Qurban Qurbanov: Hər şeyi bu dəqiqə başımızdan atmışıq

Qurban Qurbanov: Hər şeyi bu dəqiqə başımızdan atmışıq"Biz bu gün çox danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Ona görə də çox danışmaq fikrində deyiləm. Rəqibi yaxşı tanıyıram. Onların da şansı var. Çalışırıq ki, şansımızdan daha yaxşı istifadə edək. Buna uyğun hazırlaşmışıq".

BiG.AZ qol.az-a istinadən xəbər verir ki, bu sözləri yığmamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 3-cü turunda sabah Farer adaları ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib. Farer adalarına ezam olunmuş müxbirimiz xəbər verir ki, təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Süni örtüklü meydan, futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim və matçın keçiriləcəyi meydançanın normadan kiçik olması komandamıza nə dərəcədə mane olacaq?

- Bəli, meydançaya baxdım. Məncə, hava şəraiti bizim üçün elə də problem yaratmayacaq. Havaya fikir verməməliyik. Fikrimiz oyunda olmalıdır. Hiss olunur ki, meydança standartlardan bir az fərqlənir. Buna da fikir verməli deyilik. Ancaq hər bir halda dediyiniz amillərin oyuna təsiri olacaq. Düşünürəm ki, futbolçularımız sabah meydanda nə etmək lazımdırsa, onu da edəcəklər.

- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasına yol yorğunluğuna görə çətin olacağını bildirdi. Siz necə düşünürsünüz, futbolçularımız 14 saatlıq yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata biləcəklərmi?

- Dediyim kimi, nə mən, nə də futbolçular yorğunluq haqda düşünürük. Yorğunluq bizə mane olmamalıdır. Sabah ən yaxşı oyunumuzu göstərməliyik.

- Yığmamız Millətlər Liqasının görüşlərində hücumda elə də yaxşı təsir bağışlamayıb. Üstəlik, Ramil Şeydayev də "Krılya Sovetov"da oyun təcrübəsindən məhrumdur. Bu mənada Rüfət Dadaşovun sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdır və məşqdə gördüklərinizə əsasən demək olarmı ki, "Proyssen"in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdır?

- Açığı, Rüfət bizimlə cəmi iki məşq edib. Sabah yəqin səhər məşqindən sonra bəzi oyunçularla bağlı dəqiq qərar verəcəyəm. Ancaq indi heç bir problem haqda düşünmürəm. Fikirləşirəm ki, oyuna tam hazırıq və meydana yaxşı formada çıxacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 538   Tarix: 10 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027