Bakıda hansı universitetlərin yataqxanaları var? - SİYAHI
Gələn həftə Azərbaycanın ali təhsil müəssisələrində yeni tədris ili başlayır.
BiG.AZ xəbər verir ki, "Report" paytaxtda yerləşən əsas ali təhsil müəssisələrinin yataqxanalarının olub-olmaması mövzusunu öyrənib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) "Report"a bildirilib ki, vaxtilə universitetin 7 binadan ibarət yataqxana kompleksi olub. Onlardan 6-sı sökülərək müasir standartlara cavab verən 1000 nəfərlik yeni yataqxana binası inşa olunur. Eyni zamanda, qeyd olunub ki, yerdə qalan bir binada təmir işləri aparılaraq tələbələrin istismarına verilib. 320 nəfərlik bu binada bir otaqda 3 nəfər qala bilər. Yataqxanada əsasən, əcnəbi tələbələr qalır və onlar buna görə ödəniş edirlər.
"Yataqxanada qalmaq istəyən azərbaycanlı tələbələr ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edirlər və onların pulsuz olaraq yataqxanada qalması təmin olunur", - ADNSU-dan bildirilib.
Azərbaycan Texniki Universiteti (AzTU) 5 korpuslu yataqxanasından yalnız birini tələbələrin ixtiyarına verib (digər yataqxanalarda məcburi köçkünlər məskunlaşıb). Təxminən, 80 nəfərin qala biləcəyi yataqxananın bir otağında 4 tələbə yaşaya bilər. Burada yalnız oğlan tələbələr qalır. Yataqxana ödənişsizdir. Universitet yataqxananın xərclərini özü ödəyir.
Azərbaycan Tibb Universitetinin (ATU) 6 yataqxanası var: "Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1256 nəfərdir. Son dörd ildir ATU-nun yataqxanası ödənişlidir. Hazırda ödəniş haqqı aylıq 50 manatdır. Yataqxana təmirdən təzə çıxdığından şəraiti yaxşıdır. Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələr isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır. Onu da qeyd edək ki, hazırda 3 saylı qızlar yataqxanası əsaslı təmirə dayandırılıb".
Azərbaycan Dillər Univeristetindən (ADU) "Report"a bildirilib ki, ali təhsil müəssisəsinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var. Lakin qızlar üçün olan yataqxananın yalnız iki bloku tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var. Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 5 yataqxanasından dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada, təxminən, 200-ə qədər tələbə yerlə təmin edilə bilər.
Bakı Slavyan Universitetinin (BSU) isə 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb.
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri isə yeni tədris ilində yeni inşa olunan kampusun 400 çarpayılıq Tələbə evində qalacaqlar.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də anoliji vəziyyət yaşanır. Bu təhsil ocaqlarının yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Bu səbəbdən heç bir tələbəsini yataqxanada yerləşdirə bilmir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 719 Tarix: 10 sentyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər
Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış
14.12.2025 147 Ramil Səfərovun xanımına vəzifə verildi
Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd
14.12.2025 240 Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd
14.12.2025 181 Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
14.12.2025 154 Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı
Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər
14.12.2025 143 Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu
Sudanın Kaduqli şəhərindəki BMT obyektinə Çevik Reaksiya Qüvvələri tərəfindən endirilən dron zərbəsi nəticəsində azı altı mülki şəxs həlak olub. xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Məlumata görə, şəhər Çevik Reaksiya Qüvvələri tərəfindən mühasirəyə alınıb
14.12.2025 105 Bəqayi: Belarus Prezidenti yaxın günlərdə İran xarici işlər nazirini qəbul edəcək
İranın xarici işlər naziri Abbas Əraqçi Belarusa səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır. "Report"un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib. Onun sözlərinə görə, Əraqçinin Belarusun xarici işlə
14.12.2025 114 Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var
14.12.2025 142 Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq
İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni
14.12.2025 141