Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR

Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR"Uşağa görə atalıq məzuniyyəti" ifadəsi cəmiyyətimizdə birmənalı qarşılanmır. Lakin əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Məsələn, Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə atalıq məzuniyyəti məcburidir və 14 həftəlikdir. Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilirlər. Əgər ata bu icazədən istifadə etməsə, hökumət uşaq yardımını azaldır.

Azərbaycanda Əmək Məcəlləsi haqqında qanunda qadınlar kimi kişilərin də atalıq məzuniyyətinə çıxmaq hüququ var:

Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri.

İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:

1. b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;

Təbii ki, bu məzuniyyətə müəllimlər də şamil edilir. Lakin onlar buna maraq göstərmir və onlara verilən hüquqdan istifadə etmirlər.

"Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır"

BiG.AZ xəbər verir ki, sosioloq-alim Əhməd Qəşəmoğlu AzEdu.az-a danışarkən qeyd edib ki, ixtisasından asılı olmayaraq – müəllimlərin də - atalıq məzuniyyətinə ehtiyacı var:

"Təəssüf ki, Azərbaycanda bizə lazım olan, milli tərəqqiyə, dövlətin möhkəmləməsinə kömək edən, adət-ənənə əsasında yaradılmış ailə modelimiz yoxdur. Buna görə də, ailədə kişinin, qadının rolları barədə qarışıqlıq var. İndi 50 il bundan qabaqkı kimi düşünmək, ailəni o cür təsəvvür etmək mümkün deyil. Qloballaşma sürətlə gedir, cəmiyyət mürəkkəbləşir. Belə zamanda ailə məzmunca da dəyişir. Amma mahiyyət etibarilə, ailənin cəmiyyətin fundamenti olduğunu bilirik. Əvvəlcə, ailə modelini müəyyənləşdirmək lazımdır. Bundan sonra kişinin, qadının funksiyası, məzuniyyətdən istifadə etmək yolları bəlli olacaq.

Ənənəvi olaraq, Azərbaycan uşaqların tərbiyəsi, yetişdirilməsi, onlara qayğı göstərmək anaların öhdəsinə düşüb. İstər instinkt, istərsə də adət olaraq, bu sahədə qadınların rolu , təcrübəsi daha böyükdür. Ailənin iqtisadi problemlərinin həlli, onun müdafiəsi isə kişilərin öhdəliyidir.

Evdə vəzifə bölgüsündə yeni baxış varsa, o zaman funksiyaları aydınlaşdırmaq lazımdır. Doğrudan da, ailənin möhkəmlənməsində, yaxud, digər istiqamətlərdə sosial-iqtisadi problemlər varsa, o zaman ataya məzuniyyət verilməsinə böyük ehtiyac var. Ata məzuniyyət vaxtından səmərəli istifadə edə bilər. Lakin qanunvericilikdə qeyd olunan 14 gün məsələsi formal bir şeydir. Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 979   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278