Deputat: "Sən də bir güzəşt et, ay bank!"

Deputat: "Sən də bir güzəşt et, ay bank!""Azərbaycan Konstitusiya Məhkəməsi artıq qərarını verib və o, sonuncu istansiya sayılır. Qanuna uyğunluq olmasaydı Konstitusiya Məhkəməsi elə qərar verməzdi". Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev Konstitusiya Məhkəməsinin devalvasiyadan əvvəl dollarla götürülmüş kreditlərin indiki məzənnə ilə qaytarılması ilə bağlı qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Milli Məclisin dünən keçirilmiş komitə iclasında millət vəkili Vahid Əhmədov həmişəki kimi bu məsələni qaldırmışdı: "Bu məsələylə bağlı da bir neçə dəfə mövqeyimi bildirmişəm. Ümumiyyətlə ölkədə 1 milyard 800 milyon manat civarında toksik, yəni vaxtı ötmüş kreditlər var. Bu problemli kreditlərin bəlkə də 60-70 faizini məhz devalvasyadan əvvəl dollarla götürülmüş və sonradan devalvasiya olduğuna görə mövcud problemi yaradan kreditlər təşkil edir. Vahid müəllimi dəstəkləyərək dəfələrlə qeyd etmişəm, komitə iclaslarında müraciət etmişəm ki, banklar toplaşaraq bu məsələyə müəyyən formada köməklik göstərsinlər".

Millət vəkili qeyd edib ki, insanlara mülkünü satmaqla, problem yaratmaqla məsələ həll olunmayacaq: "Həmin müştərilər götürdükləri kreditləri qaytara bilməyəcəklər. Banklar müştərilərin özləri ilə fərdi qaydada razılağa gələ, yaxud müştəriləri dollarla götürdükləri kreditlərin məbləğindən asılı olaarq qruplara bölüb müəyyən güzəştlər edə bilərlər. Bu güzəştlər edilməlidir ki, insanlar kredit pulunu qaytara bilsinlər".

Dövlətin həmin kreditləri silməsi və ya bağışlaması ilə bağlı fikirlərə gəlincə, R. Quliyev hesab edir ki, bu qeyri-mümkündür: "Dövlət bankları bu addımı atmağa məcbur edə bilməyəcək. Bankların bir çoxu şəxsi mülkiyyətdir, özəl banklardır. Belə olan təqdirdə həmin kreditləri dövlət ödəməli olacaq. Banklar gec-tez müştərilərlə işləyəcəklər. Banklar məcburiyyət qarşısında bu məsələni oturub müzakirə etməlidirlər. Yəni bunun başqa yolu yoldur. O qədər pul itirməkdənsə, güzəştlər etmək daha yaxşı olardı. Pul pul gətirməlidir. Banklar pul alb satır. Bu gün isə həmin pullar ilişib qalıb. Nə onu əldə edə, nə də onu sata bilir. Ən yaxşısı onu əldə edib satmaqdır. Sən də bir güzəşt et, ay bank".

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

mənbə: Sonxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1630   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109