Eldar Əzizov sürüşmənin səbəbini AÇIQLADI

Eldar Əzizov sürüşmənin səbəbini AÇIQLADIEkspertlər Badamdar yolunda sürüşmənin səbəbini araşdırır, amma deyərdim ki, bu ərazidə kanalizasiya sisteminin olmaması səbəblərdən biridir.

BiG.AZ xəbər verir ki, bunu sürüşmə zonasında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyib.

O bildirib ki, hətta burada yaşayış olmayan zaman, XVIII əsrdə də sürüşmələr qeydə alınıb: "İnsanların fəaliyyəti sürüşmə prosesin sürətlənməsinə təkan verib. Bu sürüşməni yalnız kanalizasiya sisteminin olmaması ilə bağlamaq olmaz. Ekspertlər araşdırıb rəy bildirəcəklər. Hər halda bugünkü vəziyyət təhlükəlidir, ekspertlərin rəyi olduqdan sonra dəqiq nəsə deyə bilərik".

E.Əzizov vurğulayıb ki, bütün təhlükəsizlik tədbirləri görülür: "Gördüyünüz kimi, rayon və şəhər icra hakimiyyətlərinin, Nazirlər Kabinetinin və digər müvafiq qurumların nümayəndələri buradadır, postlar qurulub, proses müşahidə edilir".

Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini deyib ki, hazırda sürüşmə prosesi aktivdir. O, həmin ərazidə olan tikililərə də münasibət bildirib: "Bu tikililər yeni deyil. Hər halda o vaxt tikintiyə icazə verən şəxslər də məsuliyyət daşımalıdırlar. Onlar gərək götür-qoy edərdilər ki, burada tikinti işləri aparmaq olar, ya yox. Çünki burada həmişə sürüşmə olub, buranın landşaftı belədir".

Qeyd edək ki, hazırda Səbail rayonu, Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır. Sürüşmənin dinamikasında aktivlik davam edir.

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 446   Tarix: 13 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29.04.2024 231
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 498
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Uzun müddətdir birlikdə görünmədikləri üçün haqlarında ayrılıq iddiası yayılan aktrisa Hande Erçel və milyonçu sevgilisi Hakan Sabançının sorağı Yaponiyadan gəlib. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlük dostları ilə birlikdə istirahətə çıxıb. Hande Erçel ayrılıq iddialarına cavab olara

29.04.2024 379
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29.04.2024 741
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 208
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 654
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 272
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

29.04.2024 385
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

29.04.2024 356