Milyarder və xanımı itkin düşüb - Geyinib-soyunma otağında qan ləkələri var - FOTO

Milyarder və xanımı itkin düşüb - Geyinib-soyunma otağında qan ləkələri var - FOTO

Tanınmış milyarder və xanımı itkin düşüb.

BiG.AZ milli.az-a xəbər verir ki, britaniyalı milyarder və taylandlı xanımı 5 gündür ki, axtarışdadır.

64 yaşlı biznesmen Alan Hoqq və 61 yaşlı taylandlı xanımı Nottdan 5 gündür ki xəbər yoxdur.

Əslən Şotlandiyadan olan biznesmenin Taylanddakı evlərinin divarından qan ləkəsi tapılıb. Lakin onlardan hər hansı bir iz yoxdur.

Qan ləkələri onların villasının həyətindəki hovuzda və geyinib-soyunma otağındadır. Polisin dediyinə görə, ləkələri kimsə silməyə çalışıb.

Həmçinin cütlüyün pikap tipli "Ford Ranger" avtomobili də yoxa çıxıb.

Hadisə ilə bağlı qadının qardaşı saxlanılıb. Belə ki, o, evə girib avtomobili oğurlayarkən təhlükəsizlik kamerasına düşüb.

O, külli miqdarda pul ödəməklə sərbəst buraxılıb. Oğlan bildirib ki, cinayətdən xəbərsizdir, o, sadəcə avtomobili oğurlayıb.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 969 Tarix: 24.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər