Ziya Məmmədovun 35 minə aldığı taksilər "su qiyməti"nə satılır - QİYMƏT

Ziya Məmmədovun 35 minə aldığı taksilər "su qiyməti"nə satılır - QİYMƏTBir vaxtlar az qala Bakının simvoluna çevrilən "London Taxi TX4" taksiləri indi əhəmiyyətsiz nəqliyyat növünə çevrilib. Hətta vəziyyət elə günə qalıb ki, "London taksi"lərilə işləmək istəyən sürücülər belə tapılmır. Bundan başqa, həmin maşınlara qoyulan sayğaclar (taxometr) da çıxarılır.

Ekspertlər isə deyirlər ki, artıq "London taksi"lərinin dövranı bitib. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov baku.ws-ə açıqlamasında bildirib ki, buna əsas səbəb Bakıda taksi xidmətləri arasında rəqabətin yüksəlməsidir.

"Taksi xidmətinin qiymətinin aşağı düşməsi bunun əyani göstəricisidir. Taksi şirkətlər arasında daşınma uğrunda amansız mübarizə gedir. Hətta bəzi məqamlarda avtobuslardan da ucuz xidmət göstərən taksi xidmətləri var", - deyə Məzahir Rüstəmov bildirib.

Eksper deyir ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə ölkəyə gətirilən "London taksi"lərinin qiyməti dəyərindən bir neçə dəfə baha göstərilmişdi:

"Həmin dövrdə taksi xidmətində rəqabət yox idi. Bu istiqamətdə şirkətlər mövcud deyildi. Onların yaradılmasına qarşı süni maneələr vardı. Ona görə də, "London taksi"ləri baha qiymətə xidmət göstərirdi.

İndi isə vəziyyət dəyişib. Bu səbəbdən də, "London taksi"lərdə sayğacların qoyulmasına ehtiyac yoxdur".

M.Rüstəmov deyir ki, artıq xaricdən gələn tursitlərin də bu taksilərə marağı azalır:

"Artıq taksi xidmətilə məşğul olan şirkətlər işlədiyi sürücülərin peşəkarlığını və dil bilgisini nəzərə alırlar. Bu sahədə də rəqabət yaranmağa başlayıb.

Getdikcə "London taksi"ləri əhəmiyyətsiz bir şeyə çevrilir. İndi insanlar cibinə görə hərəkət edirlər. Vətəndaşların çoxu ucuz getmək istəyirlər. Bu gün hərəkətin ucuz qiymətə başa çatması nəzərdə tutulur".

Qeyd edək ki, hazırda "London taksi"ləri 15 min manata satılır. Halbuki, 2011-ci ildə "Marganese Bronze Holdings PLC" şirkətilə bağlanmış müqavilə çərçivəsində Azərbaycana gətirilən "London taksi"lərinin qiyməti 35 min manat təşkil edirdi.

Bununla da, ölkə büdcəsi hesabına alınan bu avtomobillər indi ucuz satılır. Halbuki, həmin dövrə nisbətən avtomobillərin qiyməti bir neçə dəfə qalxıb.

Rəsmi qurumlar isə "London taksi"ləri ilə bağlı səslənən iradların əsassız olduğunu bildirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova açıqlamasında bildirib ki, hələ də "London taksi"lərə tələbat böyükdür.

"İstəyirəm bildirim ki, "Bakı Taksi Xidməti"nin "London taksi"lərinə yenə də tələbat var. Daha çox turistlərin bu taksilərə tələbatı böyükdür. Müxtəlif otellərin qarşısında, hava limanında bu taksilərdən istifadə edirlər.

Bu şirkət 500 taksi ilə xidmətə başlayıb. Hazırda onların 490-dan çoxu xidmətdədir. Bir neçə taksi isə qarajda ehtiyat üçün saxlanılır. Fövqəladə hal olduqda, yaxud xüsusi sifariş olduqda onlar xidmətə buraxılır", - deyə Nuridə Allahyarova bildirib.

Digər taksilərə nisbətən baha olmasına qalınca, deyirsizsə, qurum rəsmisi bu taksilərdə gediş haqqının xidmət səviyyəsinə uyğun olduğunu vurğulayıb.

"Hazırda "London taksi"lərinin xidmətləri daha yüksəkdir. Sürücüləri işə cəlb etdikdə iki dil bilmələri əsas götürülür. Onlar işə götürüləndə xüsusi seçimlər edilir. Təkcə sürücülük kateqoriyası deyil, insanlarla işləmək prinsipləri, peşəkarlığı yoxlanılır.

Bəli, elə daşıyıcılar var ki, çox ucuz qiymətə aparır. Bəzən gürürük ki, gediş haqqı heç yolun xərcini ödəmir. Lakin həmin maşında göstərilən xidmət, sürücü davranış ödənilən qiymətə uyğun olur. Seçim təbii ki, vətəndaşların öhdəsinə düşür".

Ziya Məmmədovun 35 minə aldığı taksilər "su qiyməti"nə satılır - QİYMƏTTaksilərdə sayğacların (taxometr) çıxarılmasına gəlincə, N. Allahyarova deyir ki, bu dövlət nəzarətində olan avtomobillərinə aid deyil:

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin tabeçiliyində fəaliyyət göstərən "Bakı Taksi Xidməti" MMC şirkəti nəzarət edir. Bundan başqa, "Bakı Taksi" MMC şirkəti də "London taksi" ilə xidmət göstərir. Onların maşınları dövlət taksiləri deyil. Onlar özəl daşıyıcı şirkətdir.

Onlar maşınları fiziki şəxslərə sata bilərlər. Dediyiniz sayğacların çıxarılması, maşınların rənglərinin dəyişdirilməsi və digər məsələlər də həmin şirkətin yaxud da, həmin şirkət vasitəsilə özəlləşdirilən avtomobillərin sahiblərinin işləri ola bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2327   Tarix: 22 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

14:09 172
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

21:40 0
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 462
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 853
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

19:20 0
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

21:20 0
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

12:39 136
.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 232
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91