Qüdrət Şükürovun işi ilə bağlı SENSASİON FAKT: Şəriki həbs oluna bilər - FOTO

Qüdrət Şükürovun işi ilə bağlı SENSASİON FAKT: Şəriki həbs oluna bilər - FOTOBakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lift-Təmir" İstehsalat Birliyinin eks direktoru Qüdrət Şükürovun şəriki İlqar Ramazanov da istintaqa cəlb oluna bilər.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, İlqar Ramazanov Qüdrət Şükürovun istintaqa cəlb edildiyi cinayət yolu ilə əldə edilmiş əmlakların, pul vəsaitlərinin leqallaşdırılması ittihamı üzrə dindirilə bilər.

Qeyd olunur ki, Qüdrət Şükürovun əmlakları, bank hesabları İlqar Ramazanov və onun ailə üzvlərinin adına keçirilib. İlqar Ramazanov "Binə" ticarət mərkəzində böyük biznesi idarə edir. Həmin biznesin də Qüdrət Şükürova məxsus olması haqda iddialar var. "Lift-Təmir"ə dövlət büdcəsindən ayrılan və mənimsənilən vəsaitlərin bir qisminin həmin ticarət nöqtəsi üzərindən leqallaşdırıldığı haqda da xəbərlər dolaşır. İlqar Ramazanovun istintaqa cəlb olunması büdcədən oğurlanan pulların necə leqallaşdırılması haqda aydın təsəvvürlər əldə etməyə imkan verə bilər. Bu isə istintaqın daha da dərinləşməsi və əhatəli şəkildə araşdırılması deməkdir.

Qüdrət Şükürovun işi ilə bağlı SENSASİON FAKT: Şəriki həbs oluna bilər - FOTOİlqar Ramazanov

Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev oktyabrın 9-da keçirdiyi toplantıda deyib ki, Qüdrət Şükürovun barəsində Cinayət Məcəlləsinin 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi başlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Bundan başqa, "Lift-Təmir" İstehsalat Birliyində baş verən qanunsuzluqlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Q.Şükürovun adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulması ilə müşayiət olunan korrupsiya cinayətində keçir. Bu il sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) "United Technologies Corporation" şirkətini 13 milyon 400 min dollar cərimələyib.

Buna səbəb şirkətin törəmə müəssisəsi olan "Otis Elevator Co." lift istehsalı şirkəti tərəfindən Bakı "Lift-Təmir" İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı "Liftremont" kimi gedir) rüşvət verilməsidir. ABŞ-da başlanan araşdırmaların Bakıda davam etdiriləcəyi də istisna olunmur. Q.Şükürovun barəsində Cinayət Məcəlləsinin 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işinin başlanması da təsadüfi deyil.

İstintaqçılar hazırda Qüdrət Şükürovun keçmiş qudası Rəfael Əsgərovu şahid qismində dindirir. Bu haqda "Yeni Müsavat"a istintaqa yaxın mənbələrdən daxil olan məlumatda deyilir ki, R. Əsgərovun dindirilməsi Q.Şükürovun "Lift-Təmir"ə ayrılan büdcə vəsaitlərinin hansı banklardan, nə vaxt, hansı miqdarda çıxarıb hara aparması, hansı əmlakların alınmasına yönəltməsi haqda dolğun məlumatların protokollaşdırılmasına imkan yaradıb.

R.Əsgərov Q.Şükürovun "otkat"ları haradan, hansı yollarla alması haqda da bilgilərə malikdir. ABŞ-da bu qalmaqallı korrupsiya işi ilə bağlı araşdırmalardan xəbər tutunca böyük korrupsiya cinayəti ilə bağlı şahid qismində ifadə vermək üçün olduqca ciddi addımlar atıb. 2 həftə əvvəl o, ABŞ-ın ölkəmizdəki səfirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və baş prokurora sensasion məktub ünvanlayıb.

O, şahid qismində ifadə vermək üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı ABŞ-ın müvafiq dövlət qurumlarına da bildiyi və şahidi olduğu böyük korrupsiya qalmaqalı ilə bağlı məlumat verməyə hazır olduğunu bəyan edib. Bundan sonra "Lift-Təmir"də yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Zakir Qaralovun təqdimatı əsasında Q.Şükürov işdən qovulub.

Eyni zamanda Baş Prokurorluğun istintaq qrupu "Lift-Təmir" İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. Belə xəbərlər var ki, işdən qovulandan sonra Q.Şükürov yaşadığı ünvanı tərk etməmək haqda xəbərdar edilib, ondan iltizam alınıb. Ötən sayımızda Q.Şükürovun mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirməsi haqda məlumatları da bölüşmüşdük. Şükürovla Ramazanovun toy-nişan məclislərində, ad günlərində də birgə görünmələri və tez-tez əlaqə saxlamalarının biznes münasibətlərinə söykəndiyi qeyd olunur.

Qüdrət Şükürovun işi ilə bağlı SENSASİON FAKT: Şəriki həbs oluna bilər - FOTOAqil Abbas

Deputat eks "baş liftçi"nin 400 milyon mənimsədiyini açıqladı

Deputat Aqil Abbas Qüdrət Şükürovun mənimsədiyi məbləğ haqda olduqca ilginc açıqlama verib. O, BiG.AZ-a deyib ki, Qüdrət Şükürov işdən çıxarılandan sonra yol verdiyi qanun pozuntuları araşdırılır:

"Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Aparatından tutmuş bütün dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar. Məncə, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməzliyidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1183   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 117
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1877
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

14:57 128
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

21:30 0
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

19:50 0
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

19:20 0