Həkimlərdən və dərmanlardan daha güclü təsir göstərən müalicə qaydaları - VİDEO

Həkimlərdən və dərmanlardan daha güclü təsir göstərən müalicə qaydaları - VİDEOBelə bir fikir var ki, bütün xəstəliklər müəyyən dərəcədə psixosomatik təbiətə malikdir. Bu o deməkdir ki, müalicə üçün ilk növbədə şəfa tapmağı istəmək və idrakı düzgün köklənmək lazımdır. Ağıl isə bədənin təbii şəfa güclərini aktivləşdirərək, bədəni idarə edəcək.

BiG.AZ publika.az-a istinadən həkim müalicəsindən heç də pis təsir göstərməyən 18 qızıl qaydanı təqdim edir:

1. Dostlarınız və yaxınlarınızla mülayim olun, yüngül söhbətlər aparın. Bu zaman qarşılıqlı enerji mübadiləsi baş verir və sizin vəziyyətiniz normallaşır.

2. Gecələr sakitləşdirici musiqilərə qulaq asın, gündüzlər isə ritmik və şən mahnılara. Rəqs etmək və oxumaq qadağan deyil.

3. Özünüzü sağlam təsəvvür edin. Məsələn, hardasa bir həftə sonra sağlam, gümrah və günəşli bir gündə küçədə gülümsəyən daha şən insan təsəvvür edin.

4. Səhər, günorta və axşam 0,5 litr təmiz su için. Su içən zaman ürəyinizdə bunları təkrarlayın: "Mən sağlamam, mən şəfa tapacam".

5. Tez-tez məşq edin, qaçış bədən üçün çox faydalıdır. Heç olmasa yerinizdə hərəkət edin.

6. Özünüzə masaj edin. Sadəcə əlləriniz çatan nahiyələri yavaş-yavaş ovun. Xüsusilə ayaq, boyun, sinə və başa diqqət göstərin.

7. Az-az, amma tez-tez (gündə 5-7 dəfə) yeyin. Evdə bişmiş yeməyi heç nə əvəz etmir: sıyıq, kələm turşusu, ev çörəyi, salat və s. Çay, qəhvə və spirt kimi damarları daraldan vasitələrdən çəkinin.

8. Aşam saat 22.00-da yatağa gedin. Saat 5.00-də oyanın. Yatağa getməzdən əvvəl özünüzə söyləyin: "İndi şəfa ölkəsinə gedirəm, orada məni sağaldacaqlar. Günortlar bir saat dincəlin.

9. Aşağıdakı kimi meditasiya edin: rahat oturub 10-15 dəqiqə zehni istirahət edin və özünüzə təkrar edin: Qoy hər kəs sağlam olsun, hamı yaxşı olsun. Yadda saxlayın ki, bu fikirlər səmimi və təmiz ürəklə deyilməlidir.

10. Düzgün nəfəs almağı öyrənin. Dərindən nəfəs alıb və 2-3 dəfə nəfəsi buraxın. Rahat və sərbəst şəkildə nəfəs alın. Hər dəfə nəfəsinizi tənzimləyin.

11. Xəstəliyiniz barədə danışmayın, hətta bu barədə düşünməyin. Onu sadəcə olaraq başınızdan çıxardın. Əgər problemi fikrinizdən uzaqlaşdıra bilmirsinizsə, heç bir şey haqqında düşünməyin.

12. Soyuq su ilə drenaj masajı edin. İlk bir neçə gün yalnız ayaqlarınızı yuyun, başınıza çatana qədər yavaş-yavaş yuxarı qalxın. Su müalicəsi zamanı şəfa tapmaq haqqında düşünməyə cəhd edin.

13. Həftədə bir gün ac qalın və ya daha az yeyin. Oruc günündən əvvəl özünüz üçün təkrarlayın: "Mənim vəzifəm mənə sağlamlıq gətirsin".

14. Hər hansı neqativ informasiya gələ bilən kanalları özünüzdən tamamilə kəsin. Yalnız yaxşı haqqında düşünün. Sizi depressiyaya salan işlərlə məşğul olmayın.

15. Təbiətdə daha çox vaxt keçirin. Bu, mümkün deyilsə, pəncərədən göydə buludlara baxın.

16. İlahi qüvvələrdən kömək diləyin.

17. Dərindən nəfəs alın və onu saxlayın. Nəfəs almaq ehtiyacı hiss edəndə özünüzə təkrarlayın: "Mən yaşamaq istəyirəm!" Sonra nəfəs alın. Nəfəs alın və təkrarlayın.

18. Sizə şəfa gətirən cümlələrin siyahısını tərtib edin və onları hər gün oxuyun. Mümkün qədər tez-tez təkrar edin. Məsələn, "Mən sağalacam", "Şəfa enerjisi mənə daxil olur, bədənimə şəfa verir", "Mən şəfa enerjisinin axınına açığam", "Qaraciyərim, böyrəim və ya başım daha sağlam olacaq".

Nikbin əhval-ruhiyyəyə köklənin və bir də heç vaxt xəstələnməyin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1012   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 149
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 296
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 470
.

Milli Məclis Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, müvafiq təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib. Deputatlar sədri

11:26 315
.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

15:10 586
.

Rusiyada zəlzələ olub

Rusiyanın Kamçatka sahillərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,6 bal gücündə baş verib. Bu barədə Rusiya Geofizika Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Nikolskoye kəndindən 68 km aralıda, 61 km dərinlikdə yerləşib

14:02 38
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 316
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Baləli ilə duet oxumağı ilə bağlı sualları cavablandırıb. BİG.AZ xəbər verir ki, o, Baləlini tanımadığını amma təklif gəlsə duet oxuya biləcəklərini bildirib. Müğənni qeyd edib ki, yaxşı səsi olub, gözəl əsərlər bəstələyən hər kəslə duet oxuya bilərəm

15:39 158
.

Sabah da yağış yağacaq

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi

14:11 198