faydalı ol, faydalı ol və yenə də insanlara yararlı ol!"

"Başqalarının uğur qazanmasına yardım etməyən insan özünü heç vaxt uğurlu saya bilməz".

"5 uşağım var və onların hər biri motivasiyaya ehtiyac duyur. Birinci ata nəsihəti o oldu ki, öz ehtirasını tapsınlar və onunla məşğul olsunlar! Uşaqlarım çox bacarıqlıdır, lakin bunun 80 faizi həyat yoldaşımın əziyyətinin nəticəsidir, onların təlim-tərbiyəsi ilə çox məşğul olmamışam".

"1984-cü ilə qayıda bilsəydim, yaşıl iqtisadiyyat texnologiyasına diqqət edərdim. Bu gün çirklənmə ildə 7 milyon insanı öldürür".

"İradə varsa, hər zaman bir yol tapılar!"

"Hadisələrə biz nəzarət edirik, onlar bizə yox. Lakin birləşməsək, gələcəkdə bu, dəyişə bilər".

"Hara getdiyimi - məqsədinin mənasını dəqiq bilməliyəm".

"İnanın mənə, mən əsil nasistləri tanıyırdım. Mən 1947-ci ildə, 2-ci Dünya Müharibəsindən az sonra Avstriyada doğulmuşam. Mən böyüdüyüm dövrdə mən ruhən sınmış insanların əhatəsində idim. Onlar müharibədən evə gələrkən güllə qəlpələri və günahlarla dolu idilər. Onlar səhv idiologiyaya inandırılmışdılar. Və mən sizə deyirəm ki, biləsiniz, sizin pərəstiş etdiyiniz o şəxslər həyatlarının yerdə qalan hissəsini xəcalət içində yaşadı".

"Tramp, gəl işlərimizi dəyişək: sən veriliş apar, belə şeyləri yaxşı bacarırsan. Mən də prezident olum, beləcə xalq da gecə rahat yatsın. Deyəsən, o, məni sevir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1962   Tarix: 18 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 678
.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

26.04.2024 668
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4304
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 528
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 940
.

Vəfa Moskvada hava limanında saxlanıldı - VİDEO

Tanınmış müğənni Vəfa Şərifovanın başına iş gəlib. xəbər verir ki, sənətçi toy mərasimində iştirak etmək üçün Rusiyaya üz tutub. O, Moskvadakı Domodedovo hava limanından paylaşım edərək üzləşdiyi çətinliyi izləyiciləri ilə bölüşüb. Vəfa ac-susuz vəziyyətdə, artıq ölmək üzərə olduğunu dilə gətirib. Saatlarl

27.04.2024 22578
.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

28.04.2024 1484
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 598
.

Xəyalənin yaşı hər kəsi təəccübləndirdi, GÖRÜN NEÇƏ YAŞI var– FOTO

"Yaş qadının ən böyük sirridir deyiblər". xəbər verir ki, aktrisa Xəyalə Quliyeva "İnstagram" hesabındakı paylaşımında qeyd edib. Doğum gününü qeyd edən sənətçi yaşını da açıqlayıb:. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım. Xoş gəldin 44

27.04.2024 1388