Bakıda sərnişin avtobusunda oğurluq – Anbaan VİDEO

Bakıda sərnişin avtobusunda oğurluq – Anbaan VİDEO
Bakıda bir sərnişin telefonunu avtobusun oturacağında unudub.Onun mobil telefonuhəmin vaxt marşrutda olan digər bir sərnişin tərəfindən oğurlanıb. Hadisə Bakıda 77 saylıavtobusda baş verib. Hadisə anı avtobusda quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

Mobil telefonu sahibinə qaytarmaq əvəzinə onu oğurlayaraq aradan çıxır.

Hadisə paytaxtda 77 saylı marşrut avtobusunda baş verib. Həmin avtobusda Yusif İbarhimov adlı sərnişin oturacaqdan qalxaraq xanım sərnişinə yer vermək istəyib. Bu zaman onun mobil telefonu yadından çıxaraq oturacağın üzərində qalıb.

Digər bir sərnişin həmin xanımın oturmaq istəmədiyini görüb özü orada əyləşir. Sonra isə Yusif İbrahimova məxsus mobil telefonu oğurlayaraq aradan çıxır. Bütün baş verənlər isə avtobusda quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

Zərərçəkmiş Yusif İbrahimov "Xəzər Xəbər”ə bildirib ki, həmin şəxs ona 250 manat miqdarında ziyan vurub. O, artıq hadisə ilə bağlı Yasamal rayon 29-cu polis bölməsinə şikayət də edib. Faktla bağlı araşdırma aparılır..


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1192 Tarix: 20.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol