Deputat "cin çıxarma" zamanı ölən 25 yaşlı gəncdən danışdı

Deputat "cin çıxarma" zamanı ölən 25 yaşlı gəncdən danışdıXəbər verdiyimiz kimi, Şabran rayonunda "cin çıxaran" şəxslər 25 yaşlı Murad Soltanovu nar çubuğu ilə döyərək öldürüblər. Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq RPŞ-yə gətiriliblər. İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.

Deputat "cin çıxarma" zamanı ölən 25 yaşlı gəncdən danışdıBununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, müvafiq orqanlar bu sahədə tədbirləri artırmalıdırlar:

"Hərəkət normaları deyilən bir anlayış var. O normalara uyğun davranılmalıdır. Hər bir hadisəyə görən qanun qəbul olunmur. Bu cür neqativ hallar var. Təbii ki, bu xoşagəlməz bir hadisədir. Hüquq mühafizə orqanları tərəfindən statistik məlumatlar toplanır ki, hansı sahədə daha çox problemlər var. İlk öncə ayırd edilməlidir ki, bu hadisə ehtiyatsızlıqdan baş verib, yoxsa qəsdən. İnsanların öldürülməsi cəmiyyətdə narahatçılıq doğurur. Müvafiq orqanlar bu sahədə tədbirləri artırmalıdırlar. Düşünürəm ki, müəyyən problemlərin yaranmaması üçün bu cür insanlara qarşı profilaktik tədbirlər artırılmalıdır".

Deputat "cin çıxarma" zamanı ölən 25 yaşlı gəncdən danışdıPsixoloq Vəfa Fərəc bildirib ki, 25 yaşlı gənci döyərək öldürən həmin 6 nəfərin psixiatra ehtiyacı var: "Gəncin problemi var idisə sağlam düşüncəli insanlar onu həkimə aparmalı idi. O, həkim də gəncin probleminə uyğun psixoloqa və ya digər mütəxəsisləri məsləhət görə bilərdi. Bu insanlar özlərinin yalnış təfəkkürləri ilə bu cür addım atıb və sonunu düşünməyiblərsə onlar üçün artıq psixiatrlıq bir haldır. Düşünürlər ki, təfəkkür və düşüncə çatışmazlığından əziyyət çəkirlər. Bu cür düşüncələr keçmişdə qalıb. Qeyd edib ki, keçmişdə ideologiyalar və dini inanclar çox idi. Hazırda insanlara dəqiq elmlərlə yardım edilir. Düzdür hələlik inkişaf gedir. Amma bəzi insanlar hələ də keçmiş təfəkkürlə yaşayırlar. Təəssüf ki, cəmiyyətdə bu cür insanlar çoxdur və onlar dar düşüncədən əziyyət çəkirlər. Mən bu xəbəri eşidəndə çox təəssüfləndim. Görünür ölən gəncin hansısa nevroloji problemləri olub. Amma düşünürəm ki, onu cin çıxartma adı ilə döyərək öldürənlərin psixatrlıq problemləri var. İnsanlar çox vaxt bu cür hadisələrin işıqlandırılmasından qorxur. Düşünürlər ki, bu dinə və inanclara zərbə vura bilər. Amma bu insanlar maarifləndirilməlidir ki, cahilliyin gətirib çıxaracağı nöqsanları görsünlər. Biz maarifləndirici tədbirlərin sayını artırsaq düşünürəm ki, cəmiyyətimizdə bu cür cahil düşüncəli insanların sayı kifayət qədər azalar".

Deputat "cin çıxarma" zamanı ölən 25 yaşlı gəncdən danışdıİlahiyyatçı alim Əkrəm Həsənov söyləyib ki, bu kimi hallar insanların savadsızlığından, cəhalətindən irəli gəlir: "Ümumiyyətlə, hər bir insan istər psixoloji, istər ruhi, istərsə də bədəni xəstəliklərlə qarşılaşdıqda həmin sahədə olan həkimə müraciət etməlidir. Çünki bildiyimiz kimi əgər savadlı həkim olarsa əsəbləri, psixologiyanı müalicə etmək mümkün olur. Yəni, bunun üçün "Quran Kərim" oxuyaraq, dua edərək kimisə döyməzdən və özünü döyülməyə şərait yaratmazdan əvvəl həkimə müraciət edilməlidir. Əgər həkimlər bu cür xəstəliyi müalicə edə bilməsə o zaman dünyada məşhur olan özü-özünü sağaltmaq, mümkün qədər özü üçün Allaha dua edib kömək istəmək, yaxud da qəlbinin rahatlaşması üçün "Quran Kərim" dinləmək olar. Hətta bir çox Avropa ölkələrində musiqi ilə, təbiət səsləri ilə də əsəbləri müalicə etmək mümkün olur. Bir sözlə insan xəstələndikdə həkimə müraciət etməlidir. O ki, qaldı islam dinində məşhur olan rüqyə ilə müalicə etmək, əlbəttə bu mövzu barədə saysız hesabsız kitablar yazılıb. Müalicə edən şəxs sadəcə xəstəyə "Quran Kərim" ayələrində, hədislərdə bildirlən dualar edərək onun əsəblərinin düzəlməsinə səbəb ola bilər. Yoxsa ki, hansısa bir cin formalaşdırıb onun bədəndə olmasını deyərək xəstəni döyüb öldürmək əlbəttə cinayətdir. Buna görə də islam alimləri yekdil qərara gəliblər ki, belə psixoloji xəstə olan insnaları hər kəs müalicə etməməlidir. Onu müalicə edən şəxs çox mükəmməl tibb elminə və şəriət elminə sahib olan şəxs olmalıdır. Yoxsa ki, indi dəb düşüb kim "Quran Kərim"dən nəsə oxuya bilir, iddia edir ki, mən bədənə girən cini çıxara bilirəm və belə iddia ilə bir çox avamları aldadıb onlardan küllü miqdarda pul alırlar, nəticə isə heç zaman həmişə yaxşı olmur. Belə dələduzlara aldanmaq olmaz".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1558   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874