Məşhurlar MTRŞ-ya müraciət etdi

Məşhurlar MTRŞ-ya müraciət etdiAzərbaycanın məşhur simaları Milli Televiizya və Radio Şurasına (MTRŞ) müraciət ediblər.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu müraciət müğənni Nura Surinin "facebook" səhifəsində yazdığı statusdan sonra başlayıb.

Belə ki, sənətçi MTRŞ-dən efirə çıxan aparıcılarla bağlı ölçü götürülməsini istəyib:"Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun".

Daha sonra əməkdar artist Lalə Məmmədova da həmin postu paylaşaraq belə şərh yazıb:

"Nə təhsilləri var, nə tərbiyələri, nə musiqi anlayışları, nə də dünya görüşləri. Ancaq millətə əxlaq, mənəviyyat dərsi keçirlər. Vay halımıza ki, bizi layiqsizlər təmsil edir. Müvafiq qurumların bunu görməzdən gəlməsi mənəviyyatımıza ən böyük zərbədir".

Bu müraciətə digər məşhurlar da qatılaraq MTRŞ-yə müraciət ediblər. Onlar arasında Günay İbrahimli, Nadir Qafarzadə, Kərim Abbasov, Səidə Sultan və Elvin Abdullayevdir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə məşhurlaırn müraciətini belə şərh edib:

"Yeni TV və radio mövsümü başlayır. Biz monitorinqləri bir qədər də gücləndirəcəyik. Bununla belə, deyim ki, dəfələrlə yayımçılara tövsiyə edirik ki, verilişlərə cəmiyyətdə nümunəvi olmayan imicə malik insanları çıxarmasınlar. Bu gün şou nümayəndələri narahatçılıq bildirir. Amma çox təəssüf ki, bu gün efirdə xoşagəlməz halların yaşanmasında elə şou nümayəndələrinin də payı az deyil. Verilişlərdə iştirak edən bəzi müğənnilər, hətta aşıqlar nə danışıqlarını, nə geyimlərini, nə də davranışlarına bilirlər. Ümumiyyətlə, TV və radioda vəziyyətin Şurada müzakirəsi gözlənilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1360   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1124
.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3810
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26.04.2024 1311
.

Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?

Xalq artisti Faiq Ağayev həmkarı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb. bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. Proqramın aparıcısı Zaur Nəbioğlunun "Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?"

23.04.2024 4714
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 660
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 533
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 680
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1195
.

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. "Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, ana

21.04.2024 572