"Nə qədər ki, prezidentin ətrafında iylənmiş məmurlar var, Bakını su basacaq"

"Nə qədər ki, prezidentin ətrafında iylənmiş məmurlar var, Bakını su basacaq"Dünənki hadisə bir daha göstərdi ki, Azərbaycanda bu günə qədər infrastrukturların hamısı kosmetik dəyişiklikdən başqa bir şey deyil".

BiG.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakının dünənki yağışda selə təslim olmasına münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, Bakıya ayırlan pullar havaya sovrulub:

"Dünən gördünüz ki, Hacıbalanın şəhəri on dəqiqəyə suyun altında qaldı. Dəfələrlə biz demişik ki, Azərbaycan hakimiyyətinin daxilindəki məmurlar yalandan kosmetik nəsə edirlər və axırda da gəlib dövlətin başına qaxınc olur. Dünənki hadisə bir daha göstərdi ki, Azərbaycanda bu günə qədər infrastrukturların hamısı kosmetik dəyişiklikdən başqa bir şey deyil. Hacıbala Abutalıbov Bakıya ayrılan pulları yeyib, yalandan hər şeyin üstünü ört-basdır edib. Dünən yağış yağdı, bu gün-sabah qış fəsli gələcək, amma Bakının problemlərinin hamısı olduğu kimi qalıb. Bir sözlə, dövlət büdcəsindən ayrılan pulların hamısı havaya sovrulub. Niyə görə Bakı dünən bu vəziyyətə qalmalı idi, hara baxır Bakının rəhbərliyi? Bunlar Azərbaycan dövlətinin büdcəsini oğurlayıb yeməkləmi məşğuldurlar?! Bir kanalizasiya sisteminin normal vəziyyətdə olmamasına görə Bakıda həyat iflic oldu, insanların evinə su doldu, nəqliyyatın hərəkətində problemlər yarandı. Milyonlarla insanlar küçələrdə qalmışdılar. Bəs onların nalayiq sözlərini bu məmurlar eşitmədimi?!

Bunların hamısı ölkə başçısına minus gətirən adamlardı. Arı şirəyə yığılan kimi, bunlar da dövlətin büdcəsini talan edib dağıdırlar və xalq da hər şeyi birinci şəxsdə görür. Bu düzgün yanaşma deyil, dəfələrlə vurğulamışam. Nəyə görə dünən insanlar yığılıb Hacıbalanın dədəsini gedib qəbirdən çıxartmadılar?! Bu məsələlərə məsul şəxslər niyə maraqlanmırlar?! Bakının kanalizasiya sistemi bərbad vəziyyətdədir. Ölkə başçısı bununla bağlı bir neçə gün öncə fərman imzaladı. Biz bunlardan danışanda niyə bizi top atəşinə tuturlar, çünki bunlarda milli qürur, qeyrət yoxdur. Nə qədər ki, hakimiyyətdə, hökumətin üzvlərində milli qeyrət yoxdur, ölkənin problemi həll olunmayacaq. Ölkə başçısı çox ciddi işlər görür, vəsait ayırır, amma bunların heç biri səmərə vermir. Bakıya milyardlarla pullar ayrılıb. Amma dünən on dəqiqəlik yağışla Bakı suyun altında qaldı.

Bu gün bütün sahələr belə vəziyyətdədir. Hər şeyin qiyməti günü-gündən qalxır. Kartofun qiyməti bir manat əlli qəpikdir. Azərbaycanın bu qədər sərvəti var. Dünən görəsən xalqın nalayiq söyüşləri Hacıbalaya, rayon icra hakimiyyətlərinin başçılarına çatdımı? Çatmadı, çünki onların villaların hündürdə tikildiyindən onlara belə şeylər təsir etmir. Azərbaycan xalqını gətirib belə sınaq qarşısına qoymaq olarmı, olmaz. Bunların hamısı xalq arasında narazılıq yaradır. Necə olur "Azərenerji" sahəsində belə problem yaranır. Yağış yağır metroları su basır, işıq olmur deyirlər ki, hər şey yaxşıdır. Bu gün heç nə yaxşı deyil, hər şey bərbad vəziyyətdədir. Biz dövlətçiliyi qorumaqdan ötrü istəyirik ki, Azərbaycanda hər şey yaxşı olsun, amma biz bunun əksini görürük, hər şey pisliyə doğru gedir. Bunu da edən məmurlardır. Onlar da ölkə başçısının ətrafına yığılıblar və imkan vermirlər ki, ölkə başçısı xalqla birlikdə olsun. Məmurlar bunu qəsdən edirlər, ölkə başçısını nüfuzdan salmağa çalışırlar, xalqla prezident arasında sədd qoyublar, imkan vermirlər ki, xalqla prezidentin birliyi real şəkildə təmin olunsun. Ölkə başçısına düzgün məlumat vermirlər. Bu gün elə vəziyyət yaranıb ki, ölkə məmurları prezidentin əleyhinə işləyirlər. Onları adları ilə deyə bilərəm ki, kim harda nə iş görür, kim hansı müxalifət partiyasını canlandırır. Nə qədər ki, ölkə başçısının ətrafında bu iylənmiş məmurlar var, həmişə belə hadisələr olacaq, Bakını su basacaq. Rayonlarda isə vəziyyət Bakıdan daha da pisdir"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1005   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133