34 yaşlı Dəmirov mədəsini kiçiltmək istədi, klinikada öldü - Modern Hospital-da faciə - FOTO

34 yaşlı Dəmirov mədəsini kiçiltmək istədi, klinikada öldü - Modern Hospital-da faciə - FOTOBakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov "Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.

BiG.AZ bildirir ki, virtualaz.org-un redaksiyasına müraciət edən Samirin anası Solmaz Dəmirova və yaxın qohumu Rəşad Muradov əməliyyatdan sonra baş verənləri danışıb.

Muradovun sözlərinə görə, Samir artıq çəkidən qurtulmaq üçün həkim Taryel Ömərova müraciət edib. Çünki Ömərov mədə kiçiltmə əməliyyatının yeganə mütəxəssisi kimi internetdə və yerli telekanallarda reklam olunur. Samir də məhz buna görə həkimin əməliyyatın fəsadsız başa çatacağı vədlərinə inanıb. Əməliyyat bu ilin iyulun 26-da "Modern Hospital" klinikasında həyəta keçirilib.

34 yaşlı Dəmirov mədəsini kiçiltmək istədi, klinikada öldü - Modern Hospital-da faciə - FOTOSamir 160 kiloya yaxın çəkidə olub. Amma əməliyyatdan 1-2 gün əvvəl edilən müayinələrdə onda heç bir xəstəlik aşkarlanmayıb. Gözüyaşlı ana deyir ki, iki uşaq atası olan oğlunun ölümündən sonra istintaqa təqdim edilən analizlərin nəticəsindən ikinci dəfə şok yaşayıb. Yazılıb ki, Samir bir neçə xəstəlikdən, eləcə də şəkərdən əziyyət çəkirmiş. "Klinikada 6 gün qaldı, sonra evə buraxıldı. Qarnında kəskin ağrı başladığından səhəri gün klinikaya getdi. Həkim dedi ki, ağrını köp verir, əməliyyatdan sonra köp yaranması təbiidir", -şikayətçilər əlavə edirlər.

Ağrılar kəsmir, həkim bu dəfə əməliyyat zamanı tibbi alətlərdən xəstənin mədəsində 3mm-lik deşik yarandığını deyir. Ağrı kəskinləşir, növbəti gün xəstənin mədəsinin əməliyat sonrası burulmasının baş verdiyini söyləyirlər. Beləcə təxminən 2 həftə keçir və hər gün yeni bir bəhanə səsləndirilir.

Muradov hadisənin davamını danışır: "Biz Samiri təcili Türkiyə və ya Rusiya aparmaq istəyirdik, amma Ömərov dedi ki, buna gərək yoxdur. Mədəyə stend qoymaq lazımdır, bunun üçün Türkiyəyə sifariş verilib. 4 gün su belə içmədi".

34 yaşlı Dəmirov mədəsini kiçiltmək istədi, klinikada öldü - Modern Hospital-da faciə - FOTOMədəyə stend qoymaq üçün digər klinikadan həkim dəvət edilsə də, gələn olmayıb. Ömərov əməliyyatı özü yerinə yetirib. Səhəri gün xəstəyə su içməsinə icazə verilib. Şikayətçilər deyirlər ki, həkimlə yazışmalar var və istintaqa təqdim ediləcək. Çünki həkim ağrlaşmanı normadan artıq maye qəbulu ilə əlaqələndirir, halbuki səs yazısında nə qədər istəyir maye qəbul edə biləcəyini söyləyib. "Növbəti müayinədən bəlli oldu ki, stend aşağı sürüşüb və icilən mayelər qarın boşluğuna tökülüb. Stend yuxarı qaldırılsa da, dəfələrlə yenidən sürüşüb, hətta xəstə koma halına düşəndən sonra belə yerində olmayıb. Stendin qoyulması 4 saat əməliyyatla mümkün olmuşdu", - Muradov qeyd edib.

Xəstə yaxınlarının təkidi ilə tanınmış professordan biri Samiri müayinə edib, ona əməliyyatdan sonra peritonit diaqnozu qoyulub, qarın boşluğunun təcili acılıb təmizlənməsini məsləhət bilib. Amma bu da kömək etməyib, Samir komaya düşüb. Buna görə təcili Mərkəzi Klinik Xəstəxanaya köcürüb. (hər iki klinikanın epikriz nüsxəsi var). Burda 14 gün müalicə aldıqdan sonra avqustun 30-da gecə dünyasını dəyişib. Yaxınları Samirin sağalması üçün 50 min manata yaxın pul xərcləyib, yataqxanada yaşayan köçkün ailəsi bunun üçün xeyli borca da düşüb. Hələ üstəlik xəstəxanaya da borclu qalıblar.

Ailənin Səbail Rayon Rrokurorluğuna şikayət əsasında Samir Dəmirovun ölüm səbəbinin müəyyən olunması üçün cəsədi Mərkəzi Patoloji Anatomiya Birliyində yarılıb, ekspertiza təyin edilib, yaxın günlərdə nəticələr bəlli olacaq.

34 yaşlı Dəmirov mədəsini kiçiltmək istədi, klinikada öldü - Modern Hospital-da faciə - FOTO34 yaşlı Dəmirov mədəsini kiçiltmək istədi, klinikada öldü - Modern Hospital-da faciə - FOTO34 yaşlı Dəmirov mədəsini kiçiltmək istədi, klinikada öldü - Modern Hospital-da faciə - FOTODərdli valideynlər ölkə prezidenti İlham Əliyevə müraciət edərək işin ədalətli araşdırılmasına, günahkarların cəzalandırılmasına köməklik göstərilməsini xahiş edirlər. Müalicəyə çəkilən pulların geri qaytarılması da tələb olunur, çünki iki atasız uşağa baxmaq, üstəlik borc ödəmək yaşlı valideynlər üçün imkansızdır.

"Modern Hospital"dan isə virtualaz.org-a bildiriblər ki, Taryel Ömərov 2013-cü ildən klinikanın baş həkimidir və saysız-hesabsız xəstələri var, aralarında tanınmışlar da az deyil. Buna baxmayaraq xəstə ölümü ilə bağlı sualı yalnız özü cavablandıra bilər, özü isə klinikada deyil. "Gələn həftə yenidən müraciət edərsiz, boş vaxtı olarsa həkim sizinlə danışar", - adını açıqlamaqdan imtina edən klinikanın qadın əməkdaşı əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4541   Tarix: 14 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477