İnsan səsinin 5 özəlliyi - Necə edək ki, yaşlandıqca səsimiz qocalmasın?

İnsan səsinin 5 özəlliyi - Necə edək ki, yaşlandıqca səsimiz qocalmasın?Səs Allah vergisidir desək, yanılmarıq. Çünki səs hər kəsə eyni verilmir. Bəzilərin səsi qalın, bəzilərinin incə, bəzilərininki " qulaq batıran" olur.
İnsana ən doğma səs onun valideynlərininin, övladının, sevdiyi şəxsin səsidir. Lakin bəzən heç tanımadığın, həyatda üzünü belə görmədiyin insanın səsi yaddaşına əbədi həkk olur, sevilir, buna səsin qüdrəti deyirlər.

Necə ki, müğənnilər, aktyorlar öz səsləri ilə ürəklərdə yer tutur.
Bəs ağlınıza gəlibmi, insan səsi necə yaranır, hansı mərhələləri keçir?

BiG.AZ medicina.az istinadən xəbər verir ki , İngiltərənin BBC kanalı bu barədə araşdırma aparıb və səsin 5 özəlliyini tapıb.

1.Yeni doğulmuş körpələrin ağlamaq səsi onun irqindən, irsindən, yaşayış yerindən asılı olaraq müxtəlif olur. Belə ki, hər körpənin ağlamaq tonu öz ana dilinin tonallığındadır. Yəni azərbaycanlı çağaları ilə amerikan çağaların ağlamaq səsi fərqlidir.

2. Səs ağızdan çıxana kimi müxtəlif mərhələlərdən keçir. Ən əvvəl xırıltı kimi bir şey ağciyərlərdən başlayaraq hava ilə qarışır, səs telləri, ağız boşluğu, dodaqlar və çənənin köməyi ilə formalaşıb normal səs yaranır.

3.Kişilərin səsi daha alçaqdır, nəinki qadınların. Çünki yeniyetməlik dövründə oğlanlarda orqanizm və bədəndə gedən dəyişikliklər buna səbəb olur. Qadınlarda isə bu proses gec, menopauza dövründə baş verir.

4.İllər ötdükcə bədən, orqanizm yaşlandıqda səs telləri də qocalmağa başlayır. Amma səs bədəndən və ağaran saçlardan daha gec qocalır. Ona görə kişilər bəzən üzünü görməyib, səsini eşitdiyi xanımı daha gənc bilir.

5.Sevgi bizim səsimizə təsir edir. Bəli, sevən insanın səsi dəyişir. Araşdırmalara görə, bir-birini sevən insanlarda zaman keçdikcə səs tonları eyniləşməyə başlayır.

Qeyd: Əgər səsinizin gənc, gur, məlahətli qalmasını istəyirsizsə, müxtəlif gimnastika hərəkətləri edə bilərsiz. Bunun üçün ayaqlarınızı çiyin bərabərində tutub, əllərinizi boynunuzun arxasında çütləyərək, burundan nəfəs alıb,azca qabağa əyilərək " a, I, e, o, u" səslərini güclü nəfəslə çölə buraxmalısız.

Və yaxud burundan dərin nəfəs alıb, boğazınızı yaxalayırmış kimi vəziyyətdə başınızı saga-sola çevirib nəfəsinizi verirsiz. Bu hərəkətlər bir neçə dəfə təkrar olunmalıdır.

Düzünü desəm, bu qəribə hərəkətləri edəcəyinizə inanmıram. Ən yaxşısı vokal dərslərinə yazılın, həm səsiniz məşq edər, həm də oxumağı öyrənərsiz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 400   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304