Azərbaycanda oyuncaqla oynayan uşaqları ərə verirlər

Azərbaycanda oyuncaqla oynayan uşaqları ərə verirlərCənub bölgəsində qızların erkən nikahlara cəlb edilməsi müharibə illərində qız yükündən azad olmaq istəyən valideynlərin hərəkətlərini xatırladır.

BiG.AZ xəbər verir ki, Sputnik Azərbaycan" Multimedia Mərkəzində "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində keçirilən "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda təşkil olunmuş dəyirmi masada sabiq millət vəkili Gülər Əhmədova çox ağır olan bir məsələyə — əksər rayonlarımızda, xüsusilə də cənub bölgəmizdə azyaşlı qızların ərə verilməsinə toxundu. Özüm də cənub bölgəsindən – Yardımlı rayonundan olduğum üçün bu problem mənə yaxındır, bu barədə kifayət qədər məlumatlıyam və bacardığım qədər buna qarşı çıxmağa çalışıram.

Təəssüflər olsun ki, doğma yurdumu tez-tez ziyarət etmək imkanım olmur. Ancaq xeyir-şər məclislərində rayona getməyə vaxt tapa bilirəm, o da uzağı bir neçə günlük. Ancaq hər dəfə məni çox ağrıdan, çox narahat edən, çox düşündürən erkən nikahlar məsələsi olur. Hər dəfə körpə-körpə ərə verilən qızcığazlarımızı görəndə, sözün bütün mənalarında vicdan əzabı çəkirəm. Var gücümlə haray çəkmək, bağırmaq, "dayanın!" demək keçir içimdən.
Vəziyyət o həddə çatıb ki, sanki cənub bölgəsində yarış gedir. 14-15 yaşında qızların üzərində tətbiq edilən "kim tez ərə getdi yarışı". Qızları orta məktəbi bitirmədən, uşaqlıq yaşlarını belə, tamamlamadan ərə verilirlər. Acımasız valideynlər öz balalarını gəlinciklərindən, evciklərindən ayırıb, ailə, uşaq əziyyəti çəkməyə məhkum edirlər. Elm, savad, bilik öyrənməli olan qızları məktəblərdən uzaqlaşdırıb, həyat dərslərini öyrənməyə vadar edirlər. Gələcəyin istedadlı, peşəkar mütəxəssisi ola biləcək neçə-neçə qızları evdar qadına çevirirlər. Bir sözlə, rayonlarımızda, xüsusilə də cənub bölgəsində çox sayda valideyn öz qızını acımasızcasına "kor qoyur".

Erkən nikahların mənfi fəsadları bir deyil, beş deyil və bu fəsadlar da bir çoxumuza bəllidir. Erkən nikahların səbəb olduğu ana və uşaq ölüm halları ilə az rastlaşmamışıq. Və ya doğuş zamanı ciddi xəstəliklərə düçar olan gəlinlərdən xəbərsiz deyilik. Xəstə və şikəst doğulmuş uşaqlar qohumumuzda, qonşumuzda kifayət qədərdir. Hələ sümükləri belə, tam formalaşmamış qızcığazın mənfi fəsadlarsız sağlam övlad dünyaya gətirəcəyinə kim təminat verə bilər, axı?!

Problemin digər bir tərəfi isə erkən nikaha girən qızların savadsızlığı ilə bağlıdır. İki-üç il, onda da ayda cəmi 5-10 dəfə məcburi, xahiş-minnətlə məktəbə gətirilən, toplama-çıxmanı belə doğru-düzgün bilməyən ana cəmiyyətə yararlı övlad tərbiyə edə bilərmi?! Əlbəttə ki, yox. Həmin analar da qızlarının özləri kimi, bəlkə də özlərindən də daha tez ərə gedib, ev-eşik, övlad sahibi olmasına tələsəcəklər. Bununla da bu problemin daha geniş yayılması sürətlənəcək, erkən nikahların yaş dövrü daha da aşağı enəcək.

Belə getsə, on ildən sonra vəziyyət daha acınacaqlı hala gələcək. On dörd yaşında ərə getmiş ana on ildən sonra, artıq səkkiz-doqquz yaşında olan qızı üçün evlilik təlaşına düşəcək. Və beləcə, əskilərdə qalmış "papaqla qız alma" dəbi gündəmə gələcək. Ya bəlkə də, artıq gündəmdədir. İkinci Dünya Müharibəsi zamanı aclığın, səfalətin hökm sürdüyü zamanlarda populyar olmuş "qız almaq" dəbi. Papaq dəyəndə müvazinətini itirməyən qızın ərə gedə biləcəyinə qərar verilirdi. O dövrdə valideynləri müharibədə həlak olmuş, itkin düşmüş və ya aclıqdan, xəstəlikdən dünyasını dəyişmiş kifayət qədər uşaq var idi. Ailənin yükünün azalması üçün qızlar məcburən erkən yaşda ərə verilirdi. Ancaq indiki zamanda, yaşamağa hər cür şərait mövcud olduğu bir dövrdə bu hal çox gülünc görünür. Valideynlərin övladlar arasında cins ayrı-seçkiliyi salaraq, qız övladlarını sanki başlarından tez kənar etmək istəmələri çox ağrılı problemə çevrilir.

