Rektor, deputat, səfir, alim, mühacir... - Elçibəy hökumətinin nazirləri

Rektor, deputat, səfir, alim, mühacir... - Elçibəy hökumətinin nazirləriAzərbaycan dövlət müstəqilliyi əldə etdikdən bir il sonra Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gəldi. Yaxın tariximizə ekskurs edən əksər tədqiqatçıların qənaətinə görə, AXC iqtidarının uzun müddət hakimiyyətdə duruç gətirə bilməməsinin əsas səbəblərdən biri kadr islahatları ilə bağlı yürütdüyü yarıtmaz siyasət olub.

Azxeber.com AXC iqtidarı dövründə müxtəlif sahələrə rəhbərlik etmiş nazirlərlə bağlı araşdırma aparıb. Araşdırma zamanı sabiq nazirlərin hazırda nə işlə məşğul olmasına da aydınlıq gətirilib.

Baş nazir Pənah Hüseyn 1993-cü ilin aprel ayının 28-dən iyun ayının 30-na qədər bu vəzifədə çalışıb. Bundan öncə isə Azərbaycanın Dövlət katibi (Prezident Adminstrasiyasının rəhbəri) işləyib. O zaman isə Baş nazir iqtisadçı alim Rəhim Hüseynov idi. Sonradan Milli Məclisin deputatı, Azərbaycan Xalq Partiyasının sədri olub.

Daxili İşlər naziri Abdulla Allahverdiyev 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək nazir olub. General-mayor A.Allahverdiyevdən öncə isə bu vəzifəni hazırda Azərbaycan Milli Demokrat Partiyasına rəhbərlik edən İsgəndər Həmidov daşıyıb. Nazirə məxsus olmayan qəribə davranışları ilə cəmiyyətin gülüş hədəfinə çevrilən İsgəndər Həmidov müxalifətə keçddikdən sonra da bu "fəaliyyətini" davam etdirib.

Müdafiə naziri Dadaş Rzayev 1993-cü ilin fevral ayının 23-dən iyun ayının 17-nə qədər nazir olub. General-mayor D.Rzayev hazırda Azərbaycan Veteranlar Şurasının sədridir. Prezidentin 2015-ci il tarixli sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilib.

Təhlükəsizlik naziri Fəxrəddin Təhməzov cəmi bir ay bu vəzifədə çalışıb və AXC iqtidarının son Təhlükəsizlik naziri olub. General-mayor F.Təhməzov 1993-cü ilin iyununda "Gəncə qiyamı"nda iştirakına görə, qısa müddət həbsdə də yatıb. Hazırda onun nə işlə məşğul olduğu bəlli deyil.

Ədliyyə naziri İlyas İsmayılov 1992-1995-ci illərdə nazir olub. Bundan öncə Azərbaycanın Baş Prokuroru işləyən İ.İsmayılov hazırda Ədalət Partiyasının sədridir. III çağırış Milli Məclisin deputatı olub. Hüquq elmləri doktoru, professordur.

Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı 1991-1995-ci illərdə nazir olub. Xalq şairi S.Rüstəmxanlı hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. 1990-2015-ci illərdə Milli Məclisin deputatı olub. Eyni zamanda Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik edir.

Xarici İşlər naziri Tofiq Qasımov bir il bu vəzifədə çalışıb. Uzun müddət aktiv şəkildə müxalifətçilik edən T.Qasımov hazırda İsveçrənin Lütsern şəhərində yaşayır. Orada elmi fəaliyyətlə məşğuldur və fizika üzrə fəlsəfə doktorudur.

İqtisadiyyat naziri Əli Məsimli eyni zamanda AXC iqtidarı dönəmində Baş nazirin müavini, qısa müddət Baş nazir əvəzi işləyib. Uzun müddət AXCP sədrinin müavini olan Ə.Məsimli hazırda Milli Məclisin deputatı, iqtisadçı ekspertdir.

Maliyyə naziri Saleh Məmmədov AXC iqtidarının əvvəlindən sonuna qədər bu vəzifəni daşıyıb. Hazırda elmi-pedaqoji fəaliyyətlə məşğul olan S.Məmmədov müxtəlif ali məktəblərdə iqtisadiyyat fənnini tədris edir, professordur.

Kənd Təsərrüfatı naziri Tofiq Hüseynov 1993-cü ilin mart-iyun aylarında nazir olub. Bundan öncə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan T.Hüseynov sonradan müxalifətə keçib və Müsavat başqanı İsa Qəmbərə müşavirlik edib.

