"Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa..." - Hacıbala Abutalıbov

"Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa..." - Hacıbala AbutalıbovBakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə modern.az-a Baş nazirin müavini Hacıabala Abutalıbov məlumat verib.

"Sürüşmə səbəbi sudur"

O qeyd edib ki, ilkin rəydə sürüşməyə səbəb su amili göstərilib:

"Su olmayan yerdə sürüşmə olmur. Torpağın altındakı gil su daxil olanda sabun halını alır və üzərindəki torpağı sürüşdürüb aparır. İndi bizim məqsədimiz suyun səviyyəsinin süni surətdə azaldılmasına nail olmaqdan ibarətdir. Quyular qazılaraq nasoslar vasitəsilə çəkiləcək və suyun səviyyəsi aşağı salınacaq".

Baş nazirin müavini torpaq qatının altına su yığılmasının səbəblərinə də aydınlıq gətirib:

"Birincisi, ümumiyyətlə, Badamdar-3 massivində kanalizasiya sistemi yoxdur. İkincisi, bu ərazi 1860-cı ildən bəri sürüşmə zonasıdır və həmişə sürüşüb. 2015-ci ildə bununla bağlı Nazirlər Kabientinin qərarı var. Xüsusi qərara görə, ərazi aktiv sürüşmə zonasına daxildir və orada heç bir tikinti həyata keçirilə bilməz".

"O torpaqları mən satmışamsa..."

H.Abutalıbov həmin ərazidəki torpaqların onun mer olduğu dövrdə ayrı-ayrı imkanlı adamlara satıldığı iddiasını da cavablandırıb:

"Sizin mülahizələriniz var ki, bu yerlər mənim mer olduğum dövrdə satılıb, buna da cavab verirəm.
Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinlərilə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. Və sökülməzdən əvvəl bu sürüşmə davam etdiyi üçün fəlakət tikililəri aparacaq. Əgər o torpaqları sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz, bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, "ay Hacıbala müəllim, siz satıbsız axı". Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizovun mənə verdiyi məlumata görə, həmin evlər 1990-cı ildə inşa olunmuş tikililərdir...

İkincisi, evlər sökülsə də, sahiblərinə kompensasiya verilməyəcək. Çünki əhali bilirdi ki, orada ev tikmək olmaz. Bu gün evlərdən birinin böyük divarı sürüşdü. Yəni proses gedir, onsuz da, hamısı sürüşəcək. Ona görə də yenə də deyirəm, bu evlərin qalma ehtimalı sıfırdır. Təbii fəlakət baş verib və proses davam etdiyindən evlərin hamısı təbii olaraq sürüşəcək, dağılacaq".

"Sizin işiniz sual vermək, mənim vəzifəm..."

H.Abutalıbov hər zaman ünsiyyətdə olduğu jurnalistlərə də çağırış edib:

"Siz jurnalistlərin vəzifəsi iddia edilən, müzakirəyə çıxarılan məsələlərlə bağlı sualları mənə ünavanlamaqdır. Çünki bunlara aydınlıq gətirildikcə, oxunursunuz. Mənim də borcum ünvanlanan sualları cavablandırmaq, təbliğ etmək və məsələlərə hüquqi qiymət verilməsinə çalışmaqdır. Bunların hamısı normal proseslərdir. Amma yazanda vicdanınızın səsinə də qulaq asın. Elə edin ki, məni dahi Lev Tolstoyun ömrünün axırıncı illərindəki vəziyyətə salmayasınız. Düzdür, Tolstoy ömrünün sonunu tənhalıqla başa vurdu. Amma bir şeyi də yaddan çıxarmayın ki, mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir".

"Vicdanla yazın"

Baş nazir müavininin "Hacıbala müəllim, niyə özünüzü tənha hiss edirsiniz, axı siz tək deyilsiniz" sualına cavabı belə olub:

"Yox, mən, ümumiyyətlə, deyirəm. Bilin ki, tənhalıq da bir xoşbəxtlikdir. Tək olsan da, sən özün, vicdanın, xeyirxahlığınla bir yerdə yaşayırsan. Ona görə deyirəm ki, bütün jurnalistlər vicdanla yazsınlar".

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1004   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 90 % azaldıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 23,4 min ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 90 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın qoyu

27.04.2024 244
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

18:20 108
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

12:40 190
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

11:20 177
.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

10:10 165
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 294
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

17:10 126
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 642
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

18:50 94