Aybəniz Haşımova Şövkət Ələkbərovanın xatirəsinə konsert həsr edəcək

Aybəniz Haşımova Şövkət Ələkbərovanın xatirəsinə konsert həsr edəcəkXəbər verdiyimiz kimi, əməkdar artist Aybəniz Haşımova Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək.

24 oktyabr tarixində sevənlərinin qarşısına çıxmağa hazırlaşan A.Haşımova təəssuratlarnı News24.az ilə bölüşüb:

"Bu il mənim 50 yaşım, sənətdə olmağımın isə 40 ili tamam olur. Eyni zamanda da ustadım Şövkət Ələkbərovanın 90 illik yubileyidir. Konsertimizin adı "Mənim ömür nəğmələrim" adlanır. Bu konserti etməkdə məqsədim sırf Şövkət xanımın ruhunu xoş etmək, həm də məni sevən, çoxdandır görməyən, yenidən dinləmək istəyənləri sevindirməkdir.

İstəyirəm ki, darıxmağa, həsrətə son qoyaq. Ona görə də bu işdə bütün hər kəsə, Elnur Həsənova, Filarmoniyanın rəhbəri Murad Adıgözəlzadəyə, onun ailəsinə, Aysel xanıma, oranın bütün əməkdaşlarına, Şövkət xanımın ailəsinə təşəkkür edirəm. Onlar bütün gün mənim yanımdadırlar. Mənə görə narahat olurlar. Hər işlə maraqlanırlar. Sanki Şövkət xanım məni özündən sonra onlara əmanət edib. Hiss edirəm ki, bu belədir.

30 ilə yaxındır ki, Şövkər Ələkbərova bu dünyada deyil. Lakin mən onun yoxluğunu heç vaxt hiss etməmişəm. Çünki ailəsi hər zaman yanımdadır".
Aybəniz Haşımova konsert haqda ətraflı məlumat verib:

"Konsertdə repertuar əsasən Şövkət xanımın olacaq. Səhnədə tələbələrimlə də çıxışlarım baş tutacaq. Qarabağ mövzusuna mütləq toxunacağıq. Çünki, mənim həyatımı Qarabağsız təsəvvür etmək mümkün deyil. Çünki, Qarabağ tək düşmən caynağında deyil. Qarabağın dərdi ilə yanaşı bu gün mənim taleyim də düşmən caynağındadır. Səsim də, həyatım da əsirdir bu gün. Ona görə də o mövzudan kənara çıxa bilmərəm. Konsertin əsas bloklarından biri olacaq. Qoy düşmən eşidib görsün ki, Azərbaycanda yeni nəsil inkişaf edir və ölkəmiz güvənli əllərdədir.

Biz öz torpaqlarımıza qayıdacağıq və bütün Qarabağa, lazım gələrsə bir başa İrəvana öz bayrağımızı sancacağıq. İnanıram ki, o gün uzaqda deyil".
İfaçı konsert üçün müxtəlif nömrələrin də hazırlandığını deyib:

"Konsert üçün müxtəlif nömrələr hazırlanıb. Uzun illər öncə Azərbaycan səhnəsində tamaşaçılar qarşısında göstərilən dəyərli əsərlərdən biri 8 yaşlı tələbəmin ifasında canlanacaq. Həsən Əliyev Qran-Pri mükafatçısıdır.

Bizi Qara Qarayev adına Kamera Orkestrı və Gülarə Əliyeva adına Azərbaycan Dövlət Televiziyasının "Dan ulduzu" instrumental ansamblı müşaiyət edəcək. Konsertin ssenari müəllifi Firuzə Nadirdir. Yubileyin rejissoru özüməm. Mənim ikinci peşəm rejissorluqdur. Çünki unuversiteti qırmızı diplomla bitirmişəm.

Konsert antraktsız 2 saat olacaq. Dinləyicilər əsasən klassik, ölməz əsərləri eşidəcəklər".

Əməkdar artist tədbir üçün niyə məhz Filarmoniyanı seşdiyinə də aydınlıq gətirib:

"Sizə maraqlı bir faktı da açıqlamaq istəyirəm. Konsert üçün Filarmoniyanı seçməyimin səbəbi var. Çünki, ilk dəfə böyük səhnədə Şövkət xanımın qarşısında məhz Filarmoniyada oxumuşam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 969   Tarix: 26 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403