Xarici İqtisadi Əlaqələr naziri Rauf Qarayev bir il bu vəzifədə çalışıb. İlk öncə o zamankı prezident Əbülfəz Elçibəy ona Dövlət Gömrük Komitəsinin rəhbəri olmağı təklif etsə də, o nazir olmağı üstün tutub. Hazırda xaricdədir.

Təhsil naziri Firudin Cəlilov eyni zamanda Baş nazirin müavini olub. Tanınmış türkoloq alim hazırda təqaüddədir. Vaxtaşırı olaraq ictimai tədbirlərə qatılan professor müalicə məqsədilə tez-tez Türkiyədə olur. Türkçülüklə bağlı çoxsaylı məqalələrin müəllifidir.

Səhiyyə naziri Rahim Hüseynov 1986-1992-ci illərdə Səhiyyə nazirinin müavini, 1992-1993-cü illərdə isə Səhiyyə naziri vəzifəsində çalışıb. Hazırda "Təfəkkür" Universitetinin rektoru vəzifəsində çalışan professor R.Hüseynov paralel olaraq universitetin kafedra müdiridir.

Rabitə naziri Sirus Abbasbəyli hazırda ictimai fəaliyyətlə məşğuldur. 1990-cı ilə qədər Mərkəzi Komitədə çalışan S.Abbasbəyli sosial şəbəkələrdə fəallığı ilə seçilir. Müxtəlif elmi kitablara müəlliflik edən S.Abbasbəylinin əsas tədqiqat sahələrindən biri Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.

Mədəniyyət naziri Polad Bülbüloğlu 1989-2006-cı illərdə bu vəzifəni tutub. Hazırda Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri işləyən P.Bülbüloğlu həm də musiqiçidir. Azərbaycanın, Türkmənistanın xalq, Dağıstanın isə əməkdar artistidir.

Xatırladaq ki, AXC iqtidarı dönəmində nazir olmasa da, hazırda ictimai-siyasi həyatda məşhurluğu ilə seçilən məmurlar da az olmayıb. Bu sırada yer alanlardan Sahib Məmmədov Prezident Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Əliməmməd Nuriyev Analitik təhlil və strateji planlama şöbəsinin müdiri, Fazil Mustafa Prezident Aparatında Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri işləyib. Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev Milli Məclisn sədrinin I müavini, eks-spiker Rəsul Quliyev Baş nazirin müavini, millət vəkili Fəzail Ağamalı nazir müavini olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1319   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi - Adlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:. "general-leytenant"

16:06 134
.

Vəkil açıqladı: Təhqir və böhtan zamanı hüquqi addımlar

"İnsanlara qarşı təhqir və böhtan hallarını tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri mövcuddur". Bunu -a açıqlamasında vəkil Ruslan Mustafayev bildirib. O qeyd edib ki, bu maddələrə əsasən, təhqir və ya böhtana məruz qalan şəxs xüsusi ittiham qaydasınd

12:58 154
.

İqlim könüllüləri istintaqa cəlb edildi

Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini

11:24 351
.

Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU

Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d

12:49 388
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

12:16 306
.

Yaşar Nurinin xanımı qızının vəfatından danışdı

Mərhum Xalq artisti yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ülviyyənin vəfatından danışıb. Axşam.az xəbər verir ki, "Bir gün" verilişinə qonaq olan R.Nuriyeva övladını itirdikdən sonra insanlardan uzaqlaşdığını bildirib:. "Şərhlər yazırlar, başına gəlməyən ağzına gələni yazır

10:42 538
.

Bloomberg: "2026-cı ildə qızılın qiyməti sürətlə bahalaşacaq"

Bloomberg-in analitiklərinə istinadən yayılan məlumatda bildirilir ki, 2026-cı ildə qlobal qeyri-müəyyənliklər və geosiyasi risklərin artması fonunda qızılın qiyməti kəskin şəkildə yüksələcək. BİG.AZ Bloomberg-ə istinadən xəbər verir ki, hesabata görə, mərkəzi bankların dollar ehtiyatlarını azaltmas

16:37 129
.

Mərakeşin Safi əyalətində baş verən daşqınlar nəticəsində 40 nəfər ölüb

Mərakeş hakimiyyəti bildirib ki, Mərakeşin Atlantik sahilindəki Safi əyalətində leysan yağışlarının yaratdığı daşqınlarda 40 nəfər ölüb. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökümət rəsmilərinin bildirdiyinə görə, reanimasiyada olan iki nəfər də daxil olmaqla, on dörd nəfər hələ də tibbi yardı

15:48 114
.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14.12.2025 517
.

TOP MP3