Təhsil ocaqlarında çalışan müəllimlərdən qızların təhsil səviyyəsi barədə məlumat aldıqda, məlum olur ki, erkən nikahların daha bir mənfi təsiri gələcək mütəxəssislərin məhv edilməsidir. Hazırda rayonlarda məktəbli qızların bilik səviyyəsi oğlanlara nisbətən daha yüksəkdir. Həm də qızların təhsilə meyli əvvəlki illərlə müqayisədə daha çoxdur. Oxumaq, ali təhsil almaq istəyən qızlarımızın sayı kifayət saydadır. Təəssüflər olsun ki, qızının ali təhsil almasına imkan və şərait yaradan valideyn isə barmaqla sayılası qədərdir. Əsəbləri tarıma çəkən məqamlardan biri də erkən izdivaclara qol qoyan, rəvac verən valideynlər arasında ziyalıların da olmasıdır. Elmə, təhsilə qiymət, dəyər verib ali təhsil almış valideynlər belə, övladlarının savadlı, peşəkar kadr kimi yetişmələrinə mane olurlar. Onlar da "palaza bürün, elnən sürün" təfəkkürü ilə yaşayırlar. Təəssüf ki, onlar da, "mənim qızım tez ərə getdi" deyibən, qürrələnən fatmanisələr cərgəsindədirlər.

Erkən nikahların aradan qaldırılması üçün dövlətimiz tərəfindən kifayət sayda qanunlar qəbul edilib, cəzalar tətbiq olunub. Ancaq əfsuslar olsun ki, erkən yaşda qurulan ailələr çox hallarda gizlədilir və azyaşlı qızlar dövlət nikahı olmadan ərə verilir. Bu problem respublikamızın bütün rayonlarını ağuşuna alıb. Cənub bölgəsində isə problem olmaqdan da o yana keçib. Deyərdim ki, "yoluxucu bəlaya" çevrilib. Bu bəlanın aradan qaldırılması yolları hansılardır bəs?! Nə edək, necə edək ki, erkən nikahlar getdikcə daha geniş vüsət almaq əvəzinə, zamanla aradan qalxsın?!

Məncə, ilk əvvəl özümüzdən başlamalıyıq. Özümüzə "mən bunun üçün nə edə bilərəm və ya nə etməliyəm?" sualını verməliyik. Və vicdanımızın səsinin verdiyi cavabla da hərəkətə keçməliyik. Elə dəyişimə də özümüzdən start verməliyik. Öz qızımızdan, öz bacımızdan, qohumumuzdan, qonşumuzdan başlayaraq. "Dur!" deyək minik yavrusunu, körpə quzusunu, məsum qızcığazını qayğının içinə atan valideynlərə, pardaxlanmamış körpə fidanlarını budaqdan qoparan atalara, hələ dimdiyi dən tutmayan yavru quşları yuvasından uçuran analara. "Dur!" deyək, çiyinləri bərkiməmiş cocuqlarının belinə ağır "şələ" yükləyən atalara, ana nəvazişinə möhtac süd quzularını ana olmağa yola salan analara.

Ən əvvəldə isə özümüzə "DUR!" deyərək bu problemin həllinə, bəlkə nail ola bilərik.

P.S. Bu yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində yazılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1175   Tarix: 22 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27.04.2024 312
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 433
.

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır. Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərind

27.04.2024 177
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

27.04.2024 947
.

2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb

Son beş ildə aparılan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində də mühüm irəliləyişə imkan verib. Bu dövrdə əmək müqavilələrinin sayında 500 mindən çox və ya 40 faizlik artıma nail olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində "İqlim dəyişikliyini

27.04.2024 164
.

SAXAL-ın hücumu nəticəsində "Hizbullah"ın aparıcı fiqurlarından biri ölüb

İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində "Hizbullah"ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan və "Sacid" ləqəbi ilə fəaliyyət göstərən şeyx Fərəcullah Hammud ölüb. "Hizbullah" məlumatı təsdiqləyib. Həmçinin məlu

27.04.2024 185
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

27.04.2024 409
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

27.04.2024 201
.

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakını

27.04.2024 197