Azərbaycanda kişilər niyə gec evlənir? - SƏBƏBLƏR

Azərbaycanda kişilər niyə gec evlənir? - SƏBƏBLƏRStatistik rəqəmlərə nəzər saldıqda məlum olur ki, Azərbaycanda son 27 ildə ilk dəfə 2017-ci ildə kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.

2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub.

2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb.

2013-cü ildə kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub.

Kişilər niyə gec ailə həyatı qurur?

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, kişi və qadınların gec evlənməsi bir neçə aspektlə bağlıdır:

"Gənclər təhsil və karyera yüksəlişinə vaxt ayırırlar və evlənməkdə gecikirlər. İkinci səbəb isə ailə münasibətlərində müstəqil qərar qəbul etməyi bacarsalar da, öz intellektinə uyğun tərəf müqabili tapa bilmir, qarşı cinsə etibar və inam olmur. Eyni zamanda, iqtisadi problemlər də evlənmə yaşını ləngidir".

Mehriban Zeynalova bildirib ki, hazırda 30-40 yaşlarında ailə qurma halları müşahidə edilir:

"Bu da genofondumuz üçün təhlükədir. Bu cür nəticə sonsuzluğa gətirib-çıxarmaqla yanaşı, uşaqların doğum hallarının azalmasına səbəb olur. Fikrimcə, 25-30 yaş evlənmək üçün münasib vaxtdır. Bu yaşda onların məsuliyyəti artır, həyata baxışı dəyişir. Əvvəllər valideynlər daha çox övladının ailə qurmasına, qayğılarına təsir edirdilər.

İndi isə onlar iqtisadi yükü öz üzərinə götürmək istəmirlər. Valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanı olursa, gənc ailəni öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla gənclər razılaşmır və problemlər yaranır".

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, cəmiyyətimiz o qədər mürəkkəbləşib ki, kişilərin gec evlənməsinə yalnız bir səbəb demək olmur:

"Buna müxtəlif səbəblər təsir edir. Maddi vəziyyət, mənəvi amillər ilk sıralardadır. Əvvəllər də Azərbaycanda maddi vəziyyəti aşağı olan ailələr olub. Amma evlilik məsələsinə bu amil təsir etməyib. Hazırda dünyada qloballaşma sürətlə gedir və ölkələrdə proses fərqli formada təzahür edir. İnsanlar evlənmək üçün ev və işsizlik problemini həll edənə kimi yaş ötür. Bu da evlilik yaşını artırır".

Sosioloqun sözlərinə görə, adətən, oğlanların 30, qızların isə 25 yaşa kimi ailə qurması məsləhət görülür:

"Bu, həm fizioloji, həm də psixoloji cəhətdən lazımdır. Hətta bu yaş da gecikmə sayılır və xoşagələn proses deyil. İndiki gənclər istəyir ki, evləndikdən sonra ayrı yaşasın. Təbii ki, ayrı ev almaq çətindir. Hazırda ailə qurmaq barədə təsəvvürlər 20 il əvvəlkindən fərqlidir.

Qızlar çalışır ki, karyera qursun, özü rahat pul qazansın. Bu da evlənənlərin sayını azaldır. Əvvəllər hər kəs bilirdi ki, ailə qurmaq onun borcudur. İndi sosial şəbəkələr, filmlər, virtual aləm insanlarda dəyərləri dəyişib. Artıq ailəyə zəruri, vacib institut kimi baxılmır".

Televiziyalarda efirə gedən problemli ailə verilişlərindən danışan Əhməd Qəşəmoğlu qeyd edib ki, onların fəaliyyət proqramında dəyişiklik edilməlidir:

"Bir çox gənclər verilişə baxan zaman ailə qurmağa qorxur. Onlar televiziyanı açan kimi xəyanət, problemlər eşidirlər. Nümunəvi ailələr barədə danışmaq, ailə dəyərləri ilə bağlı çoxlu verilişlər hazırlamaq lazımdır.

Hesab edirəm ki, yaxın illərdə yaş həddinin artacağını müşahidə edəcəyik. Gec yaşda ailə qurmaq doğulan uşaqların sayının azalmasına səbəb olur. Ailədə doğulan uşaqların sayı iki-üç nəfəri keçmirsə, doğulma indeksi azalır".

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 832   Tarix: 26 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497