Aparıcı Firadan Tolik və Ülviyyəyə cavab: "Efirdə uzanıb qarnımı açıb, həyasızlıq salmamışam"

Aparıcı Firadan Tolik və Ülviyyəyə cavab: "Efirdə uzanıb qarnımı açıb, həyasızlıq salmamışam"Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova ilə jurnalist Alovlu Ülviyyə arasında qalmaqal yaşanıb. Jurnalist ifaçı ilə işlədiyi müddət ərzində pulunu axıra kimi almadığını bildirib.

Bu gün "Hər şey daxil" verilişində qonaq olan Ü.Alovlu onun müğənni ilə işbirliyinə aparıcı Firuzə Cəlilovun (Fira) vasitəçi olduğunu bildirib. Verilişin aparıcısı isə Tarix Əliyev (Tolik) Firanın Xəzər TV-dən ayrıldığını bildirib.

Məsələ ilə bağlı Fira primetime.az-a açıqlama verib:

"Kül qədər təsiri olmayıb, alov qədər guruldayan insanlar, heç gecə yatanda da yuxuma girmir. Bir insan ki, efirdə uzanıb qarnını açır, digəri isə həyasızlıq salıb, öz həmkarlarını hədələyir və tamaşaçıların qarşısında nə xanım, nə də bəyə yaraşmayan obrazda çıxış edirsə, onların mənim haqqımda nə dedikləri, umrumda deyil. Belədir ki, maraqlı insanlar haqqında həmişə danışılır. Onlar üçün gör mən nə qədər maraqlıyam ki, bu insanlar yatanda belə yuxularında sayaqlayanda Firanın adını çəkirlər. Əgər mənə bu qədər ehtiyacları varsa, şəxsi şəkillərimi evlərinə hazır portret şəklində göndərə bilərəm ki, oyananda da məni görsünlər.

Mən Bakı Dövlət Universitetinin jurnalistikasının bakalavr və magistr, eyni zamanda doktoranturasını bitirmiş ali təhsilli jurnalistəm. Amma kül qədər quruldayan insanların isə bu insanların jurnalist təhsili var, ya yoxdur. Bax, bu, artıq sual altındadır. Onlar ancaq ucuz gündəm axtarışındadırlar. Mən bu günə kimi televiziya həyatında özümün yaratdığı, başqasının yaratdığı yox, layihələr ilə tanınmışam. Bunlar sırasında "2*2",gənclər üçün gərəkli olan, qrand udmuş layihələr, səhər proqramları içərisində isə maarifləndirməsi ilə seçilən "Oyan Azərbaycan" layihəsi. Hazırda Lider televizyasında yayımlanan "Tezdən oyan" proqramı, Jurnalist Şəbnəm Turanın təqdimatında olan "Xeyri var" proqramı.

Bundan əlavə isə Xəzər Radiosunda yayımlanan "Danışır Xəzər" layihəsinin rəhbəri və aparıcısıyam. Televiziyada sima olaraq hələ ki, heç bir yerdə yoxam. Çünki 7 layihənin rəhbəriyəm. Amma inşallah çoxda onları gözlətməyəcəm, yeni beş günlük layihə ilə noyabrdan efirə çıxacağam. Onlar kimi ucuz şou yaratmayacağam. Kim nə deyirsə desin, Xəzər TV mənim həyatımda dönüş nöqtəsi olub. Mənim analıq məzuniyyətimdən sonra efirə qayıdan zaman ulduzumun parlamasında kömək olan dostlarımın sırasındadır. "Xəzər"imi kim korlamaq istəyirsə, əziyyət çəkib ləkə vurmasın. Çünki o kanalın ucuz reklama ehtiyacı yoxdur".

Aparıcı müğənni Rəqsanə İsmayılovanın prodüser kimi adı hallanmasına da münasibət bildirib:

"Mən Rəqsanə xanımı neçə illərdir ki, tanıyıram. Onun ATV-də yayımlanan "Göz önündə" verilişinin redaktoru olmuşam. O veriliş də efirə bircə dəfə yayımlanıb. Amma Rəqsanə mənim pulumu artıqlaması ilə ödəyib. O vaxtı ilə onun prodüseri jurnalist Nərgiz Əliyeva olub. İndi isə uzun müddərdir ki, onunla Nigar çalışır. Əgər mən prodüseri olsaydım, bunu nəinki Bakı, bütün Azərbaycan bilərdi. Mən aparıcı və jurnalistəm, vəzifələri səhv salmağı sevmirəm. Mən düşündüm ki, Ülviyyə xanıma yardımım dəysin, onu savadlı jurnalist kimi tanıyırdım. Ona görə vasitəçi oldum. Yeri gəlmişkən jurnalist İsa Şükürov da indi onunla işləyir, mən vasitəçi olmuşam. O da pulunu almasa, gəlib yaxamdan yapışacaq? Problemi özündə axtarsın. məni niyə gündəmə gətirir. "Whatsapp"da qrup yaradıb, bir-biri ilə danışıblar. Pulu isə Ülviyyəyə Rəqsanənin bacısı oğlu Tural çatdırırdı, hər dəfə 500azn… Daha sonra onun işini bəyənmədiyi üçün işləmək istəməyib.

Bu gün mən "Hər şey daxil" verilişini izləyəndə gördüm ki, orada jurnalist Alovlu Ülviyyə yox, küçədən keçən bir qadın oturub. Tolik də Ülviyyəni o qədər böyüdüb ki, mən prodüser deyiləm, olmamışam, olmaq da istəmirəm . Rəqsi kimin yanında edirəm, öz yaxınlarımın yanında,asudə vaxtı edirəm. Yeri gələndə mən peşəkar rəqs dərsləri almışam. Çıxıb efirdə dombalaq aşmıram, həyasızlıq etmirəm. Bir efirimi çıxarın ki, orada şöyüş söyüm,qarnımı açım.

Tolik məni gözündə o qədər böyük rəqib bilir ki, kimin adından "Fira" kəlməsi çıxsa, dərhal proqrama dəvət edir. Amma məndən ona rəqib olmaz. Düzünü desəm, onun mənə olan bu "böyük sevgi"sinin səbəbini də heç bilmirəm. Mən Toliklə nə danışa bilərəm axı. O, mənə şou biznesdən, toydan danışa bilər. Etiraf edirəm, o, çox gözəl təşkilatçıdır. hərə öz işini görsün. Hamımız burdayıq, nə Rəqsanə, nə də mən qaçmamışam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3127   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387