Ürəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcək

Ürəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcək- Bəs qəfəsdəki quş hanı?

- Dünən yanğında boğulub ölüb.

Balaca həmsöhbətimiz bu sözləri deyib kövrəldiyindən heç adını soruşmağa vaxt tapmamış dəhlizin qaranlığında gözdən itdi...

"Qafqazinfo" olaraq dünən səhər saatlarında yanğın baş vermiş Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasına yollandıq. Hadisə binanın üçüncü mərtəbəsində baş versə də, yanğın söndürülən zaman aşağı mərtəbələr də su olduğundan mənzillər hazırda yaşayış üçün yararsızdır. Odur ki, evində yaşaya bilməyən 46 məcburi köçkün ailəsi üçün binanın yaxınlığında 15 çadır qurulub.

Qohumlarının köməyi ilə evində hadisədən sonra salamat qalmış bəzi əşyalarını çıxarmağa çalışan Badam Hacıyeva yanğının pilləkənlərin sağındakı ilk mənzildə başladığını deyir. Onun sözlərinə görə, ilkin səbəb kimi qısa qapanma göstərilib:

"Səhər nəvələrimi geyindirib dərsə yola salırdıq. Hiss elədik ki, tüstü iyi gəlir. Dəsmalları isladıb ağzımıza tutub çıxdıq. Övladlarım, gəlinim və 5 nəvəmlə yaşayıram. Gecə də naqildə partlayış oldu. Uşaqlar qorxub, ona görə dünən qohumumuzgildə qaldıq, bu gün də gəlmişik əşyaları çıxarmağa. Televizor, kondisioner, gəlimin cehizləri yanıb tamam, qalanlar da artıq istifadəyə yayarsızdır. Dünəndən aidiyyatı qurumlar bizimlə maraqlanır, ev veriləcəyini də vəd ediblər. Qulluqdan narazı deyilik. Gözləyirik, görək başımıza nə gəlir".

Qeyd etdiyimiz kimi, sakinlər üçün həyətdə çadırlar qurulsa da, yaxınlaşdığımız zaman hamısının boş olduğunu gördük. Çadırlarda qızdırıcı, 4 nəfərlik çarpayı yerləşdirilib. Ancaq buna baxmayaraq sakinlər gecəni yatmaq üçün yox, dincəlmək üçün nəzərdə tutulan çadırda keçiriblər.

Zərərçəkmiş Rəfiqə Ələkbərovanın sözlərinə görə, buna səbəb çadırların soyuq və havasız olması olub: "Ürəyimiz darıxırdı. Gecə yenidən partlayış oldu, biz də elə burada oturduq. Bir-birimizə təsəlli, təskinlik veririk".

Hadisə yerində olan sakinlərin köçürülməsi ilə bağlı işlərə nəzarət edən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Təşkilat Nəzarət və Analitika şöbəsinin müdiri Namiq Kərimov bildirib ki, binada məskunlaşmış 103 ailə yanvar ayından yeni mənzillərlə təmin olunacaq:

"Burada 103 ailə məskunlaşıb.14 ailənin müvəqqəti yaşadığı evlər tam yararsız vəziyyətə düşüb, qalan evlərə isə qismən ziyan dəyib. Digərləri isə sonradan işıqla bağlı problem yaşayıb. Qərara alındı ki, bütün sakinlər müvəqqəti olaraq kirayəyə çıxarılacaq. Bu səbəbdən hər ailəyə bir aylıq 300 manat pul yardımı olunur.

Ürəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkKürdəxanı ərazisində Qaçqınlar və Məcburi Köçkünlər üçün müvəqqəti yaşayış qəsəbəsi tikilir. Dünən bu hadisədən sonra iclas oldu və qərara alındı ki, bu ailələr daha ön plana salınsın və ilkin olaraq oraya köçürülsün. Yəni 103 ailənin hamısı yanvar ayında orada evlə təmin olunacaq. 14 ailə evi tam yararsız olduğundan köçürülənə kimi hər ay kirayə haqqını bizdən alacaq. Ancaq digər ailələr yanğın söndürülən zaman evlərini su basdığı üçün bir aylıq ödəniş edilib kirayəyə çıxarılır. Daha sonra köçürülənə kimi burada yaşayacaqlar.

Ailələrə kompensasiya verilməsi ilə bağlı da aidiyyatı orqanlar burada araşdırma aparır, yəqin ki kompensasiyalar veriləcək. Dəymiş ziyan hesablanır. Artıq kirayəyə köçənlər var".

Hadisə yerində olduğumuz zaman müşahidə etdik ki, binanın birinci mərtəbəsində yerləşən Füzuli rayonu 45 nömrəli tam orta məktəbdə də artıq tədris bərpa olunub. Bu barədə məlumat verən məktəbin direktoru İlahə Novruzova bildirib ki, hadisə baş verən zaman məktəbdə sadəcə 5-6 pedoqoji kadr olub, onlar da FHN əməkdaşlarının xəbərdarlığına əsasən bayıra çıxarılıb:

"Uşaqların məktəb həyətinə belə daxil olmağı qadağan olundu. Üst qurumlardan rəsmi surətdə icazə alındı və məktəbdə tədrisə bir günlük fasilə verildi. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib və tədris hazırda davam etdirilir, davamiyyət 90%-dir".

Əlavə edək ki, çadırların qurulduğu ərazidə rəsmilərlə məcburi köçkünlər arasında narazılıqlar də yaranıb. Bir neçə ailə təklif edilən kirayə haqqının azlığından şikayətlənib, onların içərisində kirayədən imtina edərək birbaşa yeni evə köçmək istəyən də var. Yaranan gərgin şəraitdə hətta bir vətəndaş huşunu itirib, onun üçün təcili ticci yardım çağırılıb.
Ürəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcəkÜrəyi gedən kim, quşu yanan kim... - Yanvarda ev veriləcək


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1817   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

04.05.2024 725
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 80
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 109
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

04.05.2024 319
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 173
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223