Azərbaycanlı milyarder axtarışa verildi - Ləqəbi "Banan Elçin"dir

Azərbaycanlı milyarder axtarışa verildi - Ləqəbi "Banan Elçin"dirRusiyanın İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin müstəntiqləri "Aysel" və "AyBaRus" şirkətlərinin sahibi, azərbaycanlı iş adamı Elçin Əhmədova qarşı qiyabi ittiham irəli sürərək barəsində federal axtarış elan edib.

BiG.AZ "virtualaz.org"a istinadən xəbər verir ki, Elçin Əhmədov Rusiyaya xaricdən meyvə-tərəvəz idxal edən ən iri təchizatçılardan biridir və məlumatlara görə hətta banan idxalı üzərində monopoliyaya malik olub. Bu səbəbdən ona "Banan Elçin" ləqəbi də qoşublar. "Kommersant" Elçin Əhmədovu həm də "milyarder" kimi təqdim edir, amma biznesmenin sərvətinin həcmi barədə müfəssəl məlumat olmadığından onun dollar, yaxud rubl milyarderi olduğu dəqiq deyil.

İttihama əsasən E.Əhmədov və şirkətinin işçisi bir neçə il əvvəl Sankt-Peterburqun "Sofiysk" bazarında quldur basqını həyata keçiriblər.

Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin ictimai təhlükəsizliyə və şəxsiyyətə qarşı cinayətlərin araşdırılması üzrə baş müstəntiqləri qeyd edirlər ki, onlar Elçin Əhmədova qarşı ittiham irəli sürmək üçün "kifayət qədər sübutlar" toplayıblar.

Və biznesmenin özgəsinin əmlakını ələ keçirmək üçün quldur basqını təşkil etdiyinə, üstəlik sağlamlıq üçün təhlükəli şəkildə zor tətbiq etməklə hədələməklə, əmindirlər.

İstintaqın versiyasına görə 2015-ci il noyabrın 20-də səhər saat 9-an 11-ə qədər Elçin Əhmədov və onun əməkdaşı Cavid Mansurzadə, habelə "müəyyən olunmamış şəxslər" bazarda "Royal" MMC tərəfindən icarəyə götürülmüş anbara "aldatma yolu ilə" daxil olublar.

Onlar "müəyyən olunmamış və tapançaya oxşayan predmetdən" istifadə edərək hansısa Həsənova zor tətbiq ediblər, habelə hansısa Heydərovu hədələyiblər. Daha sonra "Royal" MMC-nin sahibi Novruz Xəlilova məxsus olan 12 milyon rublu "açıq-aşkar qəsb ediblər".

İstintaq E.Əhmədovun hərəkətlərini Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə kvalifikasiya edib, onu həmin maddələr üzrə 8 ildən 15 ilə qədər həbs gözləyir.

Əhmədovu Sankt-Peterburqda tapa bilmədiklərinə görə müstəntiqlər ona qarşı ittihamı qiyabi elan etməyi qərara alıblar və biznesmenin barəsində federal axtarış elan ediblər.

Lakin Elçin Əhmədov çoxdan Rusiyanı tərk edib, hazırda Azərbaycandadır və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan ediləcəyi gözlənilir.

"Kommersant"ın məlumatına görə ittihama əsas kimi Elçin Əhmədovun hərəkətlərindən zərər çəkən şəxsin və şahidlərin ifadəsi əsas götürülüb.

Hansı ki, onlar quldur hücumu barədə nəyə görəsə iki il yarım sonra xatırlayıblar və şikayət veriblər. İddia ediblər ki, soyğunçunun Əhmədov olduğunu KİV-lərdə onun fotosunu görəndən sonra biliblər.

Elçin Əhmədov özü isə "Kommersant"a deyib ki, zərərçəkən statusundakı şəxs hüquq-mühafizə orqanlarının tapşırığı ilə onu şərləyir. "Xəlilov və qohumları quldurluq, quldur hücumu və qətllərə görə cinayət işlərində fiqurantlardır.

Üç il əvvəl bu iş üzrə irimiqyaslı əməliyyat keçiriləndə KİV-lər xəbər verdilər ki, şübhəlilərin onlarla qətldə əli ola bilər. Lakin nəyə görəsə məhkəməyə ancaq bir quldur basqını epizodu gedib çıxdı. Bu iş üzrə zərərçəkənin özü qətlə görə məhkum edilib"-Əhmədov deyib.

Biznesmen deyir ki, 2015-ci ildə o "Royal" MMC-də heç bir quldurluq etməyib. Və Xəlilovla onun arasında çoxdandır mübahisə var idi. Bu mübahisə Cənubi Afrika Respublikasından apelsin idxalına görə yaranmışdı.

"Ağsaqqallar yığışıb bu məsələni müzakirə edib qərara aldılar ki, heç kim heç kimə borclu deyil, amma mənhər halda Xəlilovların ailəsinə 250 min dollar ödədim ki, hamı rahat olsun"-Əhmədov xatırlayır.

Əhmədovun ittiham olunduğu quldurluq barədə cinayət işi isə bu ilin may ayında qaldırılıb, amma işdə fiqurantlar yox idi.

Bununla belə müstəntiqlər həmin cinayət işi əsasında Əhmədovun mənzillərində axtarış aparıb "Aysel" və "AyBaRus" şirkətləri barədə sənədləri götürüblər. Daha sonra vergi və digər nəzarət orqanları Əhmədovun biznesini yoxlamağa başlayıb.

Elçin Əhmədov Rusiya prezidentinə, Dövlət Dumasına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəndən sonra onun adı işdə şübhəli qismində keçməyə başlayıb.

"Görünür güc strukturlarının xoşuna gəlmədi ki, mən özümü fəal müdafiə edirəm"-Əhmədov deyib.

O bildirir ki, həbs olunmayacağına dair qarantiya verilsə Rusiyaya qayıtmağa və iş üzrə ifadə verməyə, şahidlərlə üzləşməyə və yalan detektorundan keçməyə hazırdır.

Əhmədov bir neçə ay əvvəl Bakıda yerli KİV-lərə müsahibə verib bu iş barədə geniş danışmışdı.
Azərbaycanlı milyarder axtarışa verildi - Ləqəbi "Banan Elçin"dirAzərbaycanlı milyarder axtarışa verildi - Ləqəbi "Banan Elçin"dirAzərbaycanlı milyarder axtarışa verildi - Ləqəbi "Banan Elçin"dir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2522   Tarix: 12 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu

Rusiyanın Saratov vilayətində əmək miqrantlarına bu il mayın 1-dən dekabrın 31-dək ictimai nəqliyyatda, taksilərdə və ictimai iaşədə daşıma sahələrində işləmək qadağan ediləcək. yerli mediaya istinadla bildirir ki, müvafiq sərəncamı Saratov vilayətinin qubernatoru Roman Busargin imzalayıb. Miqrasiy

27.04.2024 549
.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühü

10:00 139
.

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. "Report" xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

00:53 271
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

15:30 140
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 281
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

12:40 187
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 139
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

18:10 90
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

13:10 150