"Protezini çıxarıb..." - Xərçəngdən dünyasını dəyişən dostunu belə andı - FOTO

"Protezini çıxarıb..." - Xərçəngdən dünyasını dəyişən dostunu belə andı - FOTO"Etimadın özündən əvvəl ayağının biri şəhid olmuşdu. Yerinə protez taxırdı. Onu da bəzən balınc, bəzən də silah kimi istifadə edərdi. "Ayağını" çıxardıb, başının altına qoyub, yatdığı günləri xatırlayıram. Bu barədə o uzaq illərdə yazmışdım".

BiG.AZ xəbər verir ki, bunu "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün vəfat edən Qarabağ Qazisi Etimad Əsədov haqqında yazıb. Onunla həbsxanada bir yerdə olduğu günləri xatırladan R. Arifoğlu qeyd edib: "Günün birində məhkəmə iclasında protezini çıxartdı, hakim Mənsur İbayevə və digər hakimlərə atdı. Tək deyildi, hakimlərə biz də nə gəldi tolazlayırdıq; dəmir qəfəsdə 7 nəfərdik, tərkibimiz baş nazir, deputat, redaktor, partiya sədri, dövlət müşaviri ... titullu insanlardan ibarət idi.

Türmədəydik, Allahın yazısını və sınağını bərabər yaşayırdıq. İbayev bizi növbəti dəfə əsəbiləşdirmişdi və əlimizdə nə var, tolazlayırdıq hakimlərin oturduğu kürsüyə. Su butulkası, stəkan, ayaqqabı. Bax, o anda dəmir tellərin arasından ayaq şəklində bir protez Mənsur İbayevin düz qarşısına düşdü. Etimadın şəhid ayağını əvəz edən protez elə bir səs elədi ki...

İbayev və hakimlər qaçdılar... Hə, həmin anda onu kəşf etdim ki, bizim sabiq baş nazir çox zəngin söyüş ehtiyatına malikdir, Sərdar da pis deyildi. Hələ bir İbrahimə bax - təmkin heykəli bir söyürdü ki...

Bu olaydan sonra bizə suyu cirə ilə verdilər - butulkalar yığışdırıldı. Bizim dəmir qəfəslə hakimlərin arasına da mühafizə qoydular. Onların gözü Etimadın silahında idi - birdən çıxardar, atar ayağını, İbayevi yaralayar, höküm çıxardammaz...

O isə bizim sevimli Qazimizdi.

Dəli-dolu, haqsızlığa dözümsüz, Mənsur İbayevə daha dözümsüz...

İbayev sağdır, hər halda, amma Etimad bugübkü durumu ilə ondan daha diridi.

...Bayıl həbsxanasında 13 ay bərabər olduq. Bütün müdddəti təkadamlıq kamerasında qaldı. "Kimsəyə yük olamam, mənə belə rahatdı", deyirdi...

6 aylıq bir məhkəmə dönəmi vardı. Yuxarıda yazdığım olay həmn zamanlarda baş verdi. İş bitdiyi üçün həbsxanadakı rejim nisbətən yumşalmışdı. Şənbə-bazar, məhkəmə olmayan günlər və məhkəmədən sonrakı 20 gündə yeməyimizi bərabər yeyərdik. Sabahları yeməyi bərabər hazırlardıq. "Qlazok"u Etimad hamıdan yaxşı bişirərdi. Sonra da gəzinti üçün nəzərdə tutulan yerdə bərabər günümüzü keçirdərdik. Bax, o zamanlarda Etimad protezini çıxardıb, qoyardı başının altına və eləcə də yatardı.

Yastığı öz ayağı idi...

Şəhid ayağının ardınca getdi. Etimadın tamı, bütün cismi vətən uğrunda şəhid oldu...

Orada ona demişdim, "a bəxtəvər, nə zaman ölsən, şəhidsən..."

Şəhidlər ölməz ki..."
"Protezini çıxarıb..." - Xərçəngdən dünyasını dəyişən dostunu belə andı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2131   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

14:09 97
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 247
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 340
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 82
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

10:31 419
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 774
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

15:45 0
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 200
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 446