"Onun gözəlliyinə aşiq olub oğlu ilə evləndim" - Aybəniz

"Onun gözəlliyinə aşiq olub oğlu ilə evləndim" - Aybəniz

"Mən o evə gəlin gələndə bütün ətrafında olanlar ona deyirmiş ki, ondan sənə gəlin olmaz, müğənnidir, gözü yeri görmür. Neynirsən onu. O söhbətin üzərindən 27 il ötür. Hətta gəlinlər, qayınanalar var ki, evində yoldaşı ola-ola ər evinin bir adamını belə nə tanıyır, nə də tanımaq istəyir".

BiG.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova İnstaqram hesabında yazıb. Qayınanası Aynişan xanımdan danışan müğənni bunları qeyd edib:

"İndi o adamlara bir sual vermək istəyirəm. Niyə bilmədiyinizi danışırdınız? İndi siz özünüz hardasınız? Gəlin evə gəlməmiş onun yerini soyuq etmək üçün əlinizdən nə gəlirsə, onu edib, yerinə o ailə üçün onun kim olacağına xitam verib, hələ gəlməmiş artıq evə sanki bir yad gəlir kimi formalaşdırırsız?
27 il bir igidin ömrüdür. Kaş ki, öz qızınız sizi qayınanamın məni, mənim onu sevdiyim kimi sevsə… Qayınanam mən xəstə olanda elə qulluq edib ki, onu bəzən doğma analar öz övladı üçün etmir. Qayınanam dünyanın ən gözəl qadınıdır. Dünya rəssamları onun gözəlliyini görsələr, bəlkə də əsl Madonna adlandırardılar. Şəxsən onun gözəlliyinə aşiq olub oğlu ilə evlənmişəm.

Xəstəxanada yatanda anam bircə dəfə də olsun yanıma gəlmədi. Amma qayınanam hər gün yanımda idi. Hətta həkimlər indiyə kimi elə bilirlər ki, anam idi".

"Onun gözəlliyinə aşiq olub oğlu ilə evləndim" - Aybəniz

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4115 Tarix: 14.11.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol