Rus polisi belə hadisənin şahidi olmayıb - Azərbaycanlı dustaq elektron qolbağla qaçdı

Rus polisi belə hadisənin şahidi olmayıb - Azərbaycanlı dustaq elektron qolbağla qaçdıRusiyanın Perm vilayətinin polisi Azərbaycan vətəndaşı Şücayət Şəmi oğlu Həbibzadənin barəsində federal axtarış elan edib.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Həbibzadə ƏDV maxinasiyalarında və digər cinayətlərdə, federal büdcəyə 2 milyard rubldan çox ziyan vurmaqda ittiham olunur. Onun barəsində cinayət işinin istintaqı 3 ildir ki, araşdırılırdı.

Məlumata görə 57 yaşlı azərbaycanlı 2018-ci il iyulun 23-də istintaq təcridxanasından buraxılıb və barəsində çıxarılmış həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Lakin o, kirayə qaldığı mənzildən qolunda elektron qolbaqla birlikdə qaçıb.

2015-ci il avqustun 27-də qaldırılmış cinayət işinə əsasən Moskvada qeydə alınmış "KronaTreyd" MMC və "İnterKrays" MMc adlı şirkətlərin rəhbərliyində yer alan şəxslər ƏDV maxinasiyası yolu ilə federal büdcədən 2010-2012-ci illərdə 3.1 milyon rubl ələ keçiriblər. Daha sonra bu cinayət işi Perm gömrüyünün və polisinin apardığı başqa cinayət işi ilə birləşdirilib.

Cinayət işində onlarla epizod var. Onlardan üçü xüsusilə diqqəti cəlb edir. Bu, 2011-2015-ci illərdə "KronaTreyd" şirkətinin direktoru olan Həbibzadə tərəfindən 907 milyon rublub, habelə 2013-2016-cı illərdə 233 milyon rublun büdcədən yayındırılması, "İnterKrays" şirkətinin faktiki sahibi kimi onun 2012-2015-ci illərdə xeyli vəsaitin mənimsənilməsidir. Hər iki şirkətin sahibi Həbibzadədir, sənədlərdə biznesmen Həbibov Şücayət Şəmi oğlu kimi göstərilir.

2017-ci ilin avqustunda istintaqdan yayınan biznesmen barədə axtarış elan edilib. Onu həmin il oktyabrın 17-də Vladiqafqazda Rusiya dövlət sərhədini keçib ölkəni tərk etmək istəyərkən saxlayıblar. Bu zaman biznesmen Həbibzadə soyadı ilə pasport daşıyırdı. Ekspertlər barmaq izi ilə müəyyən ediblər ki, Həbibzadə həmin Həbibovdur. Nəticədə onun barəsində həbs qətimkan tədbiri seçilib. Lakin bu il iyulun 28-də məhkəmə bu qərarı yumşaldıb və Həbibzadənin vəkili tərəfindən kirayə tutulmuş mənzildə ev dustağı kimi saxlanılması qərarı verib. Həmin vaxt biznesmenin 113 milyon rubl mənsimdiyi barədə ona rəsmi ittiham elan edilmişdi.

Ev dustaqlığına buraxılandan sonra avqustun 31-də Həbibov qoluna taxılmış elektron qolbaqla birlikdə yoxa çıxıb. Onun qaçdığını cəzaların icrasına nəzarət üzrə Federal Xidmətin əməkdaşları ancaq sentyabrın 3-də Həbibovun qaldığı mənzilə daxil olarkən aşkar ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1400   Tarix: 07 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3