Toy gecəsinin səhəri gəlini öldürən bəydən qan donduran ifadə: "Dostlarımla..."

Toy gecəsinin səhəri gəlini öldürən bəydən qan donduran ifadə: "Dostlarımla..."
Türkiyənin Bursa şəhərində toy gecəsinin səhəri gəlin 21 yaşlı Güllü Yurdoğlunu bıçaqlayaraq öldürən 22 yaşlı Metehan Yurdoğlunun məhkəmə prosesi keçirilib.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, Metehan prosesdə ifadəsi zamanı "Məni ən yaxın dostlarımla aldatdığını düşünürdüm. İntihar etmək istədim, bir dəfə atam, ikinci dəfə polislər xilas etdi. Ya özümü öldürəcəkdim, ya Güllünü öldürəcəkdim" deyib.

Məhkəmə heyəti Metehan Yurdoğlunun ifadəsində qeyd etdiyi "intihar etmək istəməsi" hissəsinin yalan olduğunu üzə çıxarıb.

Məhkəmə prosesi təxirə salınıb. Səlahiyyətlilər təqsirkarın əqli vəziyyətinin yerində olub olmadığını araşdırmaq barədə qərar çıxarıb.

Qeyd edək ki, qətl hadisə 2017-ci ilin noyabır ayında baş vermişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7370 Tarix: 22.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər