Aslan Abdulla: "Azərbaycanda 33 faiz insan piylənmədən əziyyət çəkir"

Aslan Abdulla: "Azərbaycanda 33 faiz insan piylənmədən əziyyət çəkir"Aslan Abdulla: "Azərbaycanda 33 faiz insan piylənmədən əziyyət çəkir"

Zəfəran Hospitalda "100 yaşa" adlı tədbir keçirilib.

Təbirdə çıxış edən həkim-koordinator Günel İsmayılova bildirib ki, məqsəd 2-ci tip şəkərli diabet və artıq çəkidən əziyyət çəkən insanlara yardım etməkdir: "Bu sahədə bizə müraciət edənlər çoxdur. Çünki artıq çəki bütün xəstəliklərin mənbəyidir. Həkim Aslan Abdullayev isə bu işin öhdəsindən gəlir".

Sonra tanınmış bariatrik cərrah, ali dərəcəli həkim Aslan Abdulla çıxış edib. Onun sözlərinə görə, artıq Azərbaycanda piylənmə və 2-ci tip şəkərli diabetin artıq müalicəsi var: "Son araşdırmaların nəticələrinə görə ölkəmizdə təxminən 50% çəkisi normadan artıqdır və təxminən 33% piylənmədən əziyyət çəkir/ Artıq çəki bir sıra infeksiya olmayan xəstəliklərin, ürək-damar xəstəliklərinin, xərçəngin, şəkərli diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırır və insan həyatını xeyli azaldır".

Həkim qeyd edib ki, bədən çəkisi indeksinin 35-40 olduğu zaman piylənmənin yeganə effektiv müalicəsi metodu cərrahi müdaxilədir: "Bariatrik əməliyyatdan sonra artıq çəkinin azalma göstəricisi əməliyyat növündən asılı olaraq orta hesabla 45%-dən 100%-ə kimidir".

Həkim artıq çəki almamaq üçün düzgün qidalanmaq qaydası haqqında da danışıb. Onun sözlərinə görə, cərrahi əməliyyat zamanı artıq çəki aradan qaldırılsa da, sonradan düzgün qidalanmama yenidən öz fəsadını göstərə bilər: "Bu baxımdan bilməlisiniz ki, yemək vaxtı su içmək kökəlməyə səbəb olur. Əməliyyatdan sonra spirtli içkidən 6 ay müddətində istifadə etmək olmaz. Əməliyyatdan sonra kifayət qədər maye alın".

Ön paket analizi haqqında isə kardioloq Nemət həkim danışıb. O deyib ki, piylənmənin qarşısını vaxtında almaq ürək-damar xəstəliyini aradan qaldırır. "Piylənmənin qarşısı alınsa xəstənin infakt keçirmə riski 70-80 faiz alınır".

Sonra Ramin həkim dünyada piylənmənin vəziyyəti barədə çıxış edib.

Artıq çəkinin dayaq hərəkət sisteminə mənfi təsiri barədə həkim Fərhad Abdullayev danışıb.

Daha sonra həkim Aslan Abdullanın əməliyyat edərək artıq çəkidən azad etdiyi insanlar çıxış ediblər. Onlar əməliyyatdan sonra sanki yeni həyata başladıqlarını vurğulayıblar.

Tədbirdə tanınmış müğənni Roza Zərgərli də iştirak edib. O, artıq çəkini qadın həyatına son gətirən amil kimi dəyərləndirib: "Aslan həkimlə tanış olandan sonra onların kiçik əməliyyat otaqlarında oldum. O an keçirdiyim hissləri indi ifadə edirəm. Deyirsiz ki, insan əməliyyatdan sonra yeni həyata başlayır. Mən isə düşünürəm ki, yox, insan sizi tanıyandan sonra yeni həyata başlayır".

Sonda həkim A. Abdullanın "100yasha.az" saytının təqdimatı olub.

Aslan Abdulla: "Azərbaycanda 33 faiz insan piylənmədən əziyyət çəkir"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 441   Tarix: 09 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda ət yeyənlər çoxalıb - İDDİA

Son dövrlərdə ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur. Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspertlər -a bildiriblər ki, bunun əsas səbəbi ət istifadəsinin çox olmasıdır:. "Heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir. İnsanlar quzu əti yeməy

15:40 198
.

Malidə silahlıların hücumu nəticəsində 50-dən çox adam ölüb

Malinin şimal-şərqindəki Qao şəhəri yaxınlığında silahlı şəxslərin mülki konvoya və onun hərbi eskortuna hücumu nəticəsində 50-dən çox adam ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər və sakinlər məlumat yayıb. Hücum Qao kəndi yaxınlığında, İŞİD v

18:40 139
.

DYP mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə BİG.AZ-a İdarədən məlumat verilib. Bildirilib ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür. "Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələr

16:50 137
.

Özcan Dəniz Sevgililər Gününə özəl konsert verəcək

Məşhur sənətçi Özcan Dəniz 14 fevral Sevgililər Günündə Ankaradakı pərəstişkarlarını təsirli musiqi səyahətinə çıxaracaq. türk mediasına istinadən xəbər verir ki, Konqres və Sərgi Mərkəzində baş tutacaq konsertdə Özcan Dəniz xüsusi hazırlanmış repertuarı ilə həm qulaqlara, həm də könüllərə xitab edəcək

11:22 214
.

9-ci sinif şagirdi konfetləri narkotiklə doldurub həbsxanaya keçirməyə cəhd edib

Nijni Novqorod vilayətində 17 yaşlı gənc həbsxanaya narkotik keçirməyə cəhd etdiyi üçün şübhəli bilinir. xəbər verir ki, bu barədə Life, Shot Telegram-kanalına istinadən xəbər verir. Məlumatlara görə, məhkum Arzamasdan olan məktəbli ilə əlaqə saxlayıb və ondan narkotikləri gətirməsini xahiş edib. 9-c

07.02.2025 594
.

Pensiyalarla bağlı vacib MƏLUMAT

Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək, artırılması nəticəsində orta aylıq pensiyanın məbləği 497 manatdan 537 manata çatıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa görə orta aylıq pensiyanın məbləği isə 530 manatdan 573 manat

17:30 335
.

"Haber Global": Olaf Şolts seçki ərəfəsində Türkiyəyə yönəlik isti mesajlar verir

Almaniyada bu ay keçiriləcək növbədənkənar parlament seçkisində uğur qazanmaq istəyən siyasi qüvvələr türk kökənli almaniyalı seçiciləri öz tərəfinə çəkməyə çalışırlar. xəbər verir ki, bu barədə "Haber Global" televiziyasında yayımlanan süjetdə qeyd olunur. Müəllif vurğulayır ki, Almaniya kansler

21:20 88
.

Azərbaycanda iş qrafiki dəyişdiriləcək? - MÜHÜM AÇIQLAMA

Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə əsasən tənzimlənəcək. Bu məsələdə iş saatları ilə bərabər, istirahət günlərinin dəyişdirilməsi də real hesab edilir. Bakıda bəzi sahələr üzrə iş qrafikinin dəyişdirilməsi gündəmdədir

17:20 238
.

Yük maşını körpüdən çaya AŞDI - ölən var

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib. BİG.AZ xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb. Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb. Faktla bağlı araşdırm

18:10 217
.

TOP MP3