İlham Əliyev agentliyinin əməkdaşlarını təbrik etdi

İlham Əliyev agentliyinin əməkdaşlarını təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarını təbrik edib.

BiG.AZ xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

"Hörmətli avtomobil yolu təsərrüfatı işçiləri!

Sizi ölkəmizdə avtomobil yolu təsərrüfatının yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə nailiyyətlər arzulayıram.

1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Yollar, Poçt və Teleqraf Nazirliyi yaradılmış, bununla da ölkəmizin yol təsərrüfatının ayrıca sahə kimi bünövrəsi qoyulmuşdur. Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini layiqincə yaşadan müstəqil Azərbaycan Respublikasının ötən müddət ərzində iqtisadiyyatının sürətli inkişaf modeli ilə formalaşmasına yol təsərrüfatı və nəqliyyat sektoru dəyərli töhfələr vermişdir.

Avtomobil yollarının tikintisi, təmiri və saxlanılması ilə məşğul olmuş və ayrı-ayrı illərdə fərqli adlar altında fəaliyyət göstərmiş idarə və təşkilatların bugünkü varisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Qurum ümummilli lider Heydər Əliyevin "Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" sözlərini haqlı olaraq öz fəaliyyətinin başlıca devizinə çevirmişdir.

Ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə yol infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsi, avtomobil yolu təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və onun kadr potensialının gücləndirilməsinə həmişə xüsusi diqqət yetirmişdir. Yol təsərrüfatında əsaslı dönüşün yaradılması və onun idarəetmə mexanizminin bacarıqlı, işgüzar mütəxəssislər hesabına komplektləşdirilməsi məhz Heydər Əliyevin bu istiqamətdə gerçəkləşdirdiyi məqsədyönlü inkişaf strategiyasının bəhrəsidir.

Strategiyanın uğurlu davamı olaraq ölkə həyatının bütün sahələri ilə yanaşı, yol infrastrukturunun sistemli yeniləşdirilməsi və müasir standartlar səviyyəsində avtomobil yolları şəbəkəsinin genişləndirilməsi indi də diqqət mərkəzində saxlanılır. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir. Getdikcə dərinləşən yeniləşmə prosesləri fonunda yol infrastrukturunun sürətlə yaxşılaşması Azərbaycanın hazırkı dinamik inkişaf mənzərəsini səciyyələndirən başlıca cəhətlərdəndir.

İnanıram ki, yüksək peşəkarlığa malik kollektiviniz öz üzərinə düşən vəzifələri bundan sonra da dərin məsuliyyət hissi ilə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artırılması naminə böyük əzmkarlıq və qətiyyətlə çalışacaqdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 402   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

30.04.2024 211
.

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Xyber-Paxtunkhva əyalətində güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, güclü yağışlar nəticəsində 17 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Pakistanın "Associated Press of Pakistan" (APP) rəsmi xəbər agentliyi məlumat yayıb. Yağışlar səbəbində

30.04.2024 221
.

"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir"

"Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki

30.04.2024 245
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 479
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

10:49 0
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

10:09 56
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30.04.2024 572
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

30.04.2024 306
.

Reymen evlənir

Türkiyəli məşhur fenomen müğənni Reymen evlənir. BİG.az xəbər verir ki, o, sevgilisi Emire Cansu Kurtarana evlilik təklifi edib. Müğənni bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşıb

30.04.2024 280