Sabunçuda hadisə: Bayram günü həmyerlisinin butulka ilə başından vurdu

Sabunçuda hadisə: Bayram günü həmyerlisinin butulka ilə başından vurduBakının Sabunçu rayonunda qətl törətməkdə təqsirli bilinən Emin Ramazanov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

BiG.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunan Emin Ramazanovun həbs müddəti daha 2 ay artırılıb.

Bu barədə Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan qapalı iclasda qərar qəbul edilib.

Qeyd edək ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib.

Martın 21-də Tarıyel Həmzəyev xəstəxanada ölüb.

12-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə Tarıyel Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emin Ramazanov saxlanılıb.

Məlum olub ki, onlar hadisədən əvvəl yeyib-içiblər. Daha sonra sərxoş olan şəxslərin arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.

Hazırda Sabunçu rayon Prokurorluğunda cinayət işi üzrə istintaq hərəkətləri davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 367   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 170
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

18:20 4
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 206
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

12:40 150
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 389
.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib

11:25 872
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 250
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 136