Kraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTOLAR

Kraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTOLARKraliça İkinci Elizabetin nəvəsi şahzadə Yevgeniya dünən Vindzor Sarayında Cek Bruksbankla evlənib. Toy mərasimində bir çox tanınmış simalarla yanaşı Britaniya kral ailəsinin üzvləri də iştirak edib. Onlar arasında may ayında həmin sarayda evlənən şahzadə Harri və onun həyat yoldaşı Meqan da olub.

Kraliçanın üçüncü uşağı, şahzadə Endrü və onun keçmiş həyat yoldaşı York hersoginyası Sara Ferqussonun qızı 28 yaşlı Yucin 32 yaşlı Bruksbankla sarayın 15-ci əsrə aid Müqəddəs Corc Kilsəsində ailə qurub.

Yevgeniyanın gəlinlik donu Piter Pilotto və Kristofer De Vos tərəfindən hazırlanıb. Donun kürək hissəsi bilərəkdən açıq qoyulub ki, şahzadənin uşaq ikən olduğu əməliyyat nəticəsində yaranan çapıqlar görsənsin. Yevgeniya kilsəyə atası şahzadə Endrü ilə daxil olub.

Nyukasl Universitetinin ingilis ədəbiyyatı və incəsənəti tarixi fakultəsini bitirmiş şahzadə Yevgeniya hazırda Londondakı "Hauser and Wirth" müasir sənət qalereyasının direrktorudur.

Şahzadənin valideynləri - York hersoqu, şahzadə Endryu və hersoginya Sara Farqüsson 22 il əvvəl boşansalar da, normal münasibətlərdədir.

Cek Bruksbenk isə aktyor, Hollivud ulduzu Corc Kluniyə məxsus "Casamigos" şirkətinin brend-meneceridir.

Şahzadə Yevgeniya ilə Cek 2010-cu ildə İsveçrədəki Verbye kurortunda tanış olublar, elə ilk baxışdaca bir-birlərinə vurulublar.

Bukinhemdəki nüfuzlu, təhsil haqqının çox bahalı olduğu Stou məktəbini bitirmiş C.Bruksbenk pablar şəbəkəsi yaratmaq niyyətindədir.

Şahzadə Yevgeniya və Cek Brunksbenk hazırda Kensinqton Sarayında yaşayırlar.

Şahzadə Harri və Meqan Marklın toyunda olduğu kimi, şahzadə Yevgeniya və Cek Bruksbenkin toyu ilə bağlı bütün məsrəflər kraliçanın hesabından ödənib.

Hesablamalara görə, kraliça 2-ci Yelizaveta və şahzadə Yevgeniyanın valideynləri toyun, sadəcə, mühafizəsinə ən azı 2 milyon funt-sterlinq ayırıblar.

Lakin bu gün bəlli olub ki, mühafizəyə dövlət büdcəsindən də 2 milyon funt ayrılıb və bu, britaniyalıları çox sinirləndirib.

Toya 1200 "adi insan" dəvət olunmuşdu. Dəvətnamələr lotereya əsasında paylanıb. Bukinhem Sarayından verilən məlumata görə, toya qatılmaq üçün 100 min müraciət olub.

"Yüksək mənsəbli qonaqlar" arasında zadəganlar, sənətçilər, siyasətçilər, iş adamları, habelə şahzadə Yevgeniya və Cek Bruksbendin dəstəklədikləri xeyriyyə təşkilatlarının nümayəndələri vardı.

Toya şahzadə Yevgeniyanın təhsil aldığı Müqəddəs Georgi Məktəbi və "Coworth Flexlands"dan nümayəndələr də qatılmışdılar.

Şahzadə Yevgeniyanın toya dəvət etdiyi dostları və rəfiqələri arasında müğənni Elli Qoldinq, model Kara Delevin, habelə milyarder Riçard Brensonun övladları Holli və Sem də vardı.

Şahzadə Harri ilə Keyt Middltonun övladları şahzadə Harri və şahzadə Şarlotta toyda paj ilə gəlinin rəfiqəsi funksiyalarını yerinə yetiriblər.

Gəlinin ətəyini isə müğənni Robbi Uilyamsın qızı Teodora Rouz Uilyams tutub.
Toyun tortunu tanınmış londonlu konditer Sofi Kuabo hazırlayıb. Tort "Qırmızı məxmər" adlanırdı.

Nikahı Britaniyanın ilk qaradərili arxiyepiskopu Con Sentamu qılıb, mərasimi Vinzorun keşişi Devid Konner aparıb.

Toyda dünyaca məşhur tenor Andrea Boçelli, Britaniyanın Kral Filarmoniya Orkestrinin çıxışları olub.

Toy Britaniyanın İTV və ABŞ-ın TLC telekanallarında translyasiya edilib.

Toyda mərhum şahzadə Diananın sevimli himni olmuş "I Vow To Thee My Country" səslənib.

mənbə: milli.az

Kraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTOLARKraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTOLARKraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTOLARKraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTOLARKraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTOLARKraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTOLARKraliçanın nəvəsinin toyunun TƏFƏRRÜATI - VİDEO - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 13 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 103
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 82
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 314
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 390
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 507