Nazirlikdən ‘Coca-Cola’nın qiymətləri artırması ilə bağlı sərt cavab
"Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin 16 aprel 2012-ci il tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərini artırmaq niyyəti ilə əlaqədar, müəssisənin bu hərəkətində bazarda hökmran mövqedən sui-istifadə hallarının, o cümlədən süni qiymət artımının olub-olmamasının araşdırılması üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-dən zəruri məlumatlar tələb edilib.
İqtisadi İnkişaf Nazirliyindən bildiriblər ki, lakin müəssisə tələb olunan məlumatları tam şəkildə təqdim etməyib və nəzərdə tutulan qiymət artımı iqtisadi cəhətdən əsaslandırılmayıb.
"Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin şəkərli sərinləşdirici spirtsiz içkilər bazarında hökmran mövqe tutması ilə əlaqədar bu bazarda rəqabətin vəziyyətinə və qiymətlərə təsir göstərmək imkanına malik olduğunu, qiymətlərin iqtisadi cəhətdən əsaslandırılmadan artırılmasının hökmran mövqedən sui-istifadə edilməsinə və qiymətlərlə manipulyasiya edilməsinə səbəb ola biləcəyini nəzərə alaraq, yuxarıda göstərilən tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin qiymətlərinin artırılmasının təxirə salınmadan dayandırılması barədə Dövlət Xidməti tərəfindən "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə icrası məcburi göstəriş verilib.
Buna baxmayaraq, son günlər aparılan monitorinqlər zamanı "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC tərəfindən bir lirtlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərinin artırıldığı və nəticədə bu məhsulların pərakəndə satış qiymətlərinin 50 qəpikdən 60 qəpiyədək bahalaşdığı müəyyən edilib.
Dövlət Xidmətinin icrası məcburi göstərişinə əməl edilməməsi ilə əlaqədar "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və araşdırmalara başlanıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 2886 Tarix: 20 aprel 2012
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNiyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar
27.04.2024 175 İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl
21.04.2024 305 İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir
İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc
21.04.2024 488 Tarixin ən davamlı avtomobilləri - SİYAHI
Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot
21.04.2024 498 Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı
Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"
20.04.2024 504 Yağlı mətbəx dolabların parladacaq üsul
Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların
14.04.2024 516 14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO
Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola
27.04.2024 310 Yatmadan əvvəl 11 zeytun yeyin
Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları
18.04.2024 500 Xidmət sifarişi üçün Xidmet.az saytı
saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl
23.04.2024 156