Bakının mərkəzində insanlar TƏHLÜKƏDƏ -15 mindən artıq adamı...

Bakının mərkəzində insanlar TƏHLÜKƏDƏ -15 mindən artıq adamı...Son zamanlar Bakı şəhərində və xüsusilə də kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Mətbuatda verilən məlumatlara görə sahibsiz itlər tərəfindən əsasən uşaqlara hücum edilməsi, onların dişlənməsi halları sayı artmaqdadır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən BiG.AZ-a məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsi olub.

Bu problemlə paytaxt sakinləri hər gün üzləşirlər, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, yollarda sərbəst gəzişir, gecələr itlərin boğuşmasından göz yummaq mümkün olmur. Hətta Xəzər rayonunda bir həyətdə 300 it saxlanılması halı da var.

Sahibsiz heyvanları Bakının mərkəz küçələrinədək gətirən səbəblər də var. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında siçovul, it, pişik kimi heyvanlara rast gəlinir.

Bundan ən çox narahat olan isə valideynlərdir. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.

Azyaşlıların sahibsiz itlərin hücumuna məruz qalması halları Qaradağ, Binəqədi, Xəzər, Yasamal, Sabunçu, Suraxanı, bir sözlə demək olar ki, bütün rayonlarda qeydə alınıb. Çoxsayda KİV nümayəndələrinin yaşadığı 20-ci sahə, Yeni Salyan yolu 22 ünvanındakı "Jurnalistlər binaları"nın yaxınlığında da xeylı miqdarda sahibsiz itlərin gəzdiyini gündəlik olaraq öz gözlərimizlə müşahidə edirik.

Nazirlər Kabinetinin qərarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Sahibsiz heyvanlar insanlara problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir. Sahıbsiz heyvanlar üçün son illərdə yaradılan sığınacaqlar isə azlıq təşkil edir.

Müəyyən vaxtlarda bəzi heyvanların sayının böyük dərəcədə atrması hallarına Avropanın bəzi ölkələrində də rast gəlinir. Bununla əlaqədar dövlət qurumlarının göstərişlərinə əsasən burada sayı xeylı artan canavarların, maralların və digər vəhşi heyvanların vurulması həyata keçirilir.

Bakıya gəldikdə isə son illərdə sahibsiz itlərin həddən artıq atrması vətəndaşlarımız üçün təhlükəyə çevrilib, həmçinin küçələrdə cıddı antisanitar vəziyyət yaradır. Bununla əlaqədaq dövlət qurumlarının və xüsusilə kommunal xidmətlərin üzərinə böyük məsuliyyət düşür. Sahıbsiz heyvanlarının sayının ciddi şəkildə tənzimlənməsi tələb olunur. Görünür aidiyyəti qurumların hərəkətə keçməsi üçün kimlərinsə itlərin hücumuna məruz qalıb parçalanmasını gözləyirlər.

Əlaqədar qurumlardan cavab gözləyirik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 524   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 245
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 458
.

78 yaşlı Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR

Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa "Kipr şəhidlərinin anım mərasimi və veteranlarla görüş" adlı mərasimə qatılacaqdı. Lakin o səhhətində yaranan problem səbəbi ilə bu səfərini ləğv edib. Aprelin 30-da aktrisaya pnevmaniy

15:27 116
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 571
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 274
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 387
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 294
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

06.05.2024 830
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 804