Ayrılıqdan sonra bunları edin

Ayrılıqdan sonra bunları edinHeç kim bir münasibətə ayrılmaq üçün başlamır. Və gəlin etiraf edək ki, heç kim də qarşısındakı insanı bir ömür boyu sevəcəyinə söz verə bilməz. Versə belə tuta bilməyəcək. Çünki insanların fikirləri, zövqləri, duyğuları, hətta baxış bucaqları belə zamanla dəyişir. Bu zaman ayrılıq qapını döyür. Hələ mövsüm payızdırsa, ayrılıqlar qaçılmazdır. Əsas çətinlik isə bitən münasibətin ardınca nə etməli olduğumuzdur.

Axşam.az ayrılıq sonrası soyuq duş effekti verəcək bir neçə üsulu təqdim edir:

İlk olaraq ayrılığı qlobal problem kimi görməkdən imtina edin. Dünyada eyni saatda ayrılan milyonlarla cütlük var. Siz də onlardan sadəcə birisiniz və tək deyilsiniz. Ətraf oxşar hadisələr yaşayan insanlarla doludur. Buna görə də məsələni çox şişirtməyin və "Mənim kimi birindən necə ayrıla bilər?" düşüncəsini beyninizdən atın.

Yeni məşğuliyyətlər tapın. Qəbul edin ki, yola davam etmək lazımdır. Əlbəttə, bir müddət ağlayıb sızlamaq normaldır. Hətta müəyyən zaman ərzində ən sevdiyi oyuncağını itirən körpə kimi də olacaqsınız (Nə qədər gülməli səslənsə belə). Amma zamanla düzəlir. Və bu sizdən asılıdır. Əgər belə yalnız yaşaya bilməyəcəyinizi düşünürsünüzsə, yadınıza salın ki, münasibətə başlamadan əvvəl də xoşbəxt olmusunuz.

Fikrinizi toparlayın. Sizi xoşbəxt hiss etdirəcək insanlarla danışın, onlardan məsləhətlər alın. Bir insan əksikdir sadəcə. Sizi sevən yüzlərlə dost-tanış var. Sosiallaşmaq sizə yardım edəcək.

Bəhanələrdən qurtulun. Beyninizdəki sualları bir kənara atın. Hər şeyin yaxşı olacağına inanın. Bu inam sizə güc verəcək.

Bu vəziyyətdən dərs çıxarın. Bundan sonrakı münasibətdə nə etmək lazım olduğunu, qarşınızdakından nələr gözlədiyinizi öyrənmək üçün bu ayrılıq yeni bir şansdır. Unutmayın, heç kim sizdən artıq və dəyərli deyil.

Bir ayrılığa görə eşqə olan inancınız ölməsin. Deməli, ya məkan, ya zaman, ya da ki, seçdiyiniz insan düzgün olmayıb. Bu isə gələcəkdəki münasibətin də düzgün olmayacağı anlamına gəlmir. Sizin üçün doğru olan insanı axtarmaqdan heç vaxt bezməyin.

Problemlərdən qaçmaq sizi xoşbəxtliyə aparmayacaq. Çətinliklərlə üzləşin. Problemləri də, özünüzü də, ətrafınızdakı insanları da tanımağa çalışın. Özünüzü həqiqətən sevməyi öyrənin. Əgər bunu bacarsanız, birinin hansısa boş və mənasız səbəblə sizdən ayrılması artıq əvvəlki kimi təsir etməyəcək. Dəyərinizi bilin.

Son olaraq bolluca şokolad yeyin. Yox, əgər yuxarıda yazılanlardan bir dərs almadınızsa, inanın ki, heç şokolad da sizə kömək etməyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 729   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329