Küçədə tum çırtladı, 51 manat cərimələndi

Küçədə tum çırtladı, 51 manat cərimələndiBakıda parkda tum çırtlayıb qabığını yerə atan şəxs cərimələnib.

BiG.AZ xəbər verir ki, qafqazinfo-ya müraciət edən vətəndaş Ülvi Quliyev bildirib ki, noyabrın 10-da saat 23 radələrində Səməd Vurğun bağının yaxınlığında dayancaqda marşrut avtobusu gözləyərkən Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşıblar: "Mən orada dayanıb 125 nömrəli avtobusu gözləyirdim, "semiçka" çırtlayıb yerə tökürdüm. Yer zibillik idi, siqaret kötükləri ilə dolu idi. Daha sonra bir mülki şəxs həmin yerə gəldi. Məni 22-ci Polis Bölməsinə apardılar. Orada dedilər ki, cəriməni yerində nağd ödə, mən buna etiraz etdim. Protokol tərtib edərək məni İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi üzrə 51 manat cərimə etdilər. Qanunda "semiçka" çırtlamağa görə cərimə var?"

Vəkil Vasif İsrafilov sayta açıqlamasında bildirib ki, bu əmələ görə cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub: "Məcəllənin 266-cı maddəsi istehsalat və məişət tullantıları haqda qanunvericiliyin pozulması nəzərdə tutulur. Maddənin 3-cü bəndinə görə tullantıların zibil qablarından kənara atılmasına görə 50 manat cərimə nəzərdə tutulub. Yəni, vətəndaş şəhəri çirkləndirdiyi üçün cərimələnib.

Azərbaycanda bu cərimələr digər ölkələrə nisbətən azdır. Məsələn, Malayziyada bir saqqızı yerə atmağın cəzası 1000 dollardır.

Bizdə şəhəri zibilləməyə görə sürücülər də cərimə olunur. Yol hərəkəti haqda qanunun 327.1-ci maddəsinə görə maşın idarə edərkən küçəyə adi siqaret və ya digər zibil atmağa görə 40 manat cərimə müəyyən olunub".

Şikayətçi Ü.Quliyev bildirib ki, tum çırtlarkən yanında dayanan və yeri zibilləyən tanımadığı başqa bir şəxs də onunla birgə polis bölməsinə aparılıb və cərimələnib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1318   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 538
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 491
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

15:51 0
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 811
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 705
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 416
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 774
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 789
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 535