Leyla Məmmədzadə həbs olunan milyarder qardaşlardan və öz həbsindən danışdı

Leyla Məmmədzadə həbs olunan milyarder qardaşlardan və öz həbsindən danışdıRusiyanın "Summa" şirkətlər qrupunun keçmiş rəhbəri, holdinqin səhmdarları, dağıstanlı milyarder qardaşlar Ziyavuddin Maqomedovun və qardaşı Maqomed Maqomedovun həbsindən bir müddət sonra vəzifəsindən istefa verən Leyla Məmmədzadə ilk dəfə baş verənlər haqda danışıb.

BiG.AZ virtualaz.org xəbər verir ki, Azərbaycan vətəndaşı olan və ABŞ-da təhsil almış Leyla Məmmədzadə RBK-ya geniş müsahibə verib. Federal Təhlükəsizlik Xidmətinin maskalıları tərəfindən necə həbs olunduğu və dindirildiyi barədə danışıb, habelə Maqomedov qardaşları ilə münasibətlərindən bəhs edib.

Leyla Məmmədzadə deyib ki, Maqomedov qardaşlarının niyə həbs olunuğunu bilmir. "Mən Ziyavuddin Maqomedovu müstəsna olaraq parlaq, talantlı, yeni ideyalarla ruhlandıra bilən, böyük və miqyaslı adam kimi tanıyıram. Qəti əminəm ki, o günahkar deyil və bütün bu baş verənlər böyük anlaşılmazlıqdır"-keçmiş baş menecer bildirib.

Leyla Məmmədzadə həbs olunan milyarder qardaşlardan və öz həbsindən danışdıRusiya Federasiya Şurasının keçmiş üzvü, milyarder və çoxprofilli "Summa" şirkətlər qrupunun sahibi Ziya Maqomedov, qardaşı Maqomed və holdinqin bəzi vəzifəli şəxsləri 2018-ci ilin martında həbs olunublar. FTX əməkdaşları Ziya Maqomedovu şəxsi təyyarəsi ilə Mayamiyə uçmaq istəyərkən saxlayıb. Hazırda Maqomedov qardaşları Lefortovo təcridxanasında saxlanılırlar. Onlar baş nazir Dmitri Medvedyevə yaxın oliqarxlar hesab edilirdilər və bəzi məlumatlara görə Rusiya hökumətinin rəhbəri "Summa" qrupunda 20 faizlik paya da malikdir.

L.Məmmədzadə deyir ki, Maqomedov qardaşlarına qarşı qaldırılmış cinayət işinin epizodları barədə nəsə deyə bilməz. Çünki orada yazılanlar 2013-2015-ci illərə aiddir. "Həmin illərdə isə mən "Summa"da işləmirdim. "Qəsd nəzəriyyəsi" versiyası barədə nəsə demək isə çətindir. Çünki mənim öz nəzəriyyəm, versiyam yoxdur. Olsaydı baş verənləri daha asan dərk edə bilərdim"-o deyib.

Leyla Məmmədzadə həbs olunan milyarder qardaşlardan və öz həbsindən danışdıL.Məmmədzadə Maqomedovların işi çərçivəsində onu da saxladıqlarını təsdiq edib. "Doğrudur, məni də həbs etmişdilər. Həmkarımla birlikdə "Kofemaniya"ya getmişdik. Və birdən o mənə deyir: ola bilməz, bu nədir belə? Dönüb baxıram, görürəm bir dəstə maskalı, silahlı adam. Onlardan biri mənə deyir: Məmmədzadə sizsiniz? Siz həbs olunursunuz. Əvvəlcə mən hesab etdim ki, bu bizim holdinqin səhmlərinin alqı-satqısına dair hazırlanan sövdələşmə ilə bağlıdır və ona mane olmaq istəyirlər. Həmin "möhtəşəm" dustaq maşınına mindik və mənim evimə axtarışa yollandıq. Qapını döyürəm, uşaqlarımın dayəsi açır: mən pilləkəndə durmuşam, arxamda isə FTX-nin maskalı 10 əməkdaşı. Yəqin ki, qonşularım bu mənzərəni uzun müddət unutmayacaq! Amma axtarış cəmi iki saat çəkdi və heç bir cəhənnəm olmadı, sonra biz DİN-in İstintaq Departamentinə dindirmə üçün getdik..."-azərbaycanlı keçmiş baş menecer danışır.

Leyla Məmmədzadə bildirir ki, onu iki gün-martın 30-da və 31-də dindiriblər. "Summa"nın fəaliyyəti ilə bağlı bütün epizodlar üzrə suallar verilib. Müstəntiqlər özlərini çox peşəkar və nəzakətli aparıblar. Dindirmə gecə yarısına qədər davam edib.

"Gizlətməyə nəyimsə yox idi, bütün arayışları təqdim etdim. Cinayət işinin birinci epizodunda mən uşaq doğmuşdum, ikinci epizodda isə dekretdə olmuşam. Görəndə ki, həmin epizodlar üzrə məsuliyyət daşımıram və o vaxt "Summa"da işləmədiyim barədə sübutlarım var, əl çəkdilər. Məni saxlamaq üçün obyektiv səbəb yox idi"-keçmiş menecer deyir. O bildirir ki, həmin vaxtdan sonra bir daha istintaqa çağırılmayıb və cinayət işində adı nə şahid, nə şübhəli qismində keçmir.

42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə Bakıda anadan olub, ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın "Halliburton" şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi "Royal Dutch Shell"də həmin sahəyə rəhbərlik edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

10:10 119
.

Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?

"Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək". Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib. Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb. Eyni zamanda, partlamamı

11:10 106
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

13:20 0
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 211
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

13:00 0
.

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağda

01:42 302
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27.04.2024 321
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 428
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

12:50 0