"Qayınanam dedi ki, müğənni olmağın az deyil, üstəlik bir şikəst qız da doğmusan"

"Qayınanam dedi ki, müğənni olmağın az deyil, üstəlik bir şikəst qız da doğmusan"Müğənni Samirə Vahabovanın milli.Az-a müsahibəsi.

- Samirə xanım, bir müddət əvvəl tanınmış müğənni və teleaparıcı Roza Zərgərli "Bakı vaxtı ilə" verilişində bildirmişdi ki, Samirə xanım səfil həyatı yaşayır, küçələrdə dilənir. Bu doğrudur?

- Allah Roza xanımdan razı olsun. Məni öz verilişinə dəvət etdi, salona aparıb bəzətdirdi, maddi köməklik etdi. Bəli, düz deyir, uzun müddətdir ki, acınacaqlı vəziyyətdə yaşayıram. Səhər olan kimi qonşu iki soğan verir, xəstə qızımla üstünə sumax töküb yeyirik. Ana-bala həmin qonşuya o qədər dua edirik ki... Fitr günündə mənə nəzir də verirlər.

- Müğənnilik sənətini atandan sonra harada çalışmısınız?

- Sənəti atandan sonra kafelərdən birində xadimə olaraq işə başladım. Bir müddət sonra məni işdən çıxardılar. Səbəb kimi isə yaşımı göstərdilər. Yerimə cavan bir qız götürdülər. Bundan sonra çox pis vəziyyətə düşdüm.

- Həyat yoldaşınız çoxdan rəhmətə gedib?

- Bəli, çoxdan rəhmətə gedib. Pis insan deyildi, sadəcə, içki içirdi.

- Bəs Nizami Rəmzi ilə tanışlığınız necə olub?

- Məni Nizami ilə Musiqiçi Natiq Nuriyev tanış etmişdi. Nizami dedi ki, bir mahnı yazmışam, amma mənə uyğun səs yoxdur ki, duet oxuyaq. 1976-cı ildən rəhmətə gedən ilə qədər biz toylara bir getdik. Mən Nizami ilə həm qız toylarına gedirdim, həm də kişi toylarına. Nizami rəhmətə gedəndən sonra, demək olar ki, mən də mənən öldüm.

- Nizami Rəmzi ilə oxuduğunuz "Canan" mahnısı daha populyar oldu.

- Biz onunla birlikdə "Simuzərim", "Qardaşım görər gələ bilmərəm mən", "Cəmalə yaxşıdır" və s. mahnıları duet kimi ifa etdik. O qədər mahnı ifa etmişik ki... Hazırda bizim "Canan" mahnımızı bir meyxanaçı xanımla ifa edir.

- Musiqi təhsiliniz var?

- Mən uşaqlıqdan Oqtay Kazımovun xorunda oxumuşam. Musiqi təhsili almışam, vaxtilə böyük səhnələrdə oxumuşam.

- O vaxtı atalar öz qızlarının müğənni olmasına razı deyildi. Sizə necə razılıq verdilər?

- İçərişəhərdə doğulmuşam, nə atam var idi, nə də qardaşım, yetim qız idim. Bir xəstə anam var idi. Konsertə, toya gedəndə mənə deyirdilər ki, sənin atan, qardaşın yoxdur? Düşmüsən kişilərin içinə oxuyursan! İndi zəmanə dəyişib. Müğənni olandan sonra bütün qohum-əqraba mənimlə əlaqəni kəsdi ki, yeri get Nizami ilə duet oxu! Qızım anadangəlmə xəstə doğulmuşdu. Onu saxlamaq üçün toylara getmək məcburiyyətində qaldım.

- Vaxtilə bir çox müğənnilərlə yaxın olmusunuz. Hal-hazırda onlarla münasibətiniz var?

- Xeyr, heç biri ilə əlaqəm yoxdur. Müğənnilərin hamısı ilə tədbirlərdə, konsert proqramlarında birlikdə oxumuşam. Təkcə İzzət Bağırovla əlaqəm var, gücü çatandan mənə köməklik də edir.

- Toylara gedirdiniz, pul qazanırdınız. Qazandığınız puldan özünüzə bir şərait qura bilmədiniz?

- Xeyr, oğlum. Qızım anadangəlmə şikəstdir, qazandığımı ancaq ona xərclədim. Həkimlər deyirdi ki, 3 yaşından artıq yaşamaz. Mən onu 40 yaşına çatdırmışam. Qızımı uşaqlıqda Moskvaya apardım, həkimlər dedilər ki, qoy burda get. Qızım dedi ki, "mama, məni burda qoyub getmə" (ağlayır). Şikəst də olsa ağlı üstündədir. Mənim vaxtilə evim də olub. Kimə deyirəm ki, evim olub inanmırlar. Bir nəfər məni aldadıb evimi satdırdı ki, qızını əməliyyat etdirəcəm. İp də getdi, it də getdi.

- Həyat yoldaşınızın qohumlarından kimlərlə münasibətiniz var?

- Heç bir qohumumla münasibətim yoxdur. Qayınanam mənə deyirdi ki, müğənni olmağın az deyil, qız doğmusan, özü də şikəst. Hamısı üz döndərdi məndən.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2292   Tarix: 07 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

26.04.2024 538
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 355
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 746
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1342
.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

23.04.2024 457
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26.04.2024 1354
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 667
.

"Vallah, elə bir oğlana ərə gedirsən ki…"

Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt

22.04.2024 1683
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 936