Badamdar niyə çökdü? - Sürüşmə ilə bağlı qorxunc açıqlama

Badamdar niyə çökdü? - Sürüşmə ilə bağlı qorxunc açıqlamaBadamdar ərazisindəki sürüşmənin arealının genişlənmə ehtimalı var.

BiG.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə sürüşmə davam edir:

"Orada sürüşmə yeni hadisə deyil. Biz 2015-ci ildə elmi iş məqsədilə ərazidə tədqiqat aparmışdıq. Şərq qanadında üç dəfə qədim sürüşmənin baş verdiyini müəyyən etmişdik. Deyilən ərazidə sürüşmənin olması gözlənilən idi. Ərazidə yağıntıların miqdarı artan kimi sürüşmə prosesinin inkişafı sürətlənib.

Evlər tikilib və heç bir kanalizasiya sistemi yoxdur. Həmin ərazidə ev tikmək olmazdı. Çünki üst hissə əhəng daşı, aşağı isə gilli qumdur. Əhəng daşı yağış sularını özündə toplayır və gil qatı ilə suyu yamac boyu aşağıya doğru tökür. Bu da sürüşməni aktivləşdirir".

Mütəxəssis bildirib ki, həmin ərazidə ev tikən insanlar sürüşmə zamanı evlərini qorumaq üçün dayaq divarları tiksələr də, bu, yanlış addımdır:

"Əksinə, həmin divarlar sürüşməni sürətləndirir. Ərazinin daha çox sürüşməsi ehtimalı çoxdur. Böyük bir ərazidə evlər tikilib. Sürüşmənin ölçüsü heç vaxt kiçilmir. Həmişə böyümə istiqamətdə inkişaf edir.

Burada sürüşmə ərazisi daha çox böyüyəcək. Bu cür yerlərdə ancaq bağ salmaq, ağac əkmək olar. Tikinti əsla olmaz. Zığ qəsəbəsində də sürüşməyə meyilli ərazilər var. Həmin yerlər insanlara satıldı və ev tikildi. İndi onların da əksəriyyətinin evi uçub".

Əvəz Salamov qeyd edib ki, sürüşmənin qarşısını almaq üçün araşdırma aparılmalıdır:

"Azərbaycanda sürüşmə zonaları həddən artıq çoxdur. Bir hissəsi təbii proseslərdən baş versə də, bir hissəsini insanlar edir. Biz üç il əvvəl ərazidə tədqiqat aparan zaman Fövqəladə Hallar Nazirliyi ərazidə xəndəklər qazmışdı. Onun içi su ilə dolu idi və yamacın özündən su tökülürdü. Xəndək su ilə dolmamalı idi. Demək, su oraya insanlar tərəfindən tökülüb, amma onu təmizləmək düşünülməyib".

50 ilə yaxındır Azərbaycandakı bəzi universitetlərdə mühəndis-geoloq hazırlandığını deyən mütəxəssis bildirib ki, ərazidə araşdırma aparmaq üçün həmin geoloqları cəlb etmək lazım idi:

"Hazırda əraziyə Yaponiyadan mütəxəssislər gətirilib. Nəticəni gözləyək".

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə qeyd edib ki, ərazi hazırda sürüşməkdə davam edir:

"Dünən gecə yuxarıdakı istinad divarının biri də aşıb. Yenə təhlükə gözlənilir. Proses dayanmır. Bir silkələnmə olsa, hamısı dərənin içinə tökülər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1098   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381