Keçiddə əziyyət çəkənlərə rəsmi cavab: "Gözləyin ehtiyat hissələri gəlsin" - FOTOLAR

Keçiddə əziyyət çəkənlərə rəsmi cavab: "Gözləyin ehtiyat hissələri gəlsin" - FOTOLARÖlkədə yeraltı piyada keçidləri ilə bağlı problem hələ də tam olaraq həllini tapmayıb. Onlarıbn sayı kifayət qədər çox olsa da onlar ya tam şəkildə təchiz olunmayıb, ya da bir sıra problemləri dəyişilməz olaraq qalır.

BiG.AZ xəbər verir ki, Bakının Azneft meydanında piyadalar üçün nəzərdə tutulan yeraltı keçiddə də eyni hal müşahidə olunur. Keçidin Dənizkənarı Bulvar ərazisinə çıxış istiqamətində olan hissəsində eskalatorlar bir neçə aydır işləmir.

Bu da günün müxtəlif saatlarında keçiddən istifadə edən insanlar üçün çətinlik yaradır. Xüsusilə yaşlı insanlar bu haldan haqlı olaraq narazılıq edirlər. Onların əksəriyyəti müəyyən xəstəlikləri səbəbindən pilləkənlərdən istifadənin olduqca çətin olduğunu deyirlər. Vaxtlarının çoxunu keçidlərdə itirdiklərindən və istirahət üçün bulvar ərazisinə keçə bilməməkdən şikayətlənirlər. Burada pilləkənlərin çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, nəinki yaşlılar, hətta uşaqlar da keçiddən istifadə zamanı əməlli-başlı əziyyət çəkirlər.

Bəs bir neçə aydır "iflic" vəziyyətdə olan eskalatorların həlli ilə bağlı aidiyyəti dövlət qurumları hansı tədbirləri görür? Ümumiyyətlə, keçidlərdəki problemdən xəbərləri varmı?

Bununla bağlı saytımıza açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, paytaxtda təkcə Azneft meydanında yerləşən keçiddəki eskalatorlar deyil, digər keçidlərdəki bir sira eskalatorlarda da nasazlıq var və ya onlar tamamilə sıradan çıxıb:

"Bu eskalatorların təmiri üçün ehtiyat hissələrinə ehtiyac var. Azərbaycanda isə belə hissələr istehsal olunmur. Ona görə də eskalatorların təmiri üçün onları istehsal edən Almaniya şirkətinə ehtiyat hissələri sifariş edilib. Həmin ehtiyat hissələrinin yaxın zamanlarda Bakıya gətiriləcəyi gözlənilir. Yalnız bundan sonra eskalatorlar təmir edilərək istifadəyə verilə bilər".

Aydın olur ki, insanlara verilən bu narahatçılıq ehtiyat hissələrinin olmaması səbəbindədir.

Əgər ehtiyat hissələri ölkədə istehsal olunmursa, məsul qurum tərəfindən onların vaxtında alınaraq aidiyyəti anbarlarda saxlanılması daha yaxşı olmazdımı?! Belə olsaydı, təqdirdə daha operativ işləmək və yaranan problemə görə insanların əziyyət çəkməsinin qarşısını vaxtında almaq mümkün idi. İndi isə, bir qədər dözməliyik. Nə qədər, bunu bir Allah, bir də Avtomobil Yolları Dövlət Agentliyi bilir.
Keçiddə əziyyət çəkənlərə rəsmi cavab: "Gözləyin ehtiyat hissələri gəlsin" - FOTOLARKeçiddə əziyyət çəkənlərə rəsmi cavab: "Gözləyin ehtiyat hissələri gəlsin" - FOTOLARKeçiddə əziyyət çəkənlərə rəsmi cavab: "Gözləyin ehtiyat hissələri gəlsin" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 369   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

26.04.2024 534
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 0
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 208
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 2
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 358
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

26.04.2024 836
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 0
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 299
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 505