Azərbaycanda həkimlər azyaşlıya köçürülən sistemə zəhər qatdılar - ŞOK TƏFƏRRÜAT

Azərbaycanda həkimlər azyaşlıya köçürülən sistemə zəhər qatdılar - ŞOK TƏFƏRRÜATAzərbaycanda həkimlər xəstəxanada azyaşlı uşağa köçürülən sistemin tərkibinə zəhərli maddə əlavə edərək uşağı zəhərləyiblər.

BiG.AZ a24.az-a istinadla xəbər verir ki, bu barədə "Azad İstehlakçılar " İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynova edilən müraciətdə bildirilib.

Belə ki, E.Hüseynova müraciət edən Sumqayıt şəhəri 9–cu mikrorayon, ev24/25-da yaşayan Aytəkin Bayramova bildirib ki, alergin-bronxit xəstəliyindən əziyyət çəkən 8 yaşlı qızı Fatimə İbrahimovanı Sumqayıt şəhərində yerləşən 1 saylı uşaq poliklinikasına aparıb. Onun maddi imkanı olmadığından həkimlər onun xəstə qızını öldürməyə cəhd göstərib:

"Mənim şikayətim Sumqayıt şəhəri 1 saylı uşaq poliklinikasının tibb bacıları Ülviyyə və İlhamə barəsindədir. Belə ki, 8 yaşlı qızım İbrahimova Fatimə alergin-bronxit xəstəliyindən əziyyət çəkir. Sistemin vurulması üçün maddi imkanlarım olmadığından Dövlət müəsissəsi olan 1 saylı uşaq poliklinkasının baş həkimi Təranə xanıma müraciət etdim. O, mənə göndəriş verdi ki, get xəstəxanada vurdur – seçim sənindir. Mən seçimi poliklinikanı seçdim. Çünki, evimiz oraya çox yaxındır. Günaşırı olaraq infuziyanın vurulması üçün tibb bacısı Ülviyyə razılaşdı. 2 gün sakit, problemsiz vuruldu. Amma 3-cü gün isə ora getdim. İynə otağı bağlı olduğundan tibb bacısı Ülviyyə bizə sabah gəlməyi məsləhət bildi. Mən isə həkimin sistemi günaşırı vurulmasını yazdığını dedim. O, katibənin məsləhəti ilə fizioterapiya otağına getdi və qayıdarkən ünvanıma səslənən çox pis ifadələrin deyildiyini eşitdim. Ülviyyə və fizioterapiya otağının tibb bacısı İlhamə deyirdilər ki, elə bil Aytəkin dilənçidir. Keçən il də gəlmişdi uşağını tok, ininqaliyasiya etdirdi, bir qəpik də vermədi. Dövlətin elə bil buna borcu var. Bezmişəm daha. Biz burda havayı oturmuruq ki. Bir zəhərli maddə ola qatasan sistemə ölə, bizim də canımız qurtarar bir də buraya gəlməz".

Şikayətçi bildirib ki, tibb bacısı zəhərli maddəni onun qızına köçürülən sistemə qatdıqdan sonra uşağın vəziyyəti ağırlaşıb: "Ülviyyə əlində şüşə silən mayeni həyəcanla yerə qoydu və şprisin içində bilmədiyim nəyi isə natri-xlorun içinə vurdu. Mən şübhələndim, amma ağlıma gəlməzdi ki, nə isə edərlər. Uşağa vurulan infuziya natri-xlor və natri-tea-sulfatdır. Bir sözlə, sistem uşağa qoşuldu. 100 ml qram uşağın bədəninə köçürüldü. Uşaq baş ağrısı ilə şikayətləndi, rəngi boğulmuşdu. Ülviyyə çox həyəcanlı şəkildə otaqdan çıxdı. Mən uşağın narahat olduğunu gördüm. Uşaq yerin içinə sistemin altında qaytardı. Mən sistemin dayandırılmasını tələb etdim. O inad etdi və dayandırmadı. Mən kəpənəyi uşağın qolundan dartıb çıxardım və tez baş həkimin otaqına getdim, şikayətimi bildirdim. Şüşəsilən maddənin sistemə qarışdırıldığını dedim. O, çox soyuqqanlı yanaşdı, çağırıb məsələni soruşdu və onları danlamadan, izahat almadan yola saldı. Öz cibindən 2 manat verərək həmin dərmanları aldırdı və yenidən uşağa vurdurdu. O gündən bu günə kimi, uşaq heçnə yemir, başı bərk ağrıyır, ürəyi bulanır. Mən bir ana kimi çox narahatam. Elə həmin gün Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vursam da, telefonu götürən operator məsələni dinlədi və inanmayıb dedi ki, belə bir şey ola bilməz. Az sonra baş həkim Təranə xanım mənə zəng vurdu və məni ora çağırdı. Mənə dedi ki, tədbir görəcəm şikayəti geri götür. Ülviyyəyə tapşırdı ki, 2 sistemi qalıb vurarsan. Mən narazılıq etdim və dedim ki, iynəni başqa tibb bacısı vursun. O, qəti surətdə dedi ki, yox. İynəni Ülviyə vuracaq. Həmin gün mən səhiyyə şöbəsinə getdim. Baş pediatr sözlərimə güldü və soyuqqanlı yanaşdı".

O bildirib ki, ötən gün sistemin davamının vurulması üçün uşaqla birlikdə poliklinikaya gedib: "Baş həkim yerində yox idi. Ona zəng etdim ki, gəlmişəm, tibb bacısına tapşırsın ki, iynəni vursun. O, mənə telefonda dedi ki, bir günü 5 manatlıq sistemi sənin uşağına pulsuz vurdurdum, amma sən şikayət edirsən. Mənim işcilərimin heç bir günahı yoxdur. "Get istəyirsən prezidentin qəbuluna" ona şikayət et. Qanunla o, poliklinikada sistem vurdurmaq olmaz. Gəl uşağı "karticka"sını da götür get. Əgər, icazə yoxdursa, iynə vurulmasına niyə icazə vermişdilər. Əgər, qanunda yoxdursa, iynə otağı adlı kabinent yaradılıb. Özü də müasir standartlara uyğun. Hər cür şəraiti olan kabinet. Sistemin vurulması üçün sistem dəmiri stol və s.".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2404   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Qəzzaya havadan yardım etdi

ABŞ Qəzzaya havadan növbəti yardımı edib. BİG.AZ xəbər verir ki, təqribən 25 min yemək yardımı edilib. Qeyd edək ki, İsrail 7 aya yaxındır hücumlarını davam etdirir və humanitar yardım yük maşınlarının girməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı X hesabında açıqlama verib

15:18 123
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 694
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

16:37 191
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. report-a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Qayımov Elşad Şiri

15:56 337
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

20:30 85
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

16:09 1575
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

21:30 0
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

16:11 131
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

20:27 88