Ermənistana qan udduran Azərbaycanın XÜSUSİ QRUPU - Əməliyyatların ŞOK DETALLARI

Ermənistana qan udduran Azərbaycanın XÜSUSİ QRUPU - Əməliyyatların ŞOK DETALLARIBu gün Ermənistana ağır kiber zərbələr endirməklə tanınan Azərbaycanın ilk haker komandalarından biri "Anti-armenia Team" qrupunun fəaliyyətə başlamasının 7-ci ildönümü tamam olur.

Qrupdan BiG.AZ-a verilən məlumata görə, "Anti-armenia Team" bu yaşına qədər haker qrupu üçün vacib əhəmiyyət kəsb edən bütün istiqamətlərdə - həm təşkilati, həm də kiberhücum əməliyyatları baxımından yüksək nəticələr əldə edib.

"19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılmış "Anti-armenia Team" qrupu yarandığı gündən əsas hədəfi Azərbaycanın milli maraqlarına zidd olan və ölkəmiz haqqında yanlış fikir formalaşdırmağa çalışan informasiya resurslarına qarşı mübarizə aparmaqdır. Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırımıları, ədalətsizlikləri, vandalizmi, erməni terrorizmini, erməni vəhşiliyini dünya kütləsinə çatdırmaq qrupun fəaliyyət istiqamətidir. Həmçinin, "Anti-armenia Team" qrupu Azərbaycan informasiya resurslarının təhlükəsizliyinin təmini ilə bağlı saytlara təmənnasız xidmət göstərməkdədir. Müasir dövrdə kiber müharibənin böyük əhəmiyyət kəsb etməsi günümüzün reallığıdır və kiber müharibənin III Dünya savaşının mühüm komponenti kimi dəyərləndirilməkdədir. Bu baxımdan, Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edən hər bir informasiya resursunun sıradan çıxarılması, bu resurslara kiber hücumun təşkili qrup üçün mühüm əhəmiyyət kəsb edir. Hətta 2016-cı ildə bir neçə təşkilatlar "Anti-armenia Team" haker qrupunun dövlət tərəfindən dəstəklənməsi təklifi ilə çıxış ediblər. Qrup fəaliyyət göstərdiyi dövrdə bir çox irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistana məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxarmış, çox mühüm və məxfi informasiyalar əldə edibdir", - deyə məlumatda bildirilir.

"Anti-armenia Team" qrupunun indiyə qədər Ermənistana vurduğu ağır zərbələrin bir neçəsini təqdim edirik:

- 2012-ci ildə keçirilmiş "31 MART" kod adlı əməliyyat zamanı işğalçı ölkənin 816 informasiya resursu sıradan çıxarılıb.

- 2013-cü ildə Ermənistanın Daxili İşlər Nazirliyinin informasiya ehtiyatlarına müdaxilə edilərək həmin informasiya ehtiyatlarından nazirliyə məxsus 1.44 GB həcmində məlumat bazası ələ keçirilib. Ermənistanın mobil operatorlarının abunəçi bazaları, Daxili İşlər Nazirliyinə məxsus ümumvətəndaş pasportlarının bazası, avtomobillərin qeydiyyat nişanlarının bazası, habelə əhalinin qeydiyyat məlumatlarını özündə əks etdirən informasiya bazası da qrup tərəfindən ələ keçirilib.

- 2016-cı ildə keçirilmiş "20 YANVAR" kod adlı əməliyyatda Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytı, səfirliklərin, habelə beynəlxalq təşkilatların saytları daxil olmaqla ümumilikdə 47 sayt sıradan çıxarılaraq, həmin saytlarda 20 Yanvar faciəsi ilə bağlı informasiya, foto və video materiallar yerləşdirilib.

- 2016-cı ilin avqust ayında "Anti-armenia Team" tərəfindən keçirilən böyük kiber-əməliyyat nəticəsində düşmənin dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına çox ciddi zərbə endirilərək, həmin qurumlara məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilib, düşmən ölkənin Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə kənar müdaxilə edilərək həmin informasiya ehtiyatlarından tam məxfi informasiyalar götürülübdür. Əldə olunmuş informasiyalar arasında Ermənistana səfər edən xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülübdür.

- 26 iyun 2018-ci il tarixində keçirilmiş geniş miqyaslı kiber hücum nəticəsində "Anti-armenia Team" tərəfindən Ermənistan parlamentinin, habelə Ermənistanın bütün nazirliklərinin və dövlət təşkilatlarının istifadəsində olan vahid Elektron Sənəd Dövriyyəsi sistemi sıradan çıxarılıbdır. Həmin resurslarda "Ali Baş Komandanım, Generalım, Zabitim, Əsgərim, Müstəqil Azərbaycanım! Müstəqil Ordum! Bayramın Mübarək! 100 İllik Şərəf Yolun, Müqəddəs Yolun Mübarək!" sözləri və Azərbaycanın 3 rəngli dövlət bayrağı yerləşdirilibdir.

Qrupun fəaliyyəti sadalanan kiber-hücum əməliyyatlarla bitməməkdədir və "Anti-armenia Team" qrupu hər zaman Azərbaycanın və Azərbaycan xalqının milli mənafeyinə təhlükə ola biləcək informasiya resurslarına qarşı mübarizədə aktiv iştirak etməkdədir.

"7 illik uğurlu yol qət edən "Anti-armenia Team" qrupu bundan sonra da Azərbaycan və Azərbaycan xalqının milli mənafeyini qoruyacaq, Azərbaycana qarşı əks mövqe sərgiləyən hər bir fərd və ya təşkilatlarla mübarizə aparacaqdır. Çünki "Anti-armenia Team" qrupunun fəaliyyəti maraq deyil, şərəf məsələsidir", - qrup bəyan edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 990   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını

14.12.2025 126
.

Nərimandan tənqidlərə "cavab"

"Qarabağ"ın ötən həftə Çempionlar Liqasında doğma meydanda "Ayaks"a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə "pay" düşdü. xatırladır ki, gənc futbolçunu

14.12.2025 364
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

14.12.2025 143
.

Ramil Səfərovun xanımına vəzifə verildi

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd

14.12.2025 240
.

Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"

"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ

14.12.2025 148
.

Ukrayna Prezidenti cümə günü Polşaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da Polşaya səfər etməyi planlaşdırır. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib. "Mənim Polşaya səfərimə gəldikdə, Polşa tərəfi bizə cümə gününü təklif etdi. Düşünürə

14.12.2025 112
.

Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb

Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) yaxınlığındakı Milad bazarında hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib. "Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli

14.12.2025 138
.

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış

14.12.2025 147
.

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.

14.12.2025 139
.

TOP MP3