Kağız pullardan imtina dövrü başlanır

Kağız pullardan imtina dövrü başlanırBilindiyi kimi Avropanın inkişaf etmiş dövlətlərindən biri sayılan Isveç pul banknotlarından istifadə edən ilk ölkə kimi tarixə düşüb və bu hadisə 1661-ci ildə qeydə alınıb. İndi isə və belə görünür ki, bu gedişlə nağd puldan tamamilə imtina edən ilk ölkə də məhz elə İsveç olacaq.
Bu ölkədə belə hesab edilir ki, nağd pul getdikcə daha lazımsız olur və onlarla iş görməkdən boyun qaçıran şirkətlərin sayı da durmadan artır. Şəhərlərin əksəriyyətində nəqliyyatda artıq nağd pul qəbul olunmur, biletlər isə sms vasitəsi ilə alınır.

Hal-hazırda nağd pul İsveçdəki maliyyə dövriyyəsinin cəmi 3% -ni təşkil edir. Qeyd olunur ki, kağız pulların sayının azalması ilə ölkədə cinayətkarlığın sayı da azalır (təbii ki, kiber cinayətkarlıq istisna olmaqla). 2008-ci ildə İsveçdə 110 dəfə bank yarmağa cəhd olunub. 2011-ci ildə isə bu rəqəm cəmi 16-ya düşüb. Küçə soyğunçuluğunun sayı da azalıb. Həmçinin pul kütləsinin azalması ənənəvi olaraq nağd ödənişlərə üstünlüyün verildiyi kölgə iqtisadiyyatına da ciddi zərbə endirib. Bir sıra digər Avropa ölkələrində də analoji addımlar atılır.

Azərbaycanda da uzun müddətdən bəri diqqət yetirilən əsas məsələlərdən biri nağd pula həyata keçirilən alış-verişdən imtina olunmasıdır. Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov bildirib ki, hazırda respublika üzrə 20 min 138 obyektdə 22 min 611 pos-terminal aktiv fəaliyyət göstərir, bunun da 93,6 faizi Bakı şəhərinin ərazisindədir. Artıq Bakı şəhərinin mərkəzi rayonlarında, o cümlədən Səbail, Nəsimi və Yasamal rayonlarındakı obyektlərin 90 faizində pos-terminal quraşdırılmalı proses yekunlaşıb. Lakin həmin pos-terminallardan istifadə edənlərin sayı elə də çox deyil. Bu isə nağdsız alış-verişin genişlənməsinə imkan vermir, dövriyyədə yenə kağız pullar hökmranlıq edir. Bu səbəbdən ekspertlər vurğulayırlar ki, pos-terminalların normal qaydada işləməsi üçün ticarət obyektlərinin sahibləri tərəfindən nağdsız əməliyyatları aparan işçilərini qısamüddətli treninqlərə cəlb etməli, vətəndaşlar arasında nağdsız ödəmələrin aparılması qaydaları ilə bağlı geniş təbliğat işləri də aparılmalıdır. Qeyd edək ki, nağd ödənişlərdən imtina XXI əsrin ən böyük iqtisadi meyillərindən biridir və bir çoxları bu əsrdə kağız pulun yoxa çıxacağını ehtimal edirlər. İnkişaf etmiş ölkələrdə pərakəndə ticarət dövriyyəsinin 80%-dən çoxu nağdsız hesablaşmalar vasitəsilə aparılır, nağd hesablaşmalar yalnız xırda hesablaşmalarda gerçəkləşdirilir. Qonşu Rusiyada da bu sahədə ciddi işlər gedir və Rusiya bankları ölkə ərazisində milyonlarla pos-terminal quraşdırırlar və əhali də kartla alış-verişə xüsusi diqqət yetirir. Ölkəmizdə isə vəziyyət hələ ki, fərqlidir. Əhali kartla alış-veriş etməyə maraq göstərmir. Azərbaycanın iki kart prossesinq mərkəzindən birinin - "Azərikart"ın təsisçisi Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən isə bildiriblər ki, kartla ödənişlərin qiymətinin qalxmasında əsas günahkar ticarət nöqtələridir. "Qaydalara görə, kartla ödəniş zamanı bank 1,5-2% xidmət haqqı tutur. Bu pul müştəridən deyil, mağazadan tutulmalıdır. Mağazanın bu məsələdə qazancı məhsulunu reallaşdırmasıdır. Yəni bankın göstərdiyi xidmətin haqqı müqabilində gəlirinin bir qismindən imtina etməlidir. Daha bank xidmətinin haqqını müştərinin belinə yükləməməlidir".

Hazırda Azərbaycan bankları nağdsız hesablaşdırmaları stimullaşdırmaq üçün bir sıra kampaniyalara başlayıblar ki, bunlardan biri bonus kampaniyasıdır. Yəni müştəri hər dəfə kartla alış-veriş etdikdə bonus qazanır və toplanan bonusları sonradan kampaniyanın keçərli olduğu şəbəkələrdə pul əvəzində işlədə bilir. Onu da qeyd edək ki, pos-terminallar pulsuz quraşdırılır və bank aparatla edilən əməliyyatlardan götürdüyü gəlirlə ona xidmət pulunu çıxarır. Əgər ticarət nöqtəsində fəaliyyət aşağıdırsa,onda bank fəaliyyətsiz pos-terminallar üçün 15-20 manat səviyyəsində aylıq xidmət haqqımüəyyən edir. Əgər pos-terminallarda normal dövriyyə olarsa, bankların gəliri daha yüksək olmalıdır - hazırda Azərbaycan bankları kart ödənişləri üçün dövriyyədən 1,5-3%-ə qədər pul tutur ki, bu da 1000 manatlıq dövriyyə üçün 30 manata qədər pul edir. Yəni istənilən halda banklar məsələdən gəlirli çıxırlar.

Hələlik isə istisna olunmur ki, yaxın gələcəkdə ölkəmizdə də kartlardan istifadəyə münasibət dəyişəcək və nağdsız ödənişlərin sayı ildən-ilə artacaq. Nəticədə isə bir tərəfdən həm istehlakçılar, həm də ticarət, xidmət, iaşə sektorunda çalışanlar üçün alış-veriş prosesi xeyli sadələşəcək, daha təhlükəsiz olacaq, digər tərəfdən isə vergidən yayınma hallarının sayı minimuma endiriləcək və büdcə daxilolmalarının artması təmin ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3064   Tarix: 28 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 425
.

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb. "Mayın 5-də Moskva vaxtı ilə saat 09:01-də (Bakı vaxtı ilə 10:01) 3663 (N24W22) Günəş ləkələri qrupund

05.05.2024 200
.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

05.05.2024 212
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

04.05.2024 169
.

Qızartmazdan əvvəl bunu edin: Kotletlər dağılmayacaq

Kotlet hazırlayarkən bir çox insan qızartma zamanı parçalanma problemi ilə qarşılaşır. xəbər verir ki, bunların hamısı düzgün olmayan hazırlıq və tipik səhvlərdir. Kotletlərin dağılmaması üçün əsas məsləhətləri təqdim edirik: . Düzgün kompozisiya. Kotletləri bişirməzdən əvvəl inqrediyentlərin tərkibin

05.05.2024 649
.

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur. Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı davam edir. "Eldəniz", "Viktoriya", "Nataşa" sortlarına üstünlük verilir. Sentyabrda əkilən çiyələk aprel ayının sonlarından yığılmağ

05.05.2024 269
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 417
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 481
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 1609