Bakıdan Cenevrəyə birbaşa aviareys açılıb - FOTOLAR

Bakıdan Cenevrəyə birbaşa aviareys açılıb - FOTOLAR"Azərbaycan Hava Yolları" QSC (AZAL) oktyabrın 30-dan İsveçrənin Cenevrə şəhərinə birbaşa uçuşlara başlayıb.

AZAL-dan "Report"a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu yerinə yetirib.

Aviaşirkətinin və aeroportun rəhbərliyinin, diplomatik idarələr və KİV nümayəndələrinin iştirakı ilə Cenevrə hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib. Reysin ilk sərnişinlərindən olan Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bildirib ki, birbaşa aviareysin açılması müxtəlif sahələrdə ikitərəfli əlaqələri möhkəmləndirəcək. Səfir birbaşa aviareysin Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcəyinə və müxtəlif sahələrdə böyük potensiala malik olan ölkəmizə daha çox diqqətin yetirilməsinə səbəb olacağına əmin olduğunu bildirib.

İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktorunun müavini Simon Heberli (Simone Haeberli) öz növbəsində uçuşun rahat olmasına diqqət çəkib. Diplomat Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini və birbaşa aviareysin açılmasının turizmin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

AZAL aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Mənizadə qeyd edib ki, aviaşirkət bu marşrutun açılmasında məmnunluq duyur. Onun fikrincə, birbaşa aviareyslər ikitərəfli münasibətlər və turizmin inkişafına faydalı olacaq. C.Mənizadə əlavə edib ki, AZAL gələcəkdə də dünyanın müxtəlif nöqtələrinə birbaşa aviareyslərin açılması istiqamətində çalışacaq.

Qeyd edək ki, AZAL-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik "Airbus A319" təyyarələri ilə yerinə yetiriləcək.

Bakıdan uçuş yerli vaxtla saat 17:30-da baş tutacaq və təyyarə İsveçrə vaxtı ilə 19:35-da Cenevrəyə çatacaq. Geriyə dönüş isə yerli vaxtla saat 20:35-də baş tutacaq və təyyarə növbəti gün, Azərbaycan vaxtı ilə saat 04:20-də Bakıya çatacaq.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin (Terminal 1) vasitəsilə həyata keçiriləcək.

Bakıdan Cenevrəyə birbaşa aviareys açılıb - FOTOLARBakıdan Cenevrəyə birbaşa aviareys açılıb - FOTOLARBakıdan Cenevrəyə birbaşa aviareys açılıb - FOTOLARBakıdan Cenevrəyə birbaşa aviareys açılıb - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 983   Tarix: 01 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Turlar.az - bütün turizm elanları bir saytda !

Azərbaycanda turizm elanlar platformasıdır. Hər gün yüzlərlə turizm şirkəti öz turizm elanlarını saytında yerləşdirir. Saytda turizm sahəsinə aid bütün elanlar tapmaq mümkündür. Xarici Turlar , Daxili turlar, Avia biletlər, Viza dəstəyi , Hotel və kortec sifarişləri, Rent a cars avtomobil icarəsi v

28.10.2023 5649
.

Türkiyə millisinin üzvü İtaliya nəhəngi ilə razılığa gəldi

Hakan Çalhanoğlu "İnter"də qalacaq. İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər yeni müqaviləni razılaşdırıblar. Sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Rəsmiləşmə prosesi qarşıdakı həftələrdə olacaq. Türkiyə millisinin üzvü 2021-ci ilin yayınd

04.03.2023 3896
.

Azərbaycanda bu transfer xidmətindən yararlanmağa tələsin - FOTOLAR

Azərbaycanda daxili turlar və şirkət qrupları üçün ən uyğun qiymətlərə VİP nəqliyyat vasitələrinin təşkili xidməti ("rent a car", avtomobili sifarisi, hər dildə danisa bilən sürücü və bələdçi) . Əlaqə nömrəsi: +99 450 711-00-01 (yalnız transfer) . İnstagram: . ترتيب سيارات VIP بأنسب الأسعا

27.09.2022 4917
.

Qədimi Şəki şəhərimiz bayram günlərində - ÖZƏL GÖRÜNTÜLƏR

Bir çox şəhərlərimiz kimi, Şəki də bayram günlərində qara büründü. BİG.AZ şəhərdəki gözəl mənzərələrin görüntülərini təqdim edir:. Fotoqraf: De.Castro

29.03.2022 5156
.

FIFA prezidenti: "Üç saat pivə içməsən, sənə heç nə olmayacaq"

"İnanıram ki, üç saat ərzində pivə içməsən, o zaman sənə heç nə olmayacaq". "Report"un məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı zamanı stadionlarda pivə satışının qadağan olunması ilə bağlı mətbuat konfransında deyib. 52 yaşlı funksione

19.11.2022 4322
.

De Yonq: "Messi hər zaman ən yaxşıdır"

"Barselona"nın hücumçusu Frenk de Yonq Lionel Messini dünyanın ən yaxşı futbolçusu adlandırıb. "Mən onu demək olar ki, futbolun bütün aspektləri üzrə dünyanın ən yaxşı futbolçusu hesab edirəm. Məşq etdiyimiz hər şeydə - sonlandırma, mövqe oyunu, nə olur olsun hər şeydə ən yaxşı idi. Onunl

20.02.2022 5426
.

Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazanıb

Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb. "Report"un məlumatına görə, 19 yaşlı idmançı finalda ilk cəhddə 52.780 xala layiq görülüb. Qızıl medalı 53.900 xalla İrina Kundius (Rusiya), bürünc medalı isə 51,820 xalla Corciy

13.02.2022 5195
.

Messi "Barselona"dan təklif gözləyir, kluba qayıtmağa hazırdır

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya "Barselona"sından təklif gözləyir. "Report" xəbər verir ki, bu barədə jurnalist Qaston Edul sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, 36 yaşlı hücumçu Kataloniya təmsilçisinə qayıtmağa hazırdır. Messi yenidən sabiq komandasını

02.04.2023 3977
.

Türk əsilli boksçunun ürəyi rinqdə dayandı

Almaniyada yaşayan türk əsilli boksçu Musa Aksan həyatını itirib. xəbər verir ki, onun ürəyi elə rinqdəcə dayanıb. Döyüşün üçüncü raundunda qəflətən halı pisləşən idmançı xəstəxanaya çatdırılsa o vəfat edib. Həkimlər ürəyin qəfil dayanmasını qeyd ediblər

16.05.2022 6455