Bakı şəhərinin yeni icra başçısı kimdir?

Bakı şəhərinin yeni icra başçısı kimdir?Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

BiG.AZ xəbər verir ki, sərəncama əsasən Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Əzizov Eldar Əziz oğlu 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.

1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.

1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

2000-ci ilin iyun ayından Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub.

2015-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

1980-ci ildə "Şərəf nişanı", 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib.

Ailəlidir, 2 övladı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1765   Tarix: 15 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Abort QADAĞAN EDİLSİN: Bəs "arzuolunmayan" insanın gələcəyinə kim məsuliyyət daşıyacaq? AÇIQLAMA

Hər bir qadın dünyaya sağlam körpə gətirmək istəyir, hətta bunu özü üçün müqəddəs missiya hesab edir. Çünki qadının, ümumiyyətlə, dişinin təbiət tərəfindən yaradılışı belədir - Ana olmaq!. Azərbaycanda qadınların çoxu bir və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti arzuolunmaz hamiləliyi sün

20.09.2024 439
.

İngiltərədən vətəndaşlarına çağırış: O ölkəni tərk edin!

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Livanın baş naziri Necip Mikati ilə telefon danışığı aparıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Lammi sosial şəbəkə hesabından məlumat yayıb. "Mikati ilə danışdım və Livanda artan gərginlik və mülki əhalinin itkiləri ilə bağl

20.09.2024 123
.

Bakıda leysan olacaq - Xəbərdarlıq

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində leysan xarakterl

20.09.2024 571
.

Həmidə Ömərova oğlu və gəlini ilə

Xalq artisti Həmidə Ömərova oğlu və gəlini ilə paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramın hekayə bölməsində foto paylaşıb. Şəkildə aktrisanın oğlu Rəhim və onun xanımı yer alıb

20.09.2024 535
.

"YouTube"da yeni "Hype" düyməsi əlavə olundu – Necə işləyir?

Dünyamızın əsas video hostinq saytı "YouTube" istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə başlayıb. xəbər verir ki, yeni funksiya izləyicini sevimli müəlliflərinin videolarını önə çıxarmağa dəvət edir ki, onların məzmunu daha tez-tez diqqət çəksin. Burada istifadəçilər hər həftə 500 mində

20.09.2024 171
.

7 bal gücündə maqnit qasırğası yaxınlaşır: XƏBƏRDARLIQ

Son məlumatlara görə, Yer kürəsinə güclü geomaqnit qasırğası yaxınlaşır, onun səviyyəsi 7 bala çatacaq. -ın məlumatına görə, bu hadisə təkcə elektron sistemlərin və peyklərin işinə deyil, həm də insanların, xüsusən də planetin maqnit sahəsindəki dəyişikliklərə həssas olan insanların sağlamlığına əhəmiyyətl

20.09.2024 216
.

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, sentyabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqəda

20.09.2024 172
.

Əlləriniz sizə qaraciyərinizin sağlamlığından xəbər verir

Piylənmə kimi tanınan qaraciyər yağlanması xəstəliyini sadəcə əllərinizə diqqətlə baxmaqla aşkar etmək olar. xarici mətbuata istinadən xəbər verir ki, hepatoloq Sümeri İlyasın fikrincə, əllərdə dərinin qızarması, dırnaqların, xüsusilə baş və şəhadət barmaqlarının solğunlaşması, barmaqların şişməsi v

20.09.2024 351
.

Arda Gülər və sevgilisi ilk dəfə xalq qarşısına çıxdı

Arda Gülər basketbolçu sevgilisi Duru Yamanla ilk dəfə Tibo Kurtuanın sənədli filminin qala gecəsində yan-yana görüntülənib. -ın xarici mediaya istinadən məlumatına görə, "Real"ın gənc futbolçusuArda Gülər də şəxsi həyatı ilə diqqət çəkib. İspaniya nəhəngində çıxış edən futbolçu ilk dəfə sevgilis

20.09.2024 422
TOP MP3