"Qorxuları yoxdur, 100-nən gedirlər" - Bu yollar piyadaları ÖLÜMƏ APARIR - VİDEO

"Qorxuları yoxdur, 100-nən gedirlər" - Bu yollar piyadaları ÖLÜMƏ APARIR - VİDEODəfələrlə ağır yol nəqliyyat hadisəsi baş verən Şamaxı Göylər paradçöl magistral yolu təhlükəli yollardan hesab edilir.

ARB TV xəbər verir ki, sakinlərin iddialarına görə, yol nişanlarının olmasına baxmayaraq sürücülər avtomobilləri yüksək sürətlə idarə edirlər.

Toğrul Salahov – sakin: "Mal-qaranı açanda sakinlər qorxa-qorxa açır. Maşınlar çox sürətli gedir. Kəndin girəcəyində yol hərəkəti nişanları qoyulub. Amma ona məhəl qoyan yoxdur".

54 km uzunluğunda olan və 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı, Göylər padarçöl avtomobil yolu Şamaxı-Yevlax magistralı ilə Bakı-Qazax yolunu birləşdirən əsas yollardan biridir. Magistral yol Şamaxının ən böyük kəndi olan Göylər kəndinin mərkəzindən keçir. Ərazidə iki piyada keçidi, ona yaxın yol hərəkəti qaydalarını izah edən lövhələrin quraşdırılmasına baxmayaraq əksər sürücülər avtomobillərini yüksək sürətlə idarə edir.

Rəhim Ziyəddin – sakin: "Kəndin o başında da, bu başında da əhali olan yerdə yol nişanı qoyulub, lakin buna məhəl qoymurlar. Burada radar və ya kamera qoyulsun".

Əsəd Musayev – sakin: "Bura Şamaxı-Bakı trasından geri qalmır. Hər gün bir hadisə baş verir. Keçən il bir kişinin 20 yaşında oğlunu maşın vurub öldürdü. Qorxuları yoxdur, 100-lə gedir maşınlar".

12 mindən çox əhalisi olan Göylər kəndində iki məktəb, bir uşaq bağçası fəaliyyət göstərir. Hər gün onlarla uşaq bu yoldan istifadə edir. Bu da təhlükənin miqyasının nə qədər böyük olduğunu göstərir.

Firzad Əhmədov – sakin: "İnsan ölümü də olub, heyvan ölümü də. Hər gün qəzalar baş verir. Çox sağ olsunlar gözəl asvalt çəkiblər. Lakin bu yolda olan nişanlara heç bir sürücülər əhəmiyyət vermir".

Cəlal Nadirov – sakin: "Yol hamar olduğundan 120-130-la sürürlər. Hər gün bir hadisə baş verir. Səhər-səhər it keçirdi yoldan, bir "07" vurub keçdi. Yanımda uşaq da var idi, az qaldı uşağı da vursun".

Espertlərin fikrincə bu cür magistral yollarda qaydalara əməl etməyin srücülərə qarşı cəza tədbirləri ilə yanaşı maarifləndirici tədbirlərin görülməsinə də ehtiyac var.

Elməddin Muradlı – ekspert: "Boş radar qutuları qoymaq olar. Kameralar qurmaq olar və yaxud da maket polis maşını kimi vasitələr tətbiq etmək olar. Dünyanın əksər ölkələrində bu tətbiq olunur. Təbii ki, tez-tez yerini dəyişmək şərti ilə ki, sürücülər öyrəşməsinlər ".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 17 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

16:16 138
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

16:53 89
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

14:01 423
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

12:48 613
.

May ayından Ankarada çörək bahalaşacaq

May ayından Türkiyənin paytaxtı Ankarada çörək bahalaşacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. 200 qram çörək 10 TL(0,52 AZN) satılacaq

30.04.2024 351
.

Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: "Artıq gedə biləcəyimiz bir məzar var" - VİDEO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. Onlardan biri də Seyfəddin Nəcəfov olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb. Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrət

30.04.2024 499
.

Keniyada daşqınlarda ölənlərin sayı 169-a çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a çatıb. xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb. Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi v

30.04.2024 313
.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

30.04.2024 298
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 